Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Hadise
Oxunub: 15
21 iy 2026 | 09:46
Bu qidalanma vərdişləri xərçəng riskini artırır


Araşdırmalara görə, xərçəngin yaranmasında yalnız genetik amillər deyil, həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır.

“Mütəxəssislər bildirirlər ki, bir çox insan üçün xərçəng genetik olaraq əvvəlcədən müəyyənləşmiş xəstəlik deyil və düzgün qidalanma ilə risk faktorlarını azaltmaq mümkündür.

Sağlam olmayan qidalanma, həddindən artıq yağ, şəkər və duz istehlakı, eləcə də, bəzi emal olunmuş qidaların tez-tez qəbul edilməsi xərçəng riskini artıran əsas amillər sırasında göstərilir.

Məlumatlara görə, doymuş yağların, xüsusilə marqarin, kərə yağı və həddindən artıq yağlı qidaların çox istifadəsi orqanizmə mənfi təsir göstərə bilər. Qızardılmış yeməklər və “fast-food” məhsulları isə yüksək temperaturda hazırlanma zamanı yaranan bəzi zərərli maddələr səbəbindən risk faktorlarını artıra bilər.

Liflə zəngin qidaların az qəbul edilməsi də diqqətçəkən amillərdən biridir. Xüsusilə tərəvəz, meyvə, paxlalıların kifayət qədər istehlak edilməməsi həzm sistemi, o cümlədən, bağırsaq sağlamlığı üçün mənfi nəticələr yarada bilər. Bundan əlavə, həddindən artıq ağ un, şəkərli məhsullar, süni dadlandırıcılar və duzlu qidaların istifadəsinin də sağlamlıq üçün təhlükə yaratdığı qeyd olunur.

Mütəxəssislər isti qida və içkilərin həddindən artıq qəbul edilməsinin də risk faktorlarından biri ola biləcəyini bildirirlər. Eyni zamanda, pestisid qalıqları, bəzi qida əlavələri və nəzarətsiz istifadə olunan kimyəvi maddələrin uzunmüddətli təsirləri ilə bağlı narahatlıqlar mövcuddur.

Xərçəngdən qorunmada isə balanslı qidalanma əsas amillərdən biri hesab olunur. Təzə tərəvəz və meyvələr, xüsusilə brokoli, kələm, ənginar, alma, armud, qaragilə, zoğal, avokado və göyərtilər kimi antioksidantlarla zəngin qidaların rasionda yer alması tövsiyə edilir.

Sağlam qidalanma ilə yanaşı, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durmaq və müntəzəm tibbi müayinələr də xərçəng riskinin azaldılmasında mühüm rol oynayır.
Bu gün, 16:00
Sülh sazişi gələn ilə qaldı? – Paşinyan TƏŞVİŞ içində
Bu gün, 15:30
Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."
Bu gün, 15:06
İlham Əliyev Mertslə təkbətək görüşür
Bu gün, 15:02
Əliyev Berlində rəsmi qarşılandı - Video
Bu gün, 14:52
Almaniya prezidenti Azərbaycanı sabitlik adası kimi xarakterizə edib
Bu gün, 14:22
Rusiya üçün təhlükəsiz arxa cəbhə qalmadı: Ukrayna yeni hücum taktikasını İŞƏ SALDI
Bu gün, 13:08
Prezidentlərin geniş tərkibdə görüşü oldu
Bu gün, 12:52
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
Bu gün, 12:15
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Bu gün, 11:45
Salyandakı qəzanın səbəbi yüksək sürətdir - Rəsmi
Bu gün, 11:42
Almaniyanın yeni səfiri Bakıdadır - Fotolar
Bu gün, 11:38
Qapıdan baxan qeydiyyatçı oğlan imiş - Videodakı qadın danışdı
Bu gün, 11:35
İlham Əliyev Kral Filipi təbrik etdi
Bu gün, 10:44
Azərbaycanlı gənc Kanadada faciəvi şəkildə öldü
Bu gün, 10:35
Əhalinin son sayı - Açıqlandı
Bu gün, 10:32
Məşhur şirkətin Bəhreyndəki data-mərkəzi vuruldu
Bu gün, 09:54
Prezident Britaniyanın yeni Baş nazirini təbrik etdi
Bu gün, 09:49
“Sabah” Finlandiya təmsilçisinə qarşı
Bu gün, 09:46
Bu qidalanma vərdişləri xərçəng riskini artırır
Bu gün, 09:41
Hörmüzdə iki neft tankeri partladı
Bu gün, 09:38
İynə atsan, yerə düşməz - Çempionlar belə qarşılandı
Bu gün, 09:34
Qələbədən nə qədər qazanıblar?
Bu gün, 09:29
“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım
Bu gün, 09:26
Bloger "Azza"dan şikayət etdi: "Bunu insanlara satırlar"
Bu gün, 09:11
Azərbaycan nefti hər şeyi dəyişdi – İsraildən gözlənilməz qərar
Bu gün, 09:00
Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəri çayına gəlirlər
Dünən, 21:56
Prezident Almaniyadadır - Fotolar+Yenilənib