“Azərbaycanda da qarışıqlıq yarada bilərlər” - Sərdar Cəlaloğludan İran şərhi
Siyaset
Oxunub: 753
8 in 2017 | 12:57
“Azərbaycanda da qarışıqlıq yarada bilərlər” - Sərdar Cəlaloğludan İran şərhi

















Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yaxın Şərqdə cərəyan edən son hadisələri, Qətər böhranını və İran parlamentindəki terroru şərh edib

ADP lideri müsahibəsində regionda baş verənlərin Azərbaycan üçün olan təhlükələrindən də danışıb.

- Sərdar bəy, İran kimi sabit müsəlman dövlətinin parlamentinə "cihad”çıların soxulması bu ölkəyə xəbərdarlıqdır, yoxsa regionla bağlı yeni ssenarinin başlanğıcı?

- Mənə elə gəlir ki, Yaxın Şərqdə hadisələr başa çatır. Ona görə də yeni müstəviyə keçirlər. Münaqişələr İraqda başladı, Suriyada inkişaf elədi və indi də Qətər keçirirlər. Suriyada müharibə artıq yekunlaşır.

O dairələr ki, müsəlman dünyasının parçalanmasını qarşıya məqsəd qoyublar, onlar yeni və abad olan Qətər, İran, Türkiyə kimi ölkələrə xaosu yaymağa çalışırlar.

Ərdoğanın qəhrəmanlığı onda oldu ki, bu ssenarinin qarşısını aldı. Suriyadakı müharibə və terrorun Türkiyənin sərhədlərinə keçirmək istəyənlərə imkan vermədi.

Ona görə də indiki halda zəif halqa Qətər dövlətidir. Çünki Qətər onu blokadaya alan ölkələrdən geopolitik cəhətdən asılıdır. Əgər dövlətlər iqtisadi cəhətdən dəstək verməsələr Qətər xalqı acından ölər.

Bu baxımdan proseslərin içində məhz Qətərin seçilməsi onun 6 ölkədən asılı olması faktoruyla bağlıdır. Burada yalnız Misir formal olaraq iştirak edir ki, guya bu ölkələrin başqa niyyəti yoxdur.

Suriyanı da, İraqı da Amerika dağıtmışdı. İndi yeni zonalara girirlər. Bu layihələrin adını da qoyublar ki, guya, terroru dəstəkləyən və təriqətlərarası münasibətlərdəın sui-istifadə edənləri cəzalandırırlar.

Bu gün İslam dünyası şiəlik və sünnilik ziddiyyətində məhv edilir. Baxmayaraq ki, heç bir təriqətin İslama dəxili yoxdur. Allah da onlara göstərir ki, islamın yolundan çıxıblar və cəzalarını çəkirlər. Xristian dünyası isə onların təriqət qovğasından istifadə edib cəzalandırır.

- Bəs, Suriya və İraq müharibələrinin İrana tranformasiyası mümkündürmü?

- İran güclü və sabit dövlətdir. İran və Türkiyənin başına İraq bəlalarını gətirmək çətindir. Bu hadisələr Yəmən və Küveytdə ola bilər.

Yəni, hər bir ölkədə rejimlərin xarakterindən asılı olaraq hadisələr inkişaf edir. Qətər, Yəmən balaca ölkələrdir və onları seçə bilərlər.

Pakistanda edə bilməzlər, çünki atom bombası var. İrana Suriya kimi girmək mümkün deyil, güclü ordusu var. Türkiyədə də bu ssenarinin gerçəkləşməsi çətindir, demokratik sistem qurmuş dövlətdir...

- İŞİD İran, Türkiyə və Rusiyada terror törədib, üç sərhəd ölkəyə kamikadzelər girib, Azərbaycan üçün hansı təhlükələr mövcuddur?

- Azərbaycan da müsəlman ölkələrindən biridir. Burda asanlıqla qarışıqlıq yaradıla bilər. Necə ki, Qarabağda başımıza oyun gətirdilər.

Əslində, bu gün Yaxın Şərqdə olan ssenarinin labaratoriyası Qarabağ idi. Azərbaycan və Yaxın Şərq üçün 100 faiz təhlükə var.

Digər tərəfdən də, Amerika neft ölkələrinə müdaxilələr edir ki, dolların kursunu saxlasın. O baxımdan da Azərbaycan restablizasiya üçün potensial hədəfdir.

Həmin təhlükəli ssenariləri Azərbaycanda gerçəkləşdirmək imkanları var. Çıxış yolu demokratik sistemin yaradılmasıdır. Əks halda Azərbaycan dünyadakı mədəniyyətlərarası toqquşmada zərbə ala bilər. (bakupost.az)
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI