Fazil Məmmədov işə çıxmır… və səfir olmaq istəyir! - "Vergilər Nazirliyinin rəhbərliyinə kimi hazırlayırlar?"
Hələ 2000-ci ildən bu postu tutmaqla, uzunömürlü nazirlər sırasında olan və patronajlıq dəyişikliyi sarıdan “xarüqələr yaradan” vergilər naziri Fazil Məmmədovun yaxın müddətdə, daha dəqiq desək, sentyabr ayında postu ilə vidalaşacağına dair, elə onun özünün rəhbərlik etdiyi nazirlikdə məlumatlar dolaşmaqdadır
Hətta bir müddətdir ki, naziri iş yerində tapmaq müşkülə çevrilib. Mənbələr bildirir ki, hörmətli nazir “çemodan əhval-ruhiyyəsindədir” və nazirlikdə az-az görünməsi də məhz bu səbəbdəndir. Görünür, onun yola salınması qərarı qətidir və nazirə də artıq bununla bağlı xəbərdarlıq edilib…
Əksər təhlilçilər Prezident Administrasiyasında aparılan struktur və kadr islahatlarının tezliklə Nazirlər Kabineti və hökumətə keçəcəyini proqnozlaşdırırlar. Bu dəyişikliklərin isə Vergilər Nazirliyinə də toxunacağı qətiləşmiş kimi görünür. Əslində, Fazil Məmmədovun başı üzərində qara buludların sıxlaşmasının ilk siqnalı, onun müavini olan Natiq Əmirovun heç kimin gözləmədiyi halda Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsi oldu.
Deyilənə görə, bu qəfil təyinat nazir üçün o qədər gözlənilməz olub ki, hətta az qala onu affekt vəziyyətinə salıb. Çoxlarına görə, həmin təyinat Fazil Məmədov üçün sonun başlanğıcı sayıla bilər. Digər tərəfdən, ölkə başçısının yoxlamalara qadağa qoyması və sahibkarların boynuna salınan boyunduruğun götürülməsi istiqamətində verdiyi qərarlara rəğmən, Vergilər Nazirliyi öz kölgəli reputasiyasından heç cür yaxa qurtara bilmir. Çünki nazirliyin başında duranlar sahibkarlarla zor, hədə-qorxu dilində danışmaqdan, yerli-yersiz yoxlamalar keçirib, onları müflis etməkdən başqa bir bacarığa malik olmadıqlarını göstərdilər. Hazırda da bu iş prinsiplərində hər hansı ciddi dəyişiklik müşahidə olunmur.
Bununla yanaşı, nazirliyin rəhbərliyinə daxil olan iri ranqlı bəzi məmurların adı hələ də “MTN işində” hallanmaqdadır və bu qurumun sahibkarların şantaj edilməsi əməliyyatlarındakı izini itirmək mümkün olmur. Bugün də ölkədə qeyri-neft sektorunun axsamasında əsas günahkarlardan biri sayılan Vergilər Nazirliyindəki çoxsaylı struktur və kadr dəyişikliklərinə, eləcə də Vergi Məcəlləsinə edilən saysız-hesabsız dəyişikliklərə baxmayaraq, bu sahədə idealdan çox-çox uzaq situasiyanın mövcudluğu göstərir ki, daha ciddi addımlara ehtiyac var. Və məntiqlə də bu addımlar nazir postunu tutan şəxsin dəyişdirilməsindən başlamalıdır.
Bu strateji sahənin daha dürüst və müasir idarəetmə prinsiplərindən xəbərdar olan kadrlar tərəfindən idarəçiliyinə nail olmaq isə növbəti addım ola bilər. Yeri gəlmişkən, onu da qeyd edək ki, nazirlikdə aparılan baş-ayaq kadr islahatları nəticəsində, təcrübəli kadr çatışmazlığı kimi ciddi problem yaranmağa başlayıb. Bu məsələnin özü də ciddi, problematik mövzudur və bu mövzuya dair yaxın müddətdə ayrıca araşdırmamız olacaq.
Məsələ ondadır ki, nazirlikdə aparılan bütün struktur dəyişikliklərinə baxmayaraq, mahiyyət etibarı ilə heç nə dəyişməyib. Vergi orqanı ilə sahibkar münasibətləri, sahibkarlıq subyektlərilə iş prinsipləri və ümumilikdə dövlət-sahibkar münasibətlərində müasir dövrün tələblərinə uyğun hər hansı ciddi addım müşahidə etmək olmur. Bütün bu və sadalamadığımız digər səbəblər sözügedən nazirliyin rəhbərliyində ciddi dəyişiklikləri zəruri edib. Ölkənin ən iri məmur-oliqarxlarından birinə çevrilən vergilər nazirinin situasiyanı dəyişmək imkanları isə sıfıra yaxın hesab olunur.
Görünür, vəziyyəti hamıdan yaxşı anlayan və proseslərdən məlumatlı olan F.Məmmədov da bu səbəbdən tutduğu postla yaxın müddətdə vidalaşacağı gerçəkliyilə razılaşıb. Hətta mənbələrimiz bildirir ki, vergi naziri xarici ölkələrin birinə səfir göndərilməsinə nail olmaq üçün hərəkətə keçib. Və bununla bağlı “yuxarılara” xahişdə də bulunub. Məhz hansı ölkəyə təyin olunmaq istəyi barədə məlumat olmasa da, sözsüz ki, illər boyu “çəkdiyi zəhmətin” bəhrəsini görmək və dadını çıxarmaq, yığdıqlarının toxunulmazlığına təminat almaq və s. baxımından səfir postundan ideal bir mövqe təsəvvür etmək çətindir. Və bilindiyi kimi, Azərbaycanda belə presedentlər kifayət qədərdir…
Səfir postuna ümid edən vergi nazirinin bu istəyinə nail olub-olmayacağını zaman göstərəcək. Onun yerinə isə nazirlikdəki ən iri departamentlərdən birinin rəisinin gətiriləcəyi gözlənilir. Söhbətin konkret olaraq kimdən getdiyini vergi orqanının rəhbərliyində, elə sıravi üzvləri arasında da yaxşı bilirlər. Məlumata görə, həmin namizəd həm də Natiq Əmirova yaxın şəxs sayılır və onun kadrı hesab olunur. Göründüyü kimi, bu məsələdə də Prezidentin köməkçisinin adı hallanır. Deməli, nazirin N.Əmirovun təyinatından narahatçılığı əsassız deyilmiş… (azpolitika.info)
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI