İqtidarın sensasion payız planı: Vergilər naziri islahat dalğasında gedir
Hökumətdə sentyabrdan etibarən dəyişikliklər gözlənilir - vergilər naziri Fazil Məmmədovun adı qırmızı xətlə keçir
Ölkədə gedən islahatlar hakimiyyət komandasında yenilənmələri qaçılmaz edib.
Prezident İlham Əliyevin reformaları komanda içərisində dəyişiklikləri labüd edib. Payızda bəzi nazirlərin və komitə sədrlərinin yola salınacağı bildirilir. Bu sırada vergilər naziri Fazil Məmmədovun adı qırmızı xətlə keçir.
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindən canı qurtarmış sahibkarlar indi daha bir dövlət qurumu ilə üzbəüz qalıblar.
Vergilər Nazirliyi iş adamlarının başına oyun açmaqda davam edir. Bu haqda prezidentə, prokurorluğa çoxsaylı müraciətlər ünvanlanmaqdadır.
Nazirliyin isə ləğv edilərək Maliyyə Nazirliyinə yaxud da Gömrük Komitəsinə birləşdirilməsi mümkündür. Dövlət başçısı sahibkarları iki illik vergidə azad etməsinə baxmayaraq, nazirlik iş adamlarını müflisləşdirmək siyasətindən əl çəkməyib.
Sahibkarlar MTN-nin yerini Vergilər Nazirliyinin tutduğunu söyləyirlər. Bu vəziyyət sahibkarları dövlətin üstünə qaldırır. Nazirlik məqsədli şəkildə yenə də sahibkarlığı sıxışdırıb sıradan çıxarmağa çalışır
Ulus.Az-ın Siyasət Şöbəinə daxil olan xəbərdə iddia olunur ki, payız aylarında hakim komanda da yeni nəfəs olacaq. Prezident bir-bir nazirləri dəyişərək gənc və perspektivli kadrları cəlb edir.
Payız dalğasının ilk köçəri naziri Fazil Məmmədovun olacağı bildirilir. Məsələn, bir neçə ay bundan öncə F. Məmmədov "ağıllı" təklif irəli sürdü ki, spirtli içkiləri və tütün məmulatlarının alışını kart variantına keçirək büdcəmiz dolsun.
Bu təklif əhali arasında narazılıqla qarşılandı və prezident bu təklifi rədd etdi. Onun bu cür təklifləri artıq bezdirici olub və sahibkarların şikayətləri çoxalımaqdadır. Üstəlik, nazirliyin izafi xərclərə səbəbolması və struktur islahatının zəruriliyi mümkündür.
Yada salaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev statistikanı açıqlamışdı. K.Əliyev bildirmişdi ki, Vergilər Nazirliyindən 48, rayon məhkəmələrindən 37, Bələdiyyələrlə İş üzrə Mərkəzdən 23, İqtisadiyyat Nazirliyindən 9 material Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olub. Göründüyü kimi, ən çox şikayət və müraciətlər Vergilər Nazirliyi ilə bağlı olub.
Fazil Məmmədovun rəhbərlik etdiyi nazirlik yenə də korrupsiya piramidasının zirvələrinə ucalıb. Prezident iş adamlarını 2 illik vergidən azad etsə də, nazirlikdə son 2 ay ərzində kadr islahatları həyata keçirilsə də, yenə də siyahının başında Vergilər Nazirliyi qərarlaşıb.
Bu faktlar nazirliyin fəaliyyətindən narazılar ordusunun olduğuna sübutdur. İş adamları, sahibkarlar, biznes sahəsində çalışanlar vergi müfəttişlərindən cana doyub.
Vergilər naziri ölkə rəhbərliyinin yanında etimadını kifayət qədər itirib. Prezident İlham Əliyev müşavirələrin birində əsassız vergi yığımlarını xatırladarkən F.Məmmədovun istefaya göndəriləcəyi güman edilirdi. Amma nazirin səs-küylü istefasına gedilmədi. Amma bu payız deyəsən, gediləcək…
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI