Putinin Azərbaycanla bağlı qadağasının SƏBƏBİ BU İMİŞ
Dunya
Oxunub: 23
30 sen 2026 | 09:19
Putinin Azərbaycanla bağlı qadağasının SƏBƏBİ BU İMİŞ


Rusiyada fiziki şəxslərin ölkədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrə, eyni zamanda Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (20 min manat) artıq nağd pul çıxarılması qadağan edilib. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.
İqtisadçı ekspert Eldəniz Əmirov sözügedən qadağanın səbəbləri və Azərbaycana təsirlərini şərh edib.

O bildirib ki, hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayaraq tətbiq olunur. Səbəb isə aydındır:

"Hələ bir neçə gün əvvəl Rusiyanın Maliyyə Nazirliyi və Mərkəzi Bankı mövcud mexanizmdən sui-istifadə hallarının aşkarlandığını bildirmişdi. Hətta eyni təsdiqedici sənədlərdən istifadə etməklə bir neçə partiya nağd pulun ölkədən çıxarılmasına cəhdlərin olduğu açıqlanmışdı. Buna görə də, Mərkəzi Bank, Maliyyə Nazirliyi və Gömrük Xidməti arasında məlumatların birləşdirilməsi, eyni sənədin təkrar istifadəsinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Yəni görünür, Rusiyadan maliyyə sistemindən kənar böyük həcmdə nağd pul çıxarılması ilə bağlı müəyyən siqnallar var və yeni qərar da bundan qaynaqlanır".

Ekspert deyib ki, əvvəlki məhdudiyyət Avrasiya İqtisadi İttifaqına üzv ölkələri əhatə edirdi. Yeni qərarla Azərbaycan, Tacikistan və Özbəkistan da ayrıca bu siyahıya salınıb.

Bəs bunun Azərbaycana real təsiri nə qədər olacaq?

"Rusiya Azərbaycana pul köçürmələrinin əsas mənbəyidir. 2024-cü ildə Rusiyadan Azərbaycana 497 milyon dollar, 2025-ci ildə 479,3 milyon dollar pul köçürülüb. 2025-ci ildə ümumilikdə ölkəyə daxil olan 1,177 milyard dollarlıq pul köçürmələrinin təxminən 41%-i Rusiyanın payına düşüb.

2026-cı ilin ilk yarısında isə Rusiyadan Azərbaycana köçürmələr 356,7 milyon dollara çatıb və 67,4% artıb. Bu, həmin dövrdə Azərbaycana daxil olan bütün pul köçürmələrinin 47,6% deməkdir.

Amma bir məsələ var ki, bu yüz milyonlarla dollar əsasən bank infrastrukturu və pulköçürmə sistemləri ilə gələn vəsaitdir. Yeni 1 milyon rubl limiti isə məhz fiziki şəkildə ölkədən çıxarılan nağd pula aiddir", - deyə E. Əmirov qeyd edib.

Onun sözlərinə görə, Rusiyadan Azərbaycana il ərzində ciblərdə, çantalarda və baqajlarda nə qədər nağd rubl gətirildiyinə dair ayrıca açıq rəsmi statistika yoxdur. Ona görə də məhdudiyyətin Azərbaycana dəqiq maliyyə təsirini hesablamaq mümkün deyil:

"Amma mövcud durum deməyə əsas verir ki, bütün hallarda bu bizim üçün elə də narahatedici qərar deyil. Məgər Azərbaycana bir dəfəyə cibinə 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul qoyub, gətirən fiziki şəxslərin sayı nə qədərdir? Gətirmək istəyən də, 1 milyon rublu cibində, yerdə qalanı da bankla gətirə (köçürə) biləcək.

Odur ki, qərarın Azərbaycana ümumi pul axınına təsiri ciddi olmayacaq. Bunun daha çox, iri məbləğlərin nağd və maliyyə sistemindən kənar daşınmasına təsiri olacaq".
Dünən, 16:00
Şuşadan dünyaya göstərilənlər erməni dairələrini hərəkətə gətirdi – Təcili müraciətlər
Dünən, 15:30
Trampın Kuba gedişi - 3 noyabr seçkiləri öncəsi son şans, yoxsa vaxt darlığı?
Dünən, 13:38
Azərbaycanda hazırlanan kamikaze PUA ilk dəfə GÖRÜNTÜLƏNDİ
Dünən, 13:21
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 13:16
"Birliyin Gücü – 2026” təlimində tapşırıqlar yerinə yetirilib - VİDEO
Dünən, 13:12
Bəzi işçilər gəlir vergisindən azad edilir
Dünən, 12:21
Deputat gəncləri narahat edən əsas sualdan DANIŞDI
Dünən, 12:11
Milli Məclis bəyanat qəbul etdi - TAM MƏTN
Dünən, 11:42
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 11:38
Azərbaycan İranla mühüm görüşlər keçirdi
Dünən, 11:33
Pilotlar dalaşdı, təyyarə təcili eniş etdi - YENİLƏNİB
Dünən, 10:58
Azərbaycanda rüşvətxorları ifşa edənlərə qoruma vədi
Dünən, 10:14
Dövlət başçısı Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyətindən danışdı
Dünən, 10:11
Prezident: Bu, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:50
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
Dünən, 09:28
Xəzər dənizində KRİTİK vəziyyət: Suyun səviyyəsi sürətlə azalır - VİDEO
Dünən, 09:23
Deputatlar üçün MÜHÜM GÜN
Dünən, 09:19
Putinin Azərbaycanla bağlı qadağasının SƏBƏBİ BU İMİŞ
Dünən, 09:00
Qeyri-neft ixracında əsas DAYAQLAR: Yeni mərhələdə nələr olacaq? – AÇIQLAMA
29-09-2026, 16:00
AKP-nin “Nene Hatun”u necə batdı - 5 ayda 2 milyardlıq qazanc və arxa qapıdan çıxış
29-09-2026, 15:30
Ət yenə bahalaşacaq? – Yeni qiymət proqnozu
29-09-2026, 14:47
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29-09-2026, 14:22
Gələn ay bu məhsullar BAHALAŞACAQ
29-09-2026, 14:00
İran 3 noyabrdan sonra müharibənin yenidən alovlanacağını gözləyir
29-09-2026, 13:36
Əli Həsənovun qızı Dubayda brend mallar mağazası açdı - FOTOLAR
29-09-2026, 13:01
FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib