Leyla Əliyevanın Mehriban Əliyevanın əvəzinə deputat seçilməsi təklif edildi

24 may 2017-ci il tarixində "Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin baş ofisində İB-nin idarə heyəti ilə üzvləri arasında növbəti yığıncağı keçirilib
A24.az bildirir ki, görüşdə ölkəmizin mövcud ictimai-siyasi durumuna dair bir neçə məsələlər müzakirə edilmiş, bu istiqamətlərdə vətəndaş cəmiyyəti olaraq atılması lazım bilinən addımlar müəyyən edilib. Çıxışlar zamanı müzakirə edilən məsələlərdən biri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi olub. DCİY İB-nin sədri Əsgər Məmmədov çıxışı zamanı Mehriban xanım Əliyevanın Xəzər rayonu, eləcə də ölkəmiz üçün bu günə qədər olan fəaliyyətindən geniş söhbət açmış, onun birinci vitse-prezident seçilməsi səbəbilə xitam verilən 14 saylı Xəzər rayon ikinci seçki dairəsindən olan deputatlıq fəaliyyətinin ən layiqli davamçısının Leyla xanım Əliyeva ola biləcəyi təklifini irəli sürüb.
Daha sonra sədr müavinləri Vadim Korolyev, Tural Məmmədov, idarə heyəti üzvləri professor Hüseyn Məmmədov, hüquqşünas Çingiz Nəcəfli çıxış etmiş, Leyla xanım Əliyevanın gənclərimiz, ölkəmiz, milli dəyərlərimiz, üçün gördüyü işlər yığıncaq iştirakçılarına bir daha xatırladıb.
Sədr müavini Vadim Korolyev çıxışı zamanı əminliklə vurğulanıb ki, əgər Leyla xanım deputatlıq mandatına sahib olarsa bu vəzifənin öhdəsindən layiqincə gələcək, gənclərimiz üçün nümunə ola biləcək fəaliyyətindən daha birini bizə göstərəcəkdir.
Professor Hüseyn Məmmədov çıxışı zamanı verilən təklifə öz müsbət rəyini bildirib, bu təklif qəbul olunarsa, Leyla xanım Əliyevanın namizədliyinin irəli sürüləcəyi təqdirdə onu, vəkili olaraq təmsil etməyə böyük məmnuniyyətlə hazır, bu sahədə təcrübəli üzvlərin olduğunu da qeyd edib. Verilən təkliflər yığıncaq üzvləri tərəfindən rəğbətlə qarşılanmış, belə bir qərarın tək Xəzər rayonu üçün deyil, eyni zamanda ölkəmizin inkişafında yeni addım olacağı yığıncaq üzvləri tərəfindən təsdiqlənmiş, bu təklif haqqda müvafiq dövlət orqanlarına müraciət edilməsi qərara alınıb.
Bu gün, 16:00
“The Telegraph” niyə Türkiyədən üzr istədi? Saxta təhdiddən real qarşıdurmaya doğru
Bu gün, 15:30
Ermənistanda seçkilər təxirə salına bilər? – İKİ fərqli rəy
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI