Qeyri-neft ixracında əsas DAYAQLAR: Yeni mərhələdə nələr olacaq? – AÇIQLAMA
Iqtisadiyyat
Oxunub: 20
30 sen 2026 | 09:00
Qeyri-neft ixracında əsas DAYAQLAR: Yeni mərhələdə nələr olacaq? – AÇIQLAMA


2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektorunda ixrac həyata keçirən qeyri-dövlət şirkətlərinin reytinqində ilk onluq açıqlanıb. Siyahıda mədənçilikdən tekstilə, şəkər və metallurgiyadan kənd təsərrüfatına, aviasiyadan tütün istehsalına qədər müxtəlif sahələri təmsil edən şirkətlər yer alıb.

İlk onluğa “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Prime Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel Company” QSC, “Prime Export” MMC, “Tabaterra” MMC, “Vvest Stream” MMC, “Agrarco” MMC, “Silk Way Aviaşirkəti” MMC və “P-Aqro” MMC daxil olub. Qeyri-neft sektoru üzrə dövlət şirkətlərinin ixrac siyahısına isə SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi başçılıq edir. Siyahıda “Azergold”, “Socar Polymer”, “Azəralüminium”, “Azərpambıq Aqrar Sənaye Kompleksi”, “Azərenerji”, “Azərbaycan Hava Yolları”, “Naxçıvan Enerji”, “Socar Cape” və “Azəripək” kimi şirkətlər də yer alıb.

Bəs Azərbaycanın qeyri-neft ixracında əsas yükü hansı sahələr və şirkətlər daşıyır? İxracatçı şirkətlərin siyahısı ölkə iqtisadiyyatının qeyri-neft sektorunun real mənzərəsini nə dərəcədə göstərir və bu ixracın daha da artırılması üçün hansı sahələrə diqqət yetirilməlidir?
İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a deyib ki, Azərbaycanın qeyri-neft ixracında əsas yükü hazırda bir neçə istiqamət daşıyır: “Bunların sırasında metallurgiya və metal emalı, kimya və neft-kimya, alüminium, mədənçilik, kənd təsərrüfatı və aqrar məhsulların emalı, pambıq və tekstil, şəkər, tütün, həmçinin aviasiya və logistika xidmətləri xüsusi yer tutur. 2026-cı ilin yanvar-avqust aylarında qeyri-neft-qaz sənayesində istehsalın 5,4 faiz artması da sənaye yönümlü qeyri-neft ixracının genişlənməsi üçün baza olduğunu göstərir. Eyni dövrdə kənd təsərrüfatı istehsalı 2,6 faiz, nəqliyyat və anbar təsərrüfatı 8,7 faiz, informasiya və rabitə isə 10,7 faiz artıb.

Şirkətlər üzrə siyahıya baxdıqda da bu mənzərə görünür. “Baku Steel Company”, “Azerbaijan International Mining Company”, “Prime Cotton”, “Azərbaycan Şəkər İstehsalat Birliyi”, “Tabaterra”, “Agrarco” və digər şirkətlərin ön sıralarda olması qeyri-neft ixracının hələ də əsasən xammal və ilkin emal olunmuş sənaye və kənd təsərrüfatı məhsullarına söykəndiyini göstərir. Dövlət şirkətləri arasında isə “Azergold”, “SOCAR Polymer”, “Azəralüminium”, “Azərpambıq” kimi müəssisələrin mövcudluğu da mədənçilik, kimya, metallurgiya və aqrar emalın əhəmiyyətini göstərir.

Lakin ixracatçı şirkətlərin ilk onluğu bütövlükdə qeyri-neft sektorunun mənzərəsi demək deyil. Reytinq yalnız ixrac edən şirkətləri göstərir və daxili bazarda fəaliyyət göstərən, yaxud ixracı hələ kiçik olan minlərlə müəssisəni əhatə etmir. Buna görə siyahıdan ölkənin bütün qeyri-neft iqtisadiyyatının inkişaf səviyyəsi barədə birbaşa nəticə çıxarmaq düzgün olmaz. Məsələn, 2026-cı ilin yanvar-avqust aylarında qeyri-neft-qaz ÜDM-i 2,1 faiz artdığı halda, informasiya və rabitə kimi xidmət sahələrində artım 10,7 faiz olub. Bu sahələrin ixrac potensialı şirkətlərin klassik mal ixracı reytinqində tam görünmür.

Əsas problem isə ixracın strukturundadır. Qeyri-neft ixracında meyvə-tərəvəz, kimya məhsulları, alüminium və məmulatları, plastmas, pambıq lifi və iplik, qara metallar, içkilər, şəkər və bitki yağları kimi məhsulların payı yüksəkdir. Bu, müəyyən istehsal bazasının formalaşdığını göstərsə də, daha yüksək əlavə dəyərli məhsulların payının artırılmasına ehtiyac olduğunu göstərir”.

İqtisadçı qeyd edib ki, bundan sonra əsas diqqət sadəcə daha çox məhsul ixracına yox, daha çox əlavə dəyər yaratmağa yönəlməlidir: “Məsələn, xam və ya ilkin emal olunmuş metal əvəzinə hazır metal məmulatlarının, pambıq əvəzinə hazır tekstil məhsullarının, kənd təsərrüfatı xammalı əvəzinə qablaşdırılmış və emal olunmuş ərzaq məhsullarının ixracını artırmaq daha böyük iqtisadi effekt yarada bilər. Eyni yanaşma kimya, plastik, qida sənayesi və tikinti materiallarına da tətbiq oluna bilər.

Kənd təsərrüfatında isə əsas məsələ istehsalın artırılması ilə yanaşı, məhsulun çeşidlənməsi, soyudulması, qablaşdırılması, emalı və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bu istiqamətdə rəqabət qabiliyyəti yüksəldikcə eyni həcmdə xammaldan daha çox ixrac gəliri əldə etmək mümkündür. Digər mühüm istiqamət xidmət ixracıdır. Azərbaycanın nəqliyyat-logistika imkanları, aviasiya, informasiya texnologiyaları, rəqəmsal xidmətlər, turizm və peşəkar xidmətləri qeyri-neft ixracının yeni mənbələrinə çevrilə bilər. Hazırda nəqliyyat və anbar təsərrüfatında 8,7 faiz, informasiya və rabitədə isə 10,7 faiz artım olması bu sahələrdə potensialın olduğunu göstərir.

Yəni, hazırkı şirkət siyahısı Azərbaycanın qeyri-neft ixracının əsas dayaqlarını kifayət qədər aydın göstərir, amma sektorun gələcək potensialını tam əks etdirmir. Növbəti mərhələdə məqsəd ixracatçı şirkətlərin sayını artırmaqla yanaşı, ixracın strukturunu xammaldan yüksək əlavə dəyərli məhsullara, ənənəvi bazarlardan isə daha geniş və şaxələndirilmiş xarici bazarlara doğru dəyişmək olmalıdır”.
Dünən, 16:00
Şuşadan dünyaya göstərilənlər erməni dairələrini hərəkətə gətirdi – Təcili müraciətlər
Dünən, 15:30
Trampın Kuba gedişi - 3 noyabr seçkiləri öncəsi son şans, yoxsa vaxt darlığı?
Dünən, 13:38
Azərbaycanda hazırlanan kamikaze PUA ilk dəfə GÖRÜNTÜLƏNDİ
Dünən, 13:21
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 13:16
"Birliyin Gücü – 2026” təlimində tapşırıqlar yerinə yetirilib - VİDEO
Dünən, 13:12
Bəzi işçilər gəlir vergisindən azad edilir
Dünən, 12:21
Deputat gəncləri narahat edən əsas sualdan DANIŞDI
Dünən, 12:11
Milli Məclis bəyanat qəbul etdi - TAM MƏTN
Dünən, 11:42
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 11:38
Azərbaycan İranla mühüm görüşlər keçirdi
Dünən, 11:33
Pilotlar dalaşdı, təyyarə təcili eniş etdi - YENİLƏNİB
Dünən, 10:58
Azərbaycanda rüşvətxorları ifşa edənlərə qoruma vədi
Dünən, 10:14
Dövlət başçısı Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyətindən danışdı
Dünən, 10:11
Prezident: Bu, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:50
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
Dünən, 09:28
Xəzər dənizində KRİTİK vəziyyət: Suyun səviyyəsi sürətlə azalır - VİDEO
Dünən, 09:23
Deputatlar üçün MÜHÜM GÜN
Dünən, 09:19
Putinin Azərbaycanla bağlı qadağasının SƏBƏBİ BU İMİŞ
Dünən, 09:00
Qeyri-neft ixracında əsas DAYAQLAR: Yeni mərhələdə nələr olacaq? – AÇIQLAMA
29-09-2026, 16:00
AKP-nin “Nene Hatun”u necə batdı - 5 ayda 2 milyardlıq qazanc və arxa qapıdan çıxış
29-09-2026, 15:30
Ət yenə bahalaşacaq? – Yeni qiymət proqnozu
29-09-2026, 14:47
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29-09-2026, 14:22
Gələn ay bu məhsullar BAHALAŞACAQ
29-09-2026, 14:00
İran 3 noyabrdan sonra müharibənin yenidən alovlanacağını gözləyir
29-09-2026, 13:36
Əli Həsənovun qızı Dubayda brend mallar mağazası açdı - FOTOLAR
29-09-2026, 13:01
FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib