Xidmət müddəti artırıldı - Düşmən ordusunda xaos
Siyaset
Oxunub: 4 759
29 apr 2017 | 12:31
Xidmət müddəti artırıldı - Düşmən ordusunda xaos
















Ermənistan Müdafiə naziri Vigen Sərkisyanın bu yaxınlarda təqdim etdiyi “millət-ordu” ideyası narazılıqla qarşılanıb

Ermənistan ictimaiyyəti ordunun acınacaqlı vəziyyətdə olduğunu əsas gətirərək, hökumətin saxta vətənpərvəlik yaratmaq niyyətində olduğunu düşünür.

“Belə ideyalarla ordudakı nöqsanları gizlətmək istəyirlər”, - bu ideyanı tənqid edənlər belə deyir.

Ermənistan mediasında yayılan məlumata görə, “millət-ordu” ideyasının hədəflərindən biri də ordudakı xidmət müddətini 3 ilə qədər artırmaqdır.

Bu informasiyanı şərh edən erməni ekspert Manvel Sərkisyan belə niyyətin olduğunu istisna etməyib.

O, Ermənistanda cəmiyyətin “kasta”lara bölündüyünü, yuxarı “kasta”nın milli sərvətləri mənimsədiyini deyib.

“Aşağı “kasta”lar isə işləmək və döyüşmək üçün lazımdır. Aprel müharibəsi göstərdi ki, döyüşənlərin hamısı aşağı təbəqədən olan ailələrin övladlarıdır. Orduda xidmətin 3 ilə qədər artırılması ilə bağlı yayılan informasiyaların doğru olması ehtimalı böyükdür. Əslində, hər şey cəmiyyətin bölünməsi üzrə baş verir. Yəni aşağı “kasta”lar yuxarıların da əvəzinə xidmət etməlidir. Digər tərəfdən, burada pul faktoru da ola bilər. Orduda korrupsiyanın olması faktı artıq adiləşib. Xidmətin artırılması isə yeni pul mənbəyidir”, - o, bildirib.

Qeyd edək ki, xidmətin 3 ilə qədər artırılması ilə bağlı informasiyanın yayılmasından sonra Ermənistan ictimaiyyəti ilə yanaşı, orduda da etirazlar artıb. Xüsusilə valideynlər buna qarşı çıxırlar. Orduda narazılıq yaradan digər məqam isə gənc əsgərlərin ön cəbhəyə yerləşdirilməsidir. Hətta əsgərlər arasında posta çıxmaqdan imtina edənlərin olduğu da deyilir.

Erməni ekspertlər Aprel müharibəsindən sonra hakimiyyətin “bir il ərzində müdafiə xətti o qədər gücləndirilib ki, onu yarmaq mümkün deyil” sözlərinin yalan olduğunu deyirlər.

M.Sərkisyan da müdafiə xəttinin yararsız olduğunu bildirib.

“Xüsusilə kasıb ailədən olan 18 yaşlı uşaqların cəbhəyə yola salınması bizim müdafiəmizin sıfır səviyyədə olduğunun sübutudur. Rəqib (Azərbaycanı nəzərdə tutur) ən təhlükəli yerlərdə xüsusi təlim keçmiş müddətdən artıq əsgərlər yerləşdirir. Aradakı fərq budur. Bu gün orduda aktual problemlər həll edilmir, əvəzində pul tələsi olan müddətin artırılması kimi məsələlər ön plana çəkilir”, - ekspert vurğulayıb.(Publika.az)
Bu gün, 14:22
Bakı 3 GÜC mərkəzinin DİQQƏTİNDƏ – Qafqazda yeni dönəm
Bu gün, 14:00
Müharibə an məsələsidir?- Polşa Baş naziri tarixləri açıqladı: "İllər deyil, aylar qalıb!"
Bu gün, 12:11
Hamı onlardan danışır - FOTOLAR
Bu gün, 12:05
Son Dəqiqə: Çindən təcili xəbərdarlıq - "İranı dərhal tərk edin"
Bu gün, 11:55
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:47
İki nəfərdən 49 kq narkotik götürüldü - Video
Bu gün, 10:50
Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi
Bu gün, 10:46
5 güləşçimiz mübarizəyə başlayır
Bu gün, 09:59
Dövlət qurumundakı əməliyyatlarda 8 nəfər həbs edilib - Rəsmi
Bu gün, 09:54
Ərdoğan göz yaşlarını saxlaya bilmədi - Video
Bu gün, 09:38
SON DƏQİQƏ! Torpaq uçqunu oldu: ölən var - VİDEO
Bu gün, 09:27
Makron siyasəti tərk edir
Bu gün, 09:24
Zelenski Aİ-nin ayırdığı 90 milyardın nəyə xərclənəcəyini açıqladı
Bu gün, 09:20
Azərbaycanda toylarla bağlı qadağalar gəlir?
Bu gün, 09:16
Qırıcılarla dolu olan gəmi Yaxın Şərqə çatıb
Bu gün, 09:16
Rusiyadan gələn 19 tonluq ZƏHƏR - Təhlükəli yağ Azərbaycana necə daxil olub?
Bu gün, 09:11
Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib - FOTO
Bu gün, 09:00
“Türk faktoru” NATO-da hegemoniya qazanır: Türkiyə hərbi blokadanı yardı, indi şərtləri diqtə edir
Dünən, 16:00
Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi
Dünən, 15:46
Dövlət Xidmətində əməliyyat keçirildi, iki vəzifəli şəxs saxlanıldı
Dünən, 15:30
İrəvanın bir ayağı yenə “gor”da
Dünən, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Dünən, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Dünən, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Dünən, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Dünən, 11:47
"Yeni Klinika"ya direktor təyin olundu
Dünən, 11:40
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk