“Qəzadan sonra maşını dərhal boyayıblar” - Ölən futbolçuların ailəsi narazıdır

İyulun 29-da Abşeron rayonu Lökbatan-Qobu yolunda baş vermiş dəhşətli yol qəzasında həlak olan şəxslərin ailələri qəzaya səbəb olan sürücünün məsuliyyətə cəlb edilməsini istəyir.
Mərhum Rauf Hüseynovun “Qafqazinfo”ya müraciət edən həyat yoldaşı Şölə Hüseynova qəza anının videosunun əldə edilməsindən sonra hadisənin “Toyota Carolla” markalı avtomobil tərəfindən törədilməsinin müəyyənləşdiyini deyib.
O bildirib ki, həmin avtomobili Qobu qəsəbəsində yaşayan Bağırov Rəvan Yaşar oğlu idarə edib: “Hadisə günü 41 yaşlı həyat yoldaşım Rauf Hüseynov və avtomobilində olan sərnişini, dostu Bəhruz Sultanov həlak olublar. Biz videoya baxandan sonra məlum oldu ki, onlar öz yolları ilə hərəkət edirmiş. Bu zaman əks istiqamətdən gələn “Toyota Carolla” markalı qara rəngli avtomobil ötmə manevri edib və qarşıdan gələn Raufun avtomobilini arxa hissədən vurub. Nəticədə Raufun maşını idarəetmədən çıxıb və əks tərəfdən öz yolu ilə hərəkət edən “Qazel” markalı yük avtomobili ilə toqquşub. Çox təəssüf ki, dəhşətli hadisəyə səbəb olan, 3 övladımı atasız qoyan, eləcə də subay bir insan olan Bəhruzun ölümünə səbəb olan “Toyota Carolla”nın sürücüsü bu günədək məsuliyyətə cəlb edilməyib və saxlanılmayıb. Hətta hadisəni törədən Rəvan olsa da, onun məsuliyyətini atası Yaşarın öz boynuna götürəcəyi deyilir”.
Fotoda: Bəhruz Sultanov və Rauf Hüseynov
.jpg)
Şölə Hüseynova iddia edib ki, qəzaya səbəb olan avtomobilin bir hissəsi hadisədən dərhal sonra boyanıb: “Həmin vaxt qara rəngli avtomobil həyat yoldaşımın maşınının arxa hissəsinə toxunub. Qəzadan dərhal sonra Raufun maşınının arxa buferi yoxa çıxdı, Rəvanın sürdüyü avtomobilin isə bir hissəsi boyanıb. Bunu ekspertiza da asanlıqla müəyyən edə bilər. Onlar Qobu sakinlərində fikir formalaşdırmağa görə tez-tələsik boyatdırdıqları avtomobillə qəsəbə ərazisində bir neçə dəfə dövriyyə vuraraq göstərmək istəyiblər ki, maşında heç bir zədə, qəza izi yoxdur. Biz bu məsələ ilə bağlı dəhşətli hadisəyə səbəb olan sürücünün məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti qurumlara məktub ünvanlamışıq. Mərhum Bəhruz Sultanovun atası da şikayət məktubları göndərib”.

Mərhum Rauf Hüseynovun xanımı bildirib ki, geridə qalan müddətdə qəzaya səbəb olan şəxsin özü və yaxınları onlarla əlaqə saxlamayıb, yas məclisində iştirak etməyib: “Onlar heç cür bizimlə əlaqə saxlamadılar, üzrxahlıq etmək, başsağlığı vermək kimi addımlar atmadılar. Bu da həm bizdə, həm də Bəhruzun ailəsində qarşı tərəfin bu boyda faciəyə necə məsuliyyətsizliklə yanaşdığı fikrini yaradır. Bizə gəlib çatan məlumatlara görə, onlar törətdikləri hadisəni ört-basdır etmək, müəyyən yollarla həll etməyə çalışırlar. Amma ortada böyük bir faciə var və bunu gizlətmək mümkün deyil. Biz səbəbkarın məsuliyyətə cəlb edilməsini və ağır cəza almasını tələb edirik”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərli sorğumuza cavab olaraq bildirib ki, hadisə iyulun 29-da saat 12 radələrində Lökbatan-Qobu yolunda baş verib: “Belə ki, Y.Bağırovun idarə etdiyi “Toyota” markalı avtomobilin hərəkət istiqamətini dəyişərək qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxması nəticəsində R.Hüseynovun idarə etdiyi eyni markalı avtomobil hərəkət istiqamətini dəyişib və qarşı tərəfdən hərəkətdə olan M.Ağaverdiyevin idarə etdiyi yük avtomobili ilə toqquşub. Nəticədə R.Hüseynov və həmin avtomobildə sərnişin olan B.Sultanov hadisə yerində ölüblər. Yük avtomobilinin sürücüsü M.Ağaverdiyev isə xəsarət alıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Y.Bağırov şübhəli şəxs qismində tutularaq təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə istintaq müddətində həbslə bağlı olmayan alternativ qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir. Zərərçəkmişlərin iddiaları istintaq predmetidir. Bütün təfərrüatlar araşdırılır”.
Qeyd edək ki, Raufla Bəhruz “Qobu” futbol klubunun üzvü olub. Onlar birgə futbol oynamaqla yanaşı, məşqçilik də ediblər.
Bu gün, 13:20
TƏCİLİ! Azərbaycanlıların olduğu gəmiyə PUA HÜCUMU edildi
Bu gün, 13:14
Qurban Qurbanovun ən çətin gecələrindən biri- "Qarabağ" üçün şok detallar
Bu gün, 13:02
Paşinyana sülh mükafatı verdilər
Bu gün, 12:45
XİN yüzdən çox insanın həlak olduğu hadisə ilə bağlı başsağlığı verdi
Bu gün, 12:41
Təyyarədə də POS terminalla ödəniş etmək olacaq
Bu gün, 11:57
Anar Nəcəfli AAYDA-dan getməyib
Bu gün, 11:46
İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirilib
Bu gün, 11:27
Emin Əmrullayev qalmaqallı direktoru işdən çıxardı
Bu gün, 11:21
“Qəzadan sonra maşını dərhal boyayıblar” - Ölən futbolçuların ailəsi narazıdır
Bu gün, 10:53
Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi
Bu gün, 10:20
Nazirlikdən 25 minə yaxın şəxsin pensiyası ilə bağlı MÜHÜM QƏRAR
Bu gün, 10:12
ABŞ Ordusu Hörmüzdə yeni neft ixracı yolu yaradıb – Sxem açıldı
Bu gün, 10:07
Güclü yanğın dəhşəti: Sənaye zonasında çənlərdən biri partladı
Bu gün, 10:00
Kiyevə dəhşətli hücum: Çox sayda ölən və yaralı var
Bu gün, 09:51
Rusiyadan yeni anti-Azərbaycan çağırışları
Bu gün, 09:45
Bu gün "Qarabağ"ın səfər oyunu var
Bu gün, 09:40
Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 09:35
Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Bu gün, 09:31
17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dən XÜSUSİ ƏMƏLİYYAT
Bu gün, 09:25
“Chevrolet Niva” dərədən aşdı
Bu gün, 09:00
Rusiya bizdən nə istəyir...
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam