Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"

Sabunçu rayonu, Bilgəh qəsəbəsində vətəndaşın özəl mülkiyyətinə ondan icazəsiz transformator quraşdırılıb, yüksək gərginlikli yeraltı kabel çəkilib. İndi də özəl mülkiyyıt sahibinə həyətində ağac əkmıyin, ümumiyyətlə hər hansı qazıntı işinin aparılmasının olduqca təhlükəli, hətta ölümcül olduğunu deyirlər.
Özəl mülkiyyətin sahibi Seymur Quliyev Musavat.com-a deyib ki, baş verənlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müracət edib.
Söhbət Bilgəh qəsəbəsi, Zaqulba şosesi 255 B ünvanında yerləşən özəl mülkiyyətə qanunsuz müdaxilədən gedir. Vətəndaş Seymur Quliyev bildirir ki, onun mülkiyyətində olan 23 sot torpaq sahəsində xəbəri və razılığı olmadan transformator quraşdırılıb.
Şikayətçinin sözlərinə görə, həmin ərazi onun çıxarışlı şəxsi əmlakıdır. Lakin "Azərişıq" tərəfindən heç bir qanuni əsas və ixtiyar olmadan, həmçinin onun icazəsi alınmadan əraziyə transformator quraşdırılıb.
Məsələ ilə bağlı "Azərişıq"a müraciət edən vətəndaşa bildirilib ki, qurğu əraziyə 2009-cu ildə quraşdırılıb.
"Amma Google Maps xəritəsindən və kadastr məlumatlarından açıq-aydın görünür ki, obyekt həmin bura 2014-cü ildən sonra – 2014-cü ilin sonları və ya 2015-ci ilin əvvəllərində quraşdırılıb", deyə Seymur Quliyev bildirib. Vətəndaş mayın 5-i 2026-cı ildə "Azərişıq"a təkrar müraciət edərək, transformatorun əraziyə nə vaxt quraşdırılmasına aydınlıq gətərilməsini istəyib. Ona transformatorun əraziyə 2009-cu ilə quraşdırıldığı deyilib.

Vətəndaş haqlı olaraq sual edir ki, mülkiyyətçinin razılığı və icazəsi olmadan bu qurğu bura necə quraşdırıla bilər? Hətta qurum nümayəndələri bunun yerli qəsəbə nümayəndəsinin razılığı ilə edildiyini desələr də, vətəndaşın əlində yerli icra hakimiyyəti və bələdiyyədən aldığı sorğu cavabları var. Həmin sənədlərə əsasən, heç bir razılaşma olmayıb və heç bir hüquqi qabiliyyəti olan sənəd mövcud deyil.
Seymur Quliyev məsələ ilə bağlı "Azərişıq"dan aldığı cavabdan təəccübləndiyini gizlətmir.
"Mənim özəl mülkiyyətimə, mənim icazəm olmadan tranfarmator quraşdırıblar və "Azərişıq"ın Şəbəkə Əməliyyatları Departamentinin direktoru Elsevər Rüstəmli sorğuma cavabda yazır ki, guya bunu icra hakimiyyəti və bələdiyyə ilə razılaşdırıb ediblər. Mən həm icra hakimiyyətinə, həm də bələdiyyəyə sorğu vermişəm. Hər iki qurum da yazır ki, bizimlə hər hansı razılaşdırma, müqavilə olmayıb".
Seymur Quliyev Elsevər Rüstəmlinin cavabını da təqdim edib. Həmin cavabda yazılır:
"Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində komplekt transformator məntəqəsinin (KTM) yerinin dəyişdirilməsi barədə müraciətinizə (05.05.2026-cı il tarixli, Q-9040-5/2026 nömrəli) “Azərişıq” ASC-də baxılmışdır.
Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan ərazidə istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə 3106 saylı 630 kVA gücündə KTM quraşdırılmışdır. Qeyd olunan KTM 2009-cu ildə yerli icra orqanları ilə razılaşdırılaraq quraşdırılıb istismara verilmişdir.
Məlumat üçün bildiririk ki, KTM-nin yerinin dəyişdirilməsi üçün ilk növbədə yerli icra hakimiyyəti və ya bələdiyyə orqanlarına müraciətiniz əsasında müvafiq ərazi müəyyənləşdikdən sonra aidiyyəti sənədlərlə “ASAN xidmət” mərkəzinə müraciət etməyiniz tövsiyə olunur".
Seymur Quliyev ərazini hasarladığını, yaxınlarda ora darvaza qoyacağını da açıqlayıb: "Mənə maraqlıdır ki, bu adamlar tranformatora texniki qulluğu necə edəcəklər? Hüquq-mühafizə orqanlarından məsələnin araşdırılmasını, qanuni tədbirlər görülməsini xahiş edirəm".
Bu gün, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
Bu gün, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Bu gün, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Bu gün, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Bu gün, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Bu gün, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
Bu gün, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Bu gün, 09:00
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
Dünən, 16:00
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
Dünən, 15:30
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
Dünən, 14:23
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
Dünən, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
Dünən, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
Dünən, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Dünən, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
Dünən, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
Dünən, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Dünən, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Dünən, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
Dünən, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
Dünən, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
Dünən, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
Dünən, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
Dünən, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
Dünən, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
Dünən, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
Dünən, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən