“Prezident Azərbaycanı təhdid edən dövlətlərə çox ciddi mesajlar verdi”

Vahid Əhmədov: “Biz həmişə belə layihələri həyata qonşu dövlətlər tərəfindən belə təhdidlərlə üzləşmişik”
“Mayın 26-da ”Buta" sarayında Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda cənab prezident İlham Əliyev çox mühüm mesajlar verdi".
Deputat Vahid Əhmədov bu sözləri “Yeni Müsavat”a açıqlamasında dedi. Dövlət başçısının səsləndirdiyi fikirləri şərh edən millət vəkili qeyd etdi ki, TANAP, TAP layihəsi ilə əlaqədar səslənən mesajlar çox böyük əhəmiyyət kəsb edir: “Çünki bu layihələrin maliyyə məsələləri də faktiki olaraq həllini tapıb, amma buna baxmayaraq, bəzi qüvvələr layihənin gerçəkləşməsinə qarşı çıxış edirlər. Ola bilər ki, ermənipərəst qüvvələr, yaxud başqa qruplar bu layihənin baş tutmasına mane olmağa çalışırlar. Əsasən də İtaliya tərəfdə guya ekologiya məsələsi ilə əlaqədar maneçiliklər başlamışdı, amma mənim məlumatıma görə artıq məsələ yoluna qoyulub”.
V.Əhmədov baş verənlərin təsadüf olmadığına əmindir: “Ümumiyyətlə, biz həmişə belə layihələri həyata keçirəndə - istər Bakl-Ceyhan, istər Bakı-Qars, istərsə Bakı-Ərzurum olsun - qonşu dövlətlər tərəfindən belə təhdidlərlə üzləşmişik. Yəni istəmirlər ki, Azərbaycan Avropaya başqa marşrutlarla neft-qaz ixrac etsin. Onların məqsədi budur ki, enerji layihələri öz ərazilərindən keçsin. Budəfəki hadisə də gözlənilən idi. Məncə, elə bir ciddi hadisə olmayacaq”.
Qeyd edək ki, Azərbaycan prezidenti Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda Azərbaycanın müstəqilliyini təhdid edən qüvvələrə də ünvanlı mesajlarını çatdırıb, müstəqilliyimizin dönməz, əbədi olduğunu bəyan edib. Ölkədə hazırkı ictimai-siyasi vəziyyətə toxunaraq, prezident qeyd edib ki, ölkə daxilində risklər yoxdur. Ehtimal ki, prezident “risklər” dedikdə həm hakimiyyətə gəlmək iddiasında olan alternativ qüvvələrin zəifliyini, həm siyasi stabilliyi, həm də sabitliyi təhdid edən radikal qüvvələrin olmamasını nəzərdə tutur. Dövlət başçısı ölkəmizə əsas risklərin xaricdən qaynaqlandığını bəyan edib. “Biz ölkəni xarici təhlükələrdən qorumalıyıq” deyən prezident əlavə edib ki, Azərbaycan yalnız öz milli maraqlarından hərəkət edir və xarici siyasətdə heç bir avantüraya getməyəcək.
V.Əhmədov da hesab edir ki, prezidentin ikinci mühüm mesajı təhlükəsizliklə bağlıdır: “Doğrudan da bu məsələ bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bütün dünyada baş verən terror hadisələri, gərginliklər fonunda Azərbaycanın stabil dövlət olması, bu stabilliyin qorunub-saxlanılması mühüm məsələdir və burada təhlükəsizlik xidmətlərinin rolu çox böyükdür. Ölkə başçısı bir daha göstəriş verdi ki, bu sahəyə diqqəti artırmaq lazımdır və müvafiq qurumların rəhbərliyi daha diqqətli olmalıdır”.
Millət vəkili bu mesajların məhz Respublika Günündə səslənməsini səbəbsiz saymadı: “Fikir verdinizsə, cənab prezident çıxışını müstəqilliyimizin daimi, əbədi olacağı ilə bağlı fikirlərlə yekunlaşdırdı. Yəni bir daha xatırlatdı ki, biz müstəqil dövlətik, müstəqil siyasət aparırıq, heç kim bizim daxili işlərimizə qarışa bilməz. Bu, Azərbaycanı təhdid edən dövlətlərə çox ciddi mesajlar idi. Həm də Qarabağ məsələsi ilə əlaqədar çox ciddi mesajlar verdi ki, biz onsuz da gec-tez öz torpaqlarımızı azad edəcəyik, ancaq bunun sülh yolu ilə həllinə üstünlük veririk. Ümumilikdə prezident dövlətimiz, xalqımız üçün çox önəmli mesajlar verdi”.
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI