“Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar

Sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Konqres Mərkəzində onlayn formatda Mingəçevir Sənaye Parkında “Textile Horizon” MMC-nin “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.
Prezident İlham Əliyev, “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Nəsib İslamzadə və “Global Textile Group”un sədri Muzaffar Razakov müəssisənin onlayn formatda təməlinin qoyulmasını bildirən düyməni basdılar.
Qeyd edək ki, ötən il Mingəçevir Sənaye Parkının rezidenti statusu verilən “Textile Horizon” MMC-nin təsisçiləri “Azərşəkər” MMC, “Global Textile” LLC və Azərbaycan-Özbəkistan İnvestisiya Fondudur. Layihə çərçivəsində pambıq əkinindən başlayaraq, mahlıc, iplik, parça və son tekstil məhsullarının istehsalı nəzərdə tutulur. Müəssisə Mingəçevir Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Sahəsi 11,2 hektar olan müəssisədə ildə 16 min ton mahlıc, 11 min ton iplik, 7,3 min ton boyalı parça və 11 milyon köynək istehsalı nəzərdə tutulur. Məhsulların daxili bazarla yanaşı, ixracı da planlaşdırılır.
***
Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 26-da Bakıda Konqres Mərkəzində onlayn formatda Laçın rayonunda “Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub.
Prezident İlham Əliyev və Türkiyənin “Demirören Holdinq”inin prezidenti Yıldırım Demirören stansiyanın onlayn formatda açılışını bildirən düyməni basdılar.
Qeyd edək ki, dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu baxımdan, Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarı layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu layihəyə daxil olan “Minkənd” Kiçik Su Elektrik Stansiyasının qoyuluş gücü 3,2 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı isə 11,8 milyon kVt/saat təşkil edir. Stansiya Avstriya və İtaliya texnologiyaları əsasında qurulub.
Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarını əhatə edən layihə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində və dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilir. Ümumi dəyəri 53,2 milyon manat olan layihəyə “Minkənd”, “Qalaca-1”, “Qalaca-2”, “Malıbəy” və “Tərtər-1” kiçik su elektrik stansiyaları daxildir. Digər stansiyaların 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Onların istismar müddəti 30 ildir. Layihə üzrə ümumi qoyuluş gücü 12,9 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı 44,1 milyon kVt/ saatdır. Layihəyə işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulan güzəşt və azadolmalar tətbiq edilib, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib.
Layihə ilə bağlı fəaliyyət göstərən “Green Karabakh Energy” MMC-də “Demirören Holdinq” və Azərbaycan Biznesinin İnkişafı Fondu iştirak payına malikdir.





Dünən, 18:32
Prezident 3 rayona icra başçısı təyin etdi
Dünən, 16:00
Müharibədən 6 il sonra İrəvanda qorxulu xəbərdarlıq – “Yeni savaş yaxınlaşır”
Dünən, 15:30
Netanyahu bazar günü Əbu-Dabiyə gizli səfər edib – İsrail telekanalından şok məlumat
Dünən, 14:22
Netanyahudan başından böyük qələt – Ərdoğana qarşı böyük dosye hazırlanır
Dünən, 14:19
Əvəz Zeynallı vəfat etdi
Dünən, 14:00
ABŞ İraqı tərk edir, kürdlər həyəcan təbili çalır: Bizi müdafiəsiz qoymaq biabırçılıqdır
Dünən, 13:16
“Ruslar olmasa, yiyəsiz qalacağıq” – Kremlin adamı dediyi sözü yedi
Dünən, 12:07
Hörmüz boğazında GƏRGİN ANLAR: İran raketi ABŞ dəniz piyadalarının gəmisini vurdu, yaralılar var!
Dünən, 12:02
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib
Dünən, 11:46
15-i uşaq olmaqla 44 nəfər xilas edildi - NAZİRLİKDƏN VACİB AÇIQLAMA
Dünən, 11:38
Baş prokuror: Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədənlər layiqli cəzalarını alıblar
Dünən, 10:56
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Dünən, 10:53
İlham Əliyev onları təltif etdi - SİYAHI
Dünən, 10:50
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Dünən, 10:38
Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir?
Dünən, 10:18
Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var
Dünən, 10:13
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
Dünən, 10:06
Xəstə çağırışına gedən təcili yardım sürücüsü sükan arxasında vəfat etdi
Dünən, 10:00
Avropadan Zəngəzura qəfil milyonlar – Səfirlər bölgəyə tökülüşdü
Dünən, 09:38
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 09:24
Tramp süni intellektlə bağlı açıqlama verəcək
Dünən, 09:11
44 günlük müharibənin ildönümündə Paşinyandan doğru seçim – Məğlubiyyəti konsertlə qeyd etdilər
Dünən, 09:00
Erməni keşişdən 44 günlük müharibə "etirafı"– “Öz təkəbbürümüz ucbatından məğlub olduq”
27-09-2026, 12:46
Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar
27-09-2026, 12:00
Bir dəqiqəlik sükut...
27-09-2026, 11:20
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
27-09-2026, 11:13
“Azərbaycanın yanında olmağa davam edəcəyik”