İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
Gundem / Siyaset
Oxunub: 23
30 sen 2026 | 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb


Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.
Mətndə deyilir:

"Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar!

Sizi "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılışı münasibətilə təbrik edir və Azərbaycanda səmimi-qəlbdən salamlayıram.

Bakı şəhərində ənənəvi olaraq təşkil edilən "ADEX" sərgisinin regionun ən mötəbər və faydalı müdafiə sənayesi platformalarından birinə çevrilməsini görmək məmnunluq doğurur. Bu sərgiyə marağın ildən-ilə artması, burada bir çox ölkənin və aparıcı şirkətin təmsil olunması tədbirin aktuallığını və beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir.

Dost və tərəfdaş ölkələrin müdafiə sənayesi qurumlarını, hərbi ekspertlərini və şirkətlərini bir araya gətirən bu mühüm beynəlxalq sərgi müdafiə sənayesinin müxtəlif istiqamətləri üzrə ən son texnologiyaların, müasir silah sistemlərinin, hərbi texnika nümunələrinin, həmçinin innovativ həllərin nümayiş etdirilməsinə, yeni əməkdaşlıq imkanlarının müzakirə olunmasına və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradır.

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. "ADEX" sərgisi həm ölkəmizin müdafiə-sənaye kompleksinin gücünün və potensialının, o cümlədən innovativ texnologiyalarının, həm də tərəfdaşlarımızın müdafiə sənayesi müəssisələrinin müasir məhsullarının və yeni nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

"ADEX" ilə paralel olaraq və bu il artıq 15-ci dəfə keçirilən "Securex Caspian" sərgisi də öz növbəsində təhlükəsizlik, mühafizə, xilasetmə və fövqəladə halların idarə olunması sahələrində qabaqcıl texnologiyaların nümayiş etdirildiyi ixtisaslaşmış tədbirlərdən biri olaraq böyük nüfuz qazanmışdır.

Əminəm ki, "ADEX" və "Securex Caspian" sərgiləri iştirakçılar arasında yeni işgüzar əlaqələrin qurulmasına, habelə hərbi-texniki tərəfdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

Hər birinizi bir daha ürəkdən salamlayır, sərgilərin işinə uğurlar, iştirakçılara səmərəli fəaliyyət arzulayıram!"
Dünən, 16:00
Şuşadan dünyaya göstərilənlər erməni dairələrini hərəkətə gətirdi – Təcili müraciətlər
Dünən, 15:30
Trampın Kuba gedişi - 3 noyabr seçkiləri öncəsi son şans, yoxsa vaxt darlığı?
Dünən, 13:38
Azərbaycanda hazırlanan kamikaze PUA ilk dəfə GÖRÜNTÜLƏNDİ
Dünən, 13:21
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Dünən, 13:16
"Birliyin Gücü – 2026” təlimində tapşırıqlar yerinə yetirilib - VİDEO
Dünən, 13:12
Bəzi işçilər gəlir vergisindən azad edilir
Dünən, 12:21
Deputat gəncləri narahat edən əsas sualdan DANIŞDI
Dünən, 12:11
Milli Məclis bəyanat qəbul etdi - TAM MƏTN
Dünən, 11:42
Zakir Həsənov onlara müraciət etdi
Dünən, 11:38
Azərbaycan İranla mühüm görüşlər keçirdi
Dünən, 11:33
Pilotlar dalaşdı, təyyarə təcili eniş etdi - YENİLƏNİB
Dünən, 10:58
Azərbaycanda rüşvətxorları ifşa edənlərə qoruma vədi
Dünən, 10:14
Dövlət başçısı Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyətindən danışdı
Dünən, 10:11
Prezident: Bu, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Dünən, 10:07
İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
Dünən, 09:50
Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular
Dünən, 09:28
Xəzər dənizində KRİTİK vəziyyət: Suyun səviyyəsi sürətlə azalır - VİDEO
Dünən, 09:23
Deputatlar üçün MÜHÜM GÜN
Dünən, 09:19
Putinin Azərbaycanla bağlı qadağasının SƏBƏBİ BU İMİŞ
Dünən, 09:00
Qeyri-neft ixracında əsas DAYAQLAR: Yeni mərhələdə nələr olacaq? – AÇIQLAMA
29-09-2026, 16:00
AKP-nin “Nene Hatun”u necə batdı - 5 ayda 2 milyardlıq qazanc və arxa qapıdan çıxış
29-09-2026, 15:30
Ət yenə bahalaşacaq? – Yeni qiymət proqnozu
29-09-2026, 14:47
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29-09-2026, 14:22
Gələn ay bu məhsullar BAHALAŞACAQ
29-09-2026, 14:00
İran 3 noyabrdan sonra müharibənin yenidən alovlanacağını gözləyir
29-09-2026, 13:36
Əli Həsənovun qızı Dubayda brend mallar mağazası açdı - FOTOLAR
29-09-2026, 13:01
FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib