Deputat gəncləri narahat edən əsas sualdan DANIŞDI
Sosial
Oxunub: 20
30 sen 2026 | 12:21
Deputat gəncləri narahat edən əsas sualdan DANIŞDI


Deputat Razi Nurullayev parlamentin iclasında Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında çıxış edərkən mühüm bir məsələyə diqqət çəkib.

Deputat bildirib ki, payız sessiyasının iş planı müzakirə olunarkən “Ailə, valideynlik və uşaqların hüquqlarının təminatı haqqında” qanun layihəsinin hazırlanmasının da iş planına daxil edilməsini zəruri sayır:

“Gənc ailə üçün övlad sahibi olmaq bir günlük qərar deyil. Bu, ən azı 18-20 il davam edən böyük məsuliyyətdir. Ona görə də dövlətin ailənin yalnız uşağın doğulduğu anda deyil, bütün bu mərhələlər boyunca yanında olmasını vacib görürəm. Dünya təcrübəsində mənim diqqətimi çəkən əsas məqam da məhz budur. Orada məsələyə yalnız pul ödənişi kimi deyil, mənzil, uşaq baxımı, valideynlərin əmək fəaliyyəti, təhsil və gələcək maliyyə təhlükəsizliyini əhatə edən kompleks sistem kimi yanaşılır.

Azərbaycanda da bu istiqamətdə kifayət qədər dövlət dəstəyi mövcuddur. Ailələrə, uşaqlara və gənclərə müxtəlif müavinətlər ödənilir, sosial xidmətlər göstərilir, mənzil, məşğulluq, təhsil və digər istiqamətlər üzrə proqramlar həyata keçirilir. Amma burada ciddi bir problem var. Bu imkanlar və xidmətlər müxtəlif qanunlarda, proqramlarda və ayrı-ayrı mexanizmlərdə dağınıq şəkildə təqdim olunur. Bəzən sistem vətəndaş üçün mürəkkəb və anlaşılmaz görünür. Yanaşmamız belə olmalıdır: hüququn qanunda yazılması kifayət deyil, vətəndaş həmin hüquqdan real və rahat şəkildə istifadə edə bilməlidir. Bu qanunun məqsədi mövcud dövlət dəstəyi mexanizmlərini ləğv etmək və ya hər şeyə yenidən başlamaq deyil. Əksinə, bu gün mövcud olan hüquq və xidmətləri vahid hüquqi çərçivədə toplamaq, sistemləşdirmək və vətəndaş üçün daha aydın və əlçatan etmək və bununla bərabər digər yeni kompleks xidmətləri də əlavə etməkdir”.

Razi Nurullayev qeyd edib ki, burada gənc ailənin mənzil məsələsi xüsusi yer tutmalıdır:

“Çünki bu gün bir çox gənc üçün artıq əsas sual “uşaq pulu nə qədər olacaq?” deyil, “harada yaşayacağıq?” sualıdır. Güzəştli ipoteka imkanlarının genişləndirilməsi, ilkin ödənişə dövlət dəstəyi və uşaqlı ailələr üçün əlavə mexanizmlər bu siyasətin bir hissəsi ola bilər. Digər mühüm məsələ uşaq baxımıdır. Elə şərait yaratmalıyıq ki, qadın ana olduğu üçün əmək bazarından kənarda qalmasın. Bağçaların əlçatanlığı, çevik iş imkanları və valideynlər üçün uyğun əmək şəraiti bu sistemin tərkib hissəsi olmalıdır. Uşağın gələcəyi də ayrıca nəzərə alınmalıdır. Təhsil və inkişaf imkanlarına yönələn dövlət dəstəyi ailəyə yalnız bugünkü xərcləri qarşılamaqda deyil, uşağın gələcəyini qurmaqda kömək etməlidir. Ən vacibi isə budur: dövlət ailəyə “övlad sahibi olun” deyən tərəf kimi yox, bu qərarın məsuliyyətini bölüşən tərəf kimi çıxış etməlidir. Gənc ailəyə deməliyik: siz ailə qurursunuzsa və övlad sahibi olmaq istəyirsinizsə, bu yolda tək deyilsiniz. Mənzil məsələsində, uşağın baxımında, təhsildə və əmək həyatında dövlət sizin yanınızdadır. Çünki demoqrafik problemi inzibati çağırışlarla həll etmək mümkün deyil. İnsan gələcəyinə əmin olduqda, ailəsinin və övladının təhlükəsizliyini gördükdə daha inamlı qərar verir. Ona görə mən bu məsələyə yalnız demoqrafik siyasət kimi baxmıram. Bu, insan hüquqları məsələsidir, ailənin sosial təminatı məsələsidir və Azərbaycanın gələcəyinə investisiyadır.

Məqsədimiz sadəcə daha çox uşağın dünyaya gəlməsi olmamalıdır. Məqsədimiz daha təhlükəsiz, daha imkanlı və övladını gələcəyə inamla böyüdə bilən ailələr yaratmaqdır.

Təklif edirəm ki, bu məsələnin parlamentin payız sessiyasının iş planına daxil edilməsi və kompleks qanun layihəsinin hazırlanması ilə bağlı işə başlanılması nəzərdən keçirilsin”.
Dünən, 16:00
Şuşadan dünyaya göstərilənlər erməni dairələrini hərəkətə gətirdi – Təcili müraciətlər
Dünən, 15:30
Trampın Kuba gedişi - 3 noyabr seçkiləri öncəsi son şans, yoxsa vaxt darlığı?
Dünən, 13:38
Azərbaycanda hazırlanan kamikaze PUA ilk dəfə GÖRÜNTÜLƏNDİ
Dünən, 13:21
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 13:16
"Birliyin Gücü – 2026” təlimində tapşırıqlar yerinə yetirilib - VİDEO
Dünən, 13:12
Bəzi işçilər gəlir vergisindən azad edilir
Dünən, 12:21
Deputat gəncləri narahat edən əsas sualdan DANIŞDI
Dünən, 12:11
Milli Məclis bəyanat qəbul etdi - TAM MƏTN
Dünən, 11:42
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 11:38
Azərbaycan İranla mühüm görüşlər keçirdi
Dünən, 11:33
Pilotlar dalaşdı, təyyarə təcili eniş etdi - YENİLƏNİB
Dünən, 10:58
Azərbaycanda rüşvətxorları ifşa edənlərə qoruma vədi
Dünən, 10:14
Dövlət başçısı Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyətindən danışdı
Dünən, 10:11
Prezident: Bu, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:50
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
Dünən, 09:28
Xəzər dənizində KRİTİK vəziyyət: Suyun səviyyəsi sürətlə azalır - VİDEO
Dünən, 09:23
Deputatlar üçün MÜHÜM GÜN
Dünən, 09:19
Putinin Azərbaycanla bağlı qadağasının SƏBƏBİ BU İMİŞ
Dünən, 09:00
Qeyri-neft ixracında əsas DAYAQLAR: Yeni mərhələdə nələr olacaq? – AÇIQLAMA
29-09-2026, 16:00
AKP-nin “Nene Hatun”u necə batdı - 5 ayda 2 milyardlıq qazanc və arxa qapıdan çıxış
29-09-2026, 15:30
Ət yenə bahalaşacaq? – Yeni qiymət proqnozu
29-09-2026, 14:47
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29-09-2026, 14:22
Gələn ay bu məhsullar BAHALAŞACAQ
29-09-2026, 14:00
İran 3 noyabrdan sonra müharibənin yenidən alovlanacağını gözləyir
29-09-2026, 13:36
Əli Həsənovun qızı Dubayda brend mallar mağazası açdı - FOTOLAR
29-09-2026, 13:01
FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib