Binəqədidə zorakılıq - Polis hərəkətə keçdi, mühafizə orderi isə yolda itib
Hadise
Oxunub: 24
20 iy 2026 | 12:32
Binəqədidə zorakılıq - Polis hərəkətə keçdi, mühafizə orderi isə yolda itib


Azərbaycanda məişət zorakılığı ilə bağlı narahatlıq doğuran daha bir hadisə ictimailəşib. Vəkil Səbuhi Axundov sosial şəbəkədə paylaşdığı statuslarda keçmiş əri tərəfindən dəfələrlə fiziki zorakılığa məruz qalan qadının üzləşdiyi vəziyyəti açıqlayıb və aidiyyəti dövlət qurumlarını təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

Vəkilin sözlərinə görə, qadın uzun müddətdir keçmiş ərinin zorakılığına məruz qalır. Hər dəfə polisə müraciət edilsə də, bir-iki aylıq sakitlikdən sonra həmin şəxs yenidən qadına hücum edir.

Sonuncu hadisə zamanı qadın ictimai yerdə döyülərkən canını qurtarmaq üçün qonşuluqdakı mağazaya sığınıb. Vəkilin bildirdiyinə görə, keçmiş ərin endirdiyi zərbə nəticəsində mağazanın şüşəsi sınıb. Polis hadisəyə müdaxilə edərək qadını xilas etsə də, sonradan mağazanın dəymiş ziyanının məhz zorakılığa məruz qalan qadından tələb olunub. "Öldürürdü evinə qaçardın, mənim mağazama niyə qaçmısan?" yanaşması sərgilənib!

Səbuhi Axundov bildirir ki, qadın qanunvericiliyə uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib və ona qısamüddətli mühafizə orderi verilib. Lakin qanuna görə dərhal icra olunmalı olan orderin verilməsindən 10 gündən çox vaxt keçməsinə baxmayaraq, sənəd icra şöbəsinə çatmayıb, göndərilməyib!!!

Vəkilin sözlərinə görə, bu müddətdə qadın yenidən – bu dəfə atasının evində olarkən keçmiş ərinin hücumuna məruz qalıb. O, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətində çalışan məsul şəxsin vətəndaşa "Bura niyə gəlmisən, get İcra şöbəsinə" deməsini tənqid edib və sənədin vaxtında göndərilməməsinin ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

"İndi bu qadına manyak ər bir şey edərsə, istintaq haradan başlayacaq? Vaxtında hərəkət etməyən məsul şəxslər məsuliyyətə cəlb olunacaqmı?" – deyə vəkil sual edib.

O, həmçinin məişət zorakılığı ilə bağlı müraciətlərə "ailə söhbətidir" yanaşmasının da təhlükəli nəticələr doğurduğunu bildirib.

Səbuhi Axundov digər paylaşımında hüquq-mühafizə orqanlarının operativ reaksiya verdiyini də qeyd edib.

"Yenə həmişəki kimi polis hərəkətə keçib. İşini görür. Hətta məlum oldu ki, iş nəzarətə də götürülüb", – deyə vəkil yazıb.

Vəkil Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazılığını ifadə edərək bildirib ki, mühafizə orderinin icra şöbəsinə göndərilməsi ilə bağlı problem hələ də həllini tapmayıb.

"Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi hələ də qərarı icra şöbəsinə göndərə bilməyib. Göndəribsə, hansı poçtla göndərib, onu tapa bilmirik. Bu təxirəsalınmaz icraatın başlanmalı olduğu sənədin nə vaxt icra şöbəsinə çatacağı sual altındadır", – deyə vəkil qeyd edib.

Səbuhi Axundov hesab edir ki, məişət zorakılığı ilə bağlı mühafizə orderlərinin icrası mexanizmi dəyişdirilməlidir. Onun fikrincə, bu səlahiyyət yerli icra hakimiyyətlərindən alınaraq birbaşa hüquq-mühafizə orqanlarına verilməlidir.

"İcranın bu tip işlərlə bağlı səlahiyyəti tamamilə güc strukturuna təhvil verilsin. Adamlar faktiki olaraq işlərinin mahiyyətini dərk etmirlər",-deyə vəkil vurğulayıb.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 10:44
Azərbaycanlı gənc Kanadada faciəvi şəkildə öldü
Bu gün, 10:35
Əhalinin son sayı - Açıqlandı
Bu gün, 10:32
Məşhur şirkətin Bəhreyndəki data-mərkəzi vuruldu
Bu gün, 09:54
Prezident Britaniyanın yeni Baş nazirini təbrik etdi
Bu gün, 09:49
“Sabah” Finlandiya təmsilçisinə qarşı
Bu gün, 09:46
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu gün, 09:41
Hörmüzdə iki neft tankeri partladı
Bu gün, 09:38
İynə atsan, yerə düşməz - Çempionlar belə qarşılandı
Bu gün, 09:34
Qələbədən nə qədər qazanıblar?
Bu gün, 09:29
“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım
Bu gün, 09:26
Bloger "Azza"dan şikayət etdi: "Bunu insanlara satırlar"
Bu gün, 09:11
Azərbaycan nefti hər şeyi dəyişdi – İsraildən gözlənilməz qərar
Bu gün, 09:00
Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəri çayına gəlirlər
Dünən, 21:56
Prezident Almaniyadadır - Fotolar+Yenilənib
Dünən, 16:00
ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
Dünən, 15:30
Trampın yeni İran planı – dünya bazarlarını və regionu silkələyən ssenari
Dünən, 15:07
Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM
Dünən, 14:22
Paşinyanın “siftəsi kor oldu”
Dünən, 13:00
Kolbasanın içində nə var? - İstehsalçılar istehlakçının diqqətsizliyindən necə yararlanır
Dünən, 12:32
Binəqədidə zorakılıq - Polis hərəkətə keçdi, mühafizə orderi isə yolda itib
Dünən, 12:17
Çin lideri ABŞ-a gedir
Dünən, 12:07
Rusiya Türkiyə gəmisini vurdu – 10 nəfər öldü, yaralananlar var
Dünən, 11:46
Şuşada bir ton çətənə kolu məhv edildi
Dünən, 11:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
Dünən, 11:08
Argentinanın məğlubiyyətinə ortalığı bir-birinə qatdılar
Dünən, 11:04
Pensiya alanlara şad xəbər – Nazirlik 245 min şəxslə bağlı qərarı açıqladı
Dünən, 10:59
Dünya çempionatında ən çox qol vuran futbolçular - SİYAHI