Paşinyanın “siftəsi kor oldu”

İspaniyaya göndərilən əriklər çürüdü, Rusiya bu dəfə Ermənistanın “çəyirdəyini çıxardı”
“Ermənistan hökumətinin son illər iqtisadi siyasətdə əsas prioritetlərindən biri ölkənin ixrac coğrafiyasını şaxələndirmək və Rusiya bazarından asılılığı azaltmaq olub. Baş nazir Nikol Paşinyan və hökumət üzvləri dəfələrlə bəyan ediblər ki, Ermənistan Avropa bazarlarında mövqeyini gücləndirməli, məhsullarını Avropa İttifaqı ölkələrinə çıxarmalı və yeni logistika marşrutları formalaşdırmalıdır.Lakin son hadisələr göstərir ki, bu strategiya hələlik real iqtisadi imkanlardan daha çox siyasi bəyanatlar üzərində qurulub”. Musavat.com xəbər verir ki, bu barədə yekramas.org yazır.
Bildirilir ki, Rusiya bazarında ard-arda tətbiq olunan məhdudiyyətlər, sertifikatlaşdırma sistemində aşkarlanan ciddi nöqsanlar və Avropaya ilk iri kənd təsərrüfatı məhsulu ixracının uğursuzluqla nəticələnməsi Ermənistanın ixrac siyasətinin necə bir ciddi böhran yaşadığını ortaya qoyur.
“Rusiya bazarında məhdudiyyətlər genişlənir. “Rosselxoznadzor” may ayından başlayaraq Ermənistan məhsullarının idxalına əlavə nəzarət mexanizmləri tətbiq etməyə başlayıb. Balıq məhsulları, çiçəklər, tərəvəz, göyərti, çiyələk, çəyirdəkli meyvələr və üzüm artıq Rusiya bazarlarına buraxılmır. .Daha sonra konserv məhsulları istisna olmaqla, demək olar ki, bütün bitki mənşəli kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalına ciddi məhdudiyyət tətbiq edilib. Bu qərarlar Ermənistan kənd təsərrüfatı üçün son dərəcə həssas hesab olunur. Çünki ölkənin aqrar ixracının 90 faizdən çoxu məhz Rusiya bazarına yönəlib. Belə vəziyyətdə alternativ bazar tapmaq qısa müddətdə mümkün görünmür” deyə, yazıda bildirilir.
Rusiya bazarında yaranmış problemlər fonunda Paşinyan hökuməti Avropa bazarlarını əsas alternativ kimi təqdim etməyə başladı. Rəsmi İrəvan hesab edirdi ki, kənd təsərrüfatı məhsullarını Avropa ölkələrinə yönəltməklə yaranmış itkiləri kompensasiya etmək mümkün olacaq. Lakin ilk praktiki sınaq hökumətin hesablamalarının reallıqla üst-üstə düşmədiyini göstərdi.
Sayt yazır ki, İspaniyaya göndərilən Ermənistan əriklərinin böyük partiyası uzun daşınma müddəti ərzində tamamilə xarab olub. Meyvələr satış üçün yararsız vəziyyətə düşdüyündən yük bazara çıxarıla bilməyib və ixracatçılar ciddi maliyyə itkisinə məruz qalıblar.
Qeyd olunur ki, bu hadisə Ermənistan mediasında da geniş müzakirələrə səbəb oldu. İspaniyadakı erməni icmasının nümayəndələri yeni partiyanın göndərilməsi üçün səylərini davam etdirəcəklərini və ilk uğursuzluğun ümumi layihənin sonu olmadığını bildirsələr də, ekspertlər problemin daha fundamental səbəblərdən qaynaqlandığını qeyd edirlər. Mütəxəssislərin fikrincə, Avropa bazarına kənd təsərrüfatı məhsullarının ixracı yalnız siyasi qərar qəbul etməklə mümkün deyil. Bu bazarda uğurlu fəaliyyət üçün sürətli nəqliyyat marşrutları, müasir soyuducu konteynerlər, fasiləsiz "soyuq zəncir" sistemi, beynəlxalq sertifikatlaşdırma, yüksək keyfiyyət standartları və məhsulun qısa müddətdə alıcıya çatdırılması əsas şərtlər hesab olunur.
Rusiya bazarında isə Ermənistan istehsalçıları uzun illər ərzində daha sadə logistika sistemi ilə işləyiblər. Coğrafi yaxınlıq və qurulmuş nəqliyyat marşrutları məhsulların qısa müddətdə istehlakçılara çatdırılmasına imkan verirdi. Avropa istiqamətində isə məsafə daha böyükdür, daşınma müddəti uzanır, logistika xərcləri artır və məhsulun keyfiyyətini qorumaq daha mürəkkəb prosesə çevrilir. İspaniyaya göndərilən əriklərin xarab olması məhz bu problemlərin ilk real nəticəsi kimi qiymətləndirilir.
Beləliklə, Paşinyan hökumətinin siftəsi korlandı, Avropa bazarlarına çıxış strategiyası fiasko oldu...
Dünən, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
Dünən, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dünən, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dünən, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dünən, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dünən, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
Dünən, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Dünən, 09:00
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
30-10-2026, 16:00
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
30-10-2026, 15:30
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
30-10-2026, 14:23
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
30-10-2026, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
30-10-2026, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
30-10-2026, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
30-10-2026, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
30-10-2026, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
30-10-2026, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
30-10-2026, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30-10-2026, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
30-10-2026, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
30-10-2026, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
30-10-2026, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
30-10-2026, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
30-10-2026, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən