Ölkənin yeni baş naziri - iddialar və sensasion adlar
Siyaset
Oxunub: 13 482
9 in 2017 | 10:17
Ölkənin yeni baş naziri - iddialar və sensasion adlar















YAP-ın icra katibi Əli Əhmədovun baş nazir təyin edilə biləcəyi barədə ilk dəfə “Yeni Müsavat” yazıb. Ə.Əhmədov da prinsipcə, Rasi-zadə portretinə uyğun məmurdur. Ə.Əhmədov oliqarx hesab olunmur, milyardlara sahib deyil, siyasi iddiası yoxdur və sair.



Gənclər və idman naziri Azad Rəhimovdur. Azad Rəhimov oliqarx hesab olunsa da, siyasi ambisiyalardan kənar fiqurdur. Nazirin böyük biznesmen olduğu hələ bu vəzifəyə gəlməmişdən öncə məlum idi.


Dövlətdə daha bir kadr islahatı gözlənilir; Prezident seçkilərinədək dövlət başçısı İlham Əliyev hakim komandada ciddi dəyişikliklər edəcək; Prezident Administrasiyasında başlamış kadr dəyişikliyi bunun sadəcə, anonsudur...

Prezident İlham Əliyevin Prezident Administrasiyası strukturunda dəyişiklik etməsindən sonra Nazirlər Kabinetində köklü dəyişikliklər olacağı xəbərləri təsdiqlənir. Prezident Administrasiyasından başlamış islahatlar yaxın günlərdə idarəetmənin ən mühüm strukturu olan Nazirlər Kabinetində də elan olunacaq. Gözlənilir ki, baş nazirin 3 müavini istefaya göndəriləcək və onların səlahiyyətləri Vitse-Prezidentlik Aparatına veriləcək. Başqa mənbələr, ümumiyyətlə, bütün baş nazir müavini postlarının ləğv olunacağını və səlahiyyətlərinin prezident köməkçilərinə ötürüləcəyini iddia edir.

“Yeni Müsavat”a verilən xəbərlərə görə, birinci vitse-prezident təyinatından sonra əvəzedilməz 2-ci şəxs statusunu itirən Artur Rasi-zadənin postu barədə müzakirələr aktuallaşıb. Rasi-zadənin istefaya göndəriləcəyi barədə xəbərlər indiyədək təsdiqlənməsə də, bu dəfə baş nazirin mütləq dəyişəcəyi iddia olunur. Bilgili mənbə “Yeni Müsavat”a deyib ki, ümumiyyətlə, baş nazir postu sentyabr referendumundan sonra siyasi çəkisini əhəmiyyətli dərəcədə itirsə də, bu vəzifəyə kimin təyin ediləcəyi barədə müzakirələr səngiməyib. İddia olunur ki, buna əsas səbəb gələn il keçiriləcək prezident seçkiləridir. Çünki prezident seçkilərinədək dövlət başçısı İlham Əliyev hakim komandada ciddi dəyişikliklər edəcək. Prezident Administrasiyasında başlamış kadr dəyişikliyi bunun, sadəcə, anonsudur.

İddia olunur ki, prezident İ.Əliyevin struktur və kadr siyasətini gücləndirmək, qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq iradəsindən xəbərdar olanlar indidən yerlərini möhkəmləndirmək istəyirlər.

Buna baxmayaraq, məlumatda vurğulanır ki, islahatlara düşən “yaşlılardan” heç biri incidilməyəcək və onların əlləri buraxılmayacaq. Gənc kadrlara etimad köhnə kadrlara ehtiram prosesi ilə paralel aparılacaq.

***

Gələk Artur Rasi-Zadədən sonra ölkənin baş naziri postuna mümkün iddiaçıların üzərinə.

“Yeni Müsavat”a çatan bilgilərə görə, adı “əsas iddiaçı” kimi səslənən baş nazirin birinci müavini Yaqub Eyyubov artıq bu posta iddiaçı deyil. Bunu, onun özünün istəmədiyi söyləntiləri də var.

Baş nazirin sosial məsələlər üzrə müavini, YAP-ın icra katibi Əli Əhmədovun baş nazir təyin edilə biləcəyi barədə ilk dəfə “Yeni Müsavat” yazıb. Ə.Əhmədov da prinsipcə, Rasi-zadə portretinə uyğun məmurdur. Ə.Əhmədov oliqarx hesab olunmur, milyardlara sahib deyil, siyasi iddiası yoxdur və sair. Rasi-zadənin 20 ilədək baş nazir olmasının sirri böyük siyasi və biznes ambisiyalarından kənar personasıdır. Bu səbəbdən Ə.Əhmədovun yaxın günlərdə baş nazir təyinatının Milli Məclisdə müzakirəsi mümkün hesab edilir. Amma etibarlı mənbələr baş nazirlik uğrunda mübarizədə daha bir məmurun çox şanslı olduğunu deyib.

Bu, gənclər və idman naziri Azad Rəhimovdur. Azad Rəhimov oliqarx hesab olunsa da, siyasi ambisiyalardan kənar fiqurdur. Nazirin böyük biznesmen olduğu hələ bu vəzifəyə gəlməmişdən öncə məlum idi.

O, son illər ölkədə keçirilən böyük idman tədbirlərinin əsas təşkilatçılarından biri kimi hakimiyyətin etibarını qazana bilib. Onun təşkilatçılıq bacarığı, işləmək tempi yenilənmiş Nazirlər Kabinetinə faydalı ola bilər. Qaynağımız deyib ki, A.Rəhimov “xüsusi nəzarət altında” qalmaq şərti ilə baş nazir olmağa razıdır. “Xüsusi nəzarət” dedikdə ehtimal ki, onun daha geniş səlahiyyətlər əldə edərək oliqarxiyada yerini möhkəmlətməsinə nəzarət edilməsi nəzərdə tutulur. Qaynağımız deyib ki, gənclər və idman naziri hökumətdə heç bir qruplaşmaya daxil deyil, yalnız “prezident kadrı” hesab olunur.

İddialılar sırasında indiki təhsil naziri Mikayıl Cabbarovun da adı çəkilir.

İsmi heç bir korrupsiya qalmaqalına qarışmayan, islahatçı-məmur tipini qoruyub saxlamağı bacaran və bütün fəaliyyətində gənc, müasir dünyagörüşlü kadrlara üstünlük verən M. Cabbarov iqtidar komandasının parlaq, amma diqqəti xüsusi cəlb etməyən, “gözə girməyən” ulduzlarındandır. Onun Təhsil Nazirliyinin kadr bazasını yeniləməsi və strateji hədəflər istiqamətində ciddi işlər görməsi diqqətdən qaçmayıb. Tamamilə mümkündür ki, yeni baş nazir məhz o və ya onun kimi islahatçı-intellektual tipli məmur olsun.

***

Baş nazirlik müzakirələrini mediada yenidən aktuallaşdıran səbəblərdən biri də Milli Məclisin iyunda növbədənkənar iclaslar keçirəcəyidir. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu CBC-yə müsahibəsində növbədənkənar iclasın keçirilməsi xəbərini təsdiqləyib.

İddia olunur ki, Milli Məclisin növbədənkənar iclaslarının birində baş nazirin istefaya göndərilməsi və yeni baş nazirin təsdiqlənəcəyi gözlənilir. Amma o fiqur kimdir? Bizim fikrimizcə, burada adları çəkilənlərdən biri yaxın zamanlarda Azərbaycanın yeni baş naziri olacaq.
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI