“Tramp dedi ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq” - İlham Əliyev
Mayın 26-da “Buta” sarayında Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Rəsmi qəbulda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib
Tədbirdə çıxış edən prezident İlham Əliyev bildirib ki, Azərbaycan Demokratik Respublikasının qurulması Azərbaycan xalqı və bütün dünya üçün tarixi hadisədir, belə ki, müsəlman dünyasında ilk dəfə demokratik respublika yaradılmışdı.
“Bu respublikanı Azərbaycan xalqı, onun qabaqcıl nümayəndələri yaradıblar. Biz, təbii ki, bununla fəxr edirik. Məhz bizdən sonra demokratik respublikalar digər müsəlman dövlətlərində qurulmağa başlayıb. Azərbaycan xalqı və dövləti Azərbaycan Demokratik Respublikasının qurucularına daim böyük hörmətlə yanaşıb, onların xatirəsini qəlblərində yaşadırlar. Təəssüf ki, Azərbaycan Demokratik Respublikası qısa müddətdə mövcud olub. İki ildən sonra respublika süqut edib. Bu bir daha onu gözləyir ki, müstəqilliyi qorumaq onu qazanmaqdan çətindir”, – prezident deyib.
Hazırkı ictimai-siyasi vəziyyətə toxunaraq, prezident qeyd edib ki, ölkə daxilində risklər yoxdur - risklər xaricdən qaynaqlanır. “Biz ölkəni xarici təhlükələrdən qorumalıyıq”, - prezident bildirib və əlavə edib ki, Azərbaycan yalnız öz milli maraqlarından hərəkət edir və xarici siyasətdə heç bir avantüraya getməyəcək.
“Dünyada bizə hörmət edirlər və əməkdaşlığa can atırlar. Azərbaycanın heç bir ölkə ilə problemi yoxdur, Ermənistan istisna olmaqla”, – İlham Əliyev deyib. Prezident islam ölkələri ilə münasibətləri xüsusi qeyd edib, bildirib ki, islam dünyası Azərbaycanın Qarabağ məsələsində mövqeyini müdafiə edir.
Beynəlxalq siyasət haqda danışan İlham Əliyev ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərini yüksək qiymətləndirib. “Tramp dedi ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq. Axı Azərbaycan təbliğat hücumu ilə üzləşən ölkələrdən biri idi. İndi Donald Trampın hakimiyyətə gəlişindən sonra biz artıq görürük ki, başqa ölkələrin daxili işlərinə qarışmaq tendensiyası azalmağa başlayır”, - prezident bildirib.
İlham Əliyev Ağ Evin yeni siyasətindən məmnun olduğunu xüsusi vurğulayıb. “Biz özümüz heç kimin işlərinə qarışmırıq və başqalarına da imkan vermirik ki, bizim işlərimizə qarışsınlar. İmkan verməyəcəyik ki, kimlərsə bizə nəyi necə etməli olduğumuz haqda öz mövqelərini qəbul etdirməyə çalışsın”, – prezident qeyd edib.
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI