Erməni keşişdən 44 günlük müharibə "etirafı"– “Öz təkəbbürümüz ucbatından məğlub olduq”
Dunya
Oxunub: 20
28 sen 2026 | 09:00
Erməni keşişdən 44 günlük müharibə "etirafı"– “Öz təkəbbürümüz ucbatından məğlub olduq”


Erməni keşiş Narek Sarkisyan 44 günlük müharibədə Ermənistanın məğlubiyyətinin səbəbləri barədə danışıb.

Musavat.com xəbər verir ki, keşiş bu barədə bu gün Aragatsotn vilayətinin Muğni kəndindəki Surb Gevork kilsəsində liturgiyadan sonra etdiyi moizədə bildirib.

Narek Sarkisyan 6 il əvvəl baş verən hadisələrə toxunaraq deyib ki, 44 günlük müharibədə məğlubiyyətin səbəblərindən biri ermənilərin öz təkəbbürü və lovğalığı olub.

“Biz 44 günlük müharibədə öz təkəbbürümüz və lovğalığımız ucbatından məğlub olduq”, – deyə keşiş bildirib.

Onun sözlərinə görə, həmin günlərin faciəli hadisələri həm də yaxın insana sevginin olmaması və daxili parçalanmanın nəticəsi idi.

“Mən öz xalqımı sevirəm, amma məğlubiyyətlə barışan insanı sevə bilmərəm. Mənim üçün bu, qəbuledilməz düşüncədir. Məğlubiyyətin qəlbimizdə yeri yoxdur”, – deyə Sarkisyan əlavə edib.

Keşiş həmçinin cinayət təqibinə məruz qalan bütün ermənilərin katolikosuna və digər kilsə iyerarxlarına dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Lakin keşişin məğlubiyyəti yalnız “təkəbbür və lovğalıq”la izah etməsi məsələnin başqa mühüm tərəfini kölgədə qoyur. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi xaos, hakimiyyət böhranı və daxili qarşıdurmalar dövrünü yaşayırdı. Məhz həmin mürəkkəb şəraitdən istifadə edilərək Azərbaycanın ərazilərinin işğalı genişləndirildi. 1993-cü ildə Kəlbəcər, Ağdam və digər Azərbaycan ərazilərinin ələ keçirilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrində də əksini tapmışdı.

Azərbaycan xalqı isə təxminən 30 il torpaqlarının işğalı ilə barışmadı.

2020-ci ildə minlərlə azərbaycanlı könüllü şəkildə cəbhəyə getmək üçün müraciət etdi. Onların arasında Qarabağı həyatında bir dəfə də görməyən, bu torpaqları yalnız fotolardan, videolardan və valideynlərinin xatirələrindən tanıyan gənclər də vardı. Onlar Qarabağı görmədən Qarabağı sevdilər və onun azadlığı uğrunda şəhidliyə sevə-sevə getdilər.

Bu müharibədə millətin və etnik mənsubiyyətin fərqi olmadı. Azərbaycanda yaşayan müxtəlif xalqların övladları eyni Vətən uğrunda döyüşdülər, canlarını fəda etdilər, şəhid oldular. Azərbaycan Ordusunun əsgər və zabitləri qanları və canları bahasına torpaqların azad edilməsində iştirak etdilər.

Bu xalqa və bu orduya isə müharibə günlərində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərlik edirdi. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində irəliləyərək işğal altında olan yüzlərlə yaşayış məntəqəsini azad etdi.

Erməni tərəfi təxminən üç onillik ərzində nəzarətində saxladığı ərazilərdə çoxpilləli müdafiə xətləri, istehkamlar və mühəndis qurğuları yaratmışdı. Azərbaycan mediasında və siyasi leksikonda “Ohanyan səddi” adlandırılan həmin müdafiə sistemi də Azərbaycan Ordusunun irəliləyişini dayandıra bilmədi. Təxminən 30 il ərzində qurulan müdafiə xətləri 44 günlük müharibədə yarıldı.

Ona görə də 44 günlük müharibənin nəticəsini sadəcə “təkəbbür” və “lovğalıq”la izah etmək kifayət deyil. 1990-cı illərin əvvəllərində Azərbaycanın yaşadığı siyasi xaos və hakimiyyət böhranı fonunda genişlənən işğaldan təxminən 30 il keçmişdi. Qarşı tərəfdə isə torpaqlarının işğalı ilə barışmayan xalq, döyüşən ordu, Vətən uğrunda canından keçməyə hazır minlərlə insan və bu xalqa, bu orduya rəhbərlik edən Müzəffər Ali Baş Komandan vardı.

Qarabağı heç vaxt görməyən minlərlə gənc onun azadlığı uğrunda canından keçdi. Azərbaycanda yaşayan müxtəlif xalqların qeyrətli övladları eyni bayraq altında Vətən uğrunda döyüşdülər, şəhid oldular. Azərbaycan torpaqları onların qanı, qəhrəmanlığı və fədakarlığı bahasına azad edildi.
Dünən, 18:32
Prezident 3 rayona icra başçısı təyin etdi
Dünən, 16:00
Müharibədən 6 il sonra İrəvanda qorxulu xəbərdarlıq – “Yeni savaş yaxınlaşır”
Dünən, 15:30
Netanyahu bazar günü Əbu-Dabiyə gizli səfər edib – İsrail telekanalından şok məlumat
Dünən, 14:22
Netanyahudan başından böyük qələt – Ərdoğana qarşı böyük dosye hazırlanır
Dünən, 14:19
Əvəz Zeynallı vəfat etdi
Dünən, 14:00
ABŞ İraqı tərk edir, kürdlər həyəcan təbili çalır: Bizi müdafiəsiz qoymaq biabırçılıqdır
Dünən, 13:16
“Ruslar olmasa, yiyəsiz qalacağıq” – Kremlin adamı dediyi sözü yedi
Dünən, 12:07
Hörmüz boğazında GƏRGİN ANLAR: İran raketi ABŞ dəniz piyadalarının gəmisini vurdu, yaralılar var!
Dünən, 12:02
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib
Dünən, 11:46
15-i uşaq olmaqla 44 nəfər xilas edildi - NAZİRLİKDƏN VACİB AÇIQLAMA
Dünən, 11:38
Baş prokuror: Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədənlər layiqli cəzalarını alıblar
Dünən, 10:56
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - ADLAR
Dünən, 10:53
İlham Əliyev onları təltif etdi - SİYAHI
Dünən, 10:50
Bakıda yeni avtomobil tuneli tikiləcək - VİDEO
Dünən, 10:38
Ət bazarı üçün yeni risk: Fermerləri hansı dəyişikliklər gözləyir?
Dünən, 10:18
Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var
Dünən, 10:13
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
Dünən, 10:06
Xəstə çağırışına gedən təcili yardım sürücüsü sükan arxasında vəfat etdi
Dünən, 10:00
Avropadan Zəngəzura qəfil milyonlar – Səfirlər bölgəyə tökülüşdü
Dünən, 09:38
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 09:24
Tramp süni intellektlə bağlı açıqlama verəcək
Dünən, 09:11
44 günlük müharibənin ildönümündə Paşinyandan doğru seçim – Məğlubiyyəti konsertlə qeyd etdilər
Dünən, 09:00
Erməni keşişdən 44 günlük müharibə "etirafı"– “Öz təkəbbürümüz ucbatından məğlub olduq”
27-09-2026, 12:46
Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar
27-09-2026, 12:00
Bir dəqiqəlik sükut...
27-09-2026, 11:20
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
27-09-2026, 11:13
“Azərbaycanın yanında olmağa davam edəcəyik”