Günayın ağlatdığı qız: "Pulumuzun batmasını istəmirdik" - VİDEO
Medeniyyet
Oxunub: 1 494
24 yan 2016 | 20:39
Günayın ağlatdığı qız: "Pulumuzun batmasını istəmirdik" - VİDEO










ATV-də yayımlanan "Bu stil mənim" verilişi yenidən tənqidlərə məruz qalıb. Belə ki, Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva iştirakçı Günel Məmmədovanı tənqid edib və onu digər iştirakçıları alçatmağa çalışmaqda günahlandırıb. Modelin tənqidlərini qəbul etməyən G.Məmmədova göz yaşlarını saxlaya bilməyib

Musavat.com proqramda yaşanan hadisə ilə bağlı Günel Məmmədova ilə əlaqə saxlayıb.

İştirakçı layihədə ona qarşı haqsızlıq olduğunu bildirib: "Mən heç kimə deməmişəm ki, münsiflər məni dəstəkləyir və sizdən üstünəm. Proqramda mənə qarşı haqsızlıq oldu. Mən demədiyim sözlərə görə tənqid olundum. Haqsız sözlər qarşısında dözə bilməyib, ağladım. Bu cür halla qarşılaşacağımı bilmirdim. Düzünü deyim ki, haqsız yerə günahlandırılacağımı gözləmirdim. Sosial şəbəkədə hamı bu hadisədən danışır, istər-istəməz pis oluram. Mənə dəstək olanlara təşəkkür edirəm".

- Demədiyiniz sözə görə tənqid olunmağınızın səbəbi nədir?

- Hələ də yaşananların səbəbini bilmirəm. Layihə rəhbərləri düşündülər ki, bu addımları uğurlu olacaq. Amma alınmadı. Bu mübahisə reytinq gətirmədi.

- Verilişdən sonra baş verən hadisəyə aydınlıq gətirməyə çalışmadınız?

- Əlbəttə, layihə rəhbərlərinə yaxınlaşdım. Mənə dedilər ki, bu cür olmasını istəmirdilər. Bütün bunları reytinq qazanmaq məqsədi ilə ediblər. Millətin diqqətini çəkmək istəyiblər. Bir gündə üç veriliş çəkdik. Bu həftə çəkilən verilişə məni güclə saldılar. Tam hazırlaşmamışdım. Amma artıq o layihədə qalmaq istəmirəm, o insanların qarşısına çıxmayacağam.

- Müsabiqədən öz istəyinizlə uzaqlaşmısınız?

- Əlbəttə. Müsabiqəyə çıxmaq istəmirəm. Yarışdan uzaqlaşdım. Gələn həftə yayımlanacaq veriliş çəkilib. Tamaşaçılar məni gələn həftə verilişdə görə biləcəklər. Ondan sonra proqramda olmayacağam.

- Layihədə iştirakınıza görə sizinlə müqavilə bağlanmayıb? Müqavilə şərtlərinə görə, iştirakçı istəyinə görə proqramdan uzaqlaşa bilməz.

- Layihə rəhbərləri ilə müqavilə bağlamışıq. Amma o müqavilə əsassızdır. Yalan müqaviləni əlimizə veriblər. Müqavilə müsabiqədən uzaqlaşmağıma problem yaratmaz.

- Valideynləriniz verilişdə başınıza gələnlərə necə münasibət bildirdilər?

- Valideynlərim məni verilişdə izləyirdilər, dəstək olurdular. Valideynlərimi də əsassız tənqidlər əsəbləşdirib. Onlar bununla bağlı tədbir görəcəklərini dedilər. Valideynlərim mənim bir göz yaşım üçün dünyanı dağıdarlar. Mən də bir ata-ananın övladıyam. Məni niyə ağlatmalıdırlar? Mənim arxamda böyük ailəm dayanır.

- Qızların verilişdə yersiz dava etmələri tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Hətta məhəllə xarakterli söhbətlər etdiyiniz bildirilir. Bu ittihamlarla razısınızmı?

- Bu ittihamlarla razı deyiləm. Bizə verilişdə məcburən deyilirdi ki, dalaşın, mübahisə edin. Onların dediklərini etməyəndə bizi yarışdan çıxardacaqlarını deyirdilər. Biz də müsabiqə üçün çoxlu pul xərcləmişik. Pulumuzun batmasını istəmirdik. Verilişdə dalaşsaq da, kənarda mehribanıq. Efir xətrinə mübahisə edirdik.

- Yarışa çoxlu pul xərclədiyinizi dediniz. İştirakçı olmaq üçün pul ödəmisiniz?

- İştirakçı olmaq üçün pul ödəməmişik. Yol pulumuzu, Türkiyədə qalmaq pulumuzu özümüz ödəyirik. Geyimlərimizə, hazırlığımıza da çox pul xərcləyirik. Hər şeyi özümüz edirik. Bu günə kimi 15 min manat pul xərcləmişəm. Tez-tez çəkiliş gününün vaxtını dəyişirdilər. Biletlərimiz batırdı. Onun cəriməsini də ödəyirdik.

- Münsif Günay Musayeva illərdir ki, Türkiyədə fəaliyyət göstərdiyi üçün proqramda Türkiyə türkcəsi ilə danışır. İştirakçılar da onunla Türkiyə türkcəsində söhbət edirlər. O iştirakçılardan biri də sizsiniz...

- Bəli, Türkiyə türkcəsində danışırıq. Münsiflər rus dilində və Türkiyə türkcəsində kəlmələr işlədirlər. Biz də çaşırıq. Qarşımızdakı insan başqa dildə danışanda avtomatik biz də o dildə cavab veririk. Buna görə bizi qınamalarını istəmirik. Ötən verilişdə Günay xanım məni haqsız yerə ittiham edirdi. Mən də özümü itirdim və çaşıb, Türkiyə türkcəsində cavab verdim.

Bu gün, 09:36
Bu ölkədə əsgərləri robotlar əvəz edəcək
Bu gün, 09:27
14 yolda tıxac var - Siyahı
Bu gün, 09:23
Yanan anbardakı mallar çıxarılır - Video
Bu gün, 09:10
Kəmaləddin Heydərov hadisə yerində - Video - Foto
Bu gün, 09:03
Yanğının söndürülməsinə helikopterlər cəlb edildi - Video - Fotolar
Bu gün, 09:00
Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Dünən, 10:08
Göygöldə QƏZA: 5 nəfər xəsarət aldı
Dünən, 09:57
“Düşünürəm ki, sağdır, hansısa bunkerdədir”
Dünən, 09:45
İkisi də dağlıq ərazidə azdı - Gecə ilə tapıldılar+Video
Dünən, 09:35
Dünya neft emalı gücünü sürətlə itirir - Araşdırma
Dünən, 09:29
ABŞ–İran böhranının gizli qazananları: Moskva, Pekin və Bakı - Tramp–İran savaşı hara gedir?
Dünən, 09:22
Ora yaxınlaşanı məhv edəcəyik - Tramp
Dünən, 09:13
Rusiya İrana hərbi yükləri Xəzərlə göndərir – ABŞ bu marşruta toxuna bilmir
Dünən, 09:06
“Barselona” “Real”ı udub çempion oldu
10-05-2026, 15:40
Bugünkü qəzada həyatını itirən hərbçilərin - Fotoları
10-05-2026, 15:24
İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar
10-05-2026, 15:12
“Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident
10-05-2026, 15:03
Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
10-05-2026, 14:52
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
10-05-2026, 10:20
İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir"
10-05-2026, 10:14
Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
10-05-2026, 09:42
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
9-05-2026, 18:12
İlham Əliyev: Cəbrayılın Azərbaycan üçün böyük töhfəsi olacaq
9-05-2026, 18:07
Cəbrayıl rayonunun Soltanlı kəndində "Şəfəq" yarımstansiyasının açılışı olub
9-05-2026, 17:59
İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib
9-05-2026, 17:54
İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar
9-05-2026, 12:39
Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb