Bu gün 28 May – Müstəqillik Günüdür
Siyaset
Oxunub: 126
28 may 2026 | 09:00
Bu gün 28 May – Müstəqillik Günüdür


“28 May – Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna yer tutur. Bu tarix yalnız müstəqil dövlətin yaradılması faktını deyil, həm də xalqımızın azadlıq, milli suverenlik və öz müqəddəratını müəyyən etmək iradəsini təcəssüm etdirir. Məhz 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunaraq müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasının əsası qoyulub. Xalq Cümhuriyyətinin yaradılması təkcə ölkəmiz üçün deyil, bütövlükdə region və Şərq dünyası üçün mühüm tarixi hadisə idi. XX əsrin əvvəllərində mürəkkəb geosiyasi şəraitdə Azərbaycan xalqı milli müstəqil dövlət qurmaq bacarığı nümayiş etdirdi. Tiflisdə qəbul edilən İstiqlal Bəyannaməsi müasir Azərbaycan dövlətçiliyinin ilk konstitusion sənədi kimi tarixə daxil oldu”.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti ilk növbədə onun demokratik idarəçilik prinsiplərinə əsaslanması ilə bağlı idi. Respublika qısa müddət ərzində parlament, hökumət, milli ordu, dövlət atributları və diplomatik xidmət kimi mühüm dövlət institutlarını formalaşdırdı. Ölkədə hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, qanunvericilik bazasının yaradılmasına başlanıldı. Dövlət idarəçiliyində parlamentarizm ənənələrinin tətbiqi həmin dövr üçün olduqca mütərəqqi yanaşma hesab olunurdu. Xalq Cümhuriyyəti insan hüquq və azadlıqlarına əsaslanan müasir dövlət modeli formalaşdırmağa çalışırdı. Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin göstəricisi idi. Bu qərar bir çox Avropa ölkələrindən daha əvvəl qəbul edilmişdi və Azərbaycan cəmiyyətinin siyasi-modern düşüncə səviyyəsini nümayiş etdirirdi.

Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz iz qoydu. Həmin dövrdə təhsil, ədliyyə, mədəniyyət və dövlət idarəçiliyi sahəsində mühüm islahatlar həyata keçirildi. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması milli kadr hazırlığı və intellektual potensialın formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyırdı. Cümhuriyyətin fəaliyyətində xarici siyasət xüsusi yer tuturdu. Gənc respublikanın əsas məqsədlərindən biri beynəlxalq tanınmaya nail olmaq və aparıcı dövlətlərlə diplomatik münasibətlər qurmaq idi. Bu istiqamətdə həyata keçirilən fəaliyyət nəticəsində Azərbaycan beynəlxalq hüququn subyekti kimi tanındı. Məhz bu amil sonrakı dövrdə Azərbaycanın dünya siyasi xəritəsindən tamamilə silinməsinin qarşısını aldı.

“1920-ci ildə bolşevik işğalı nəticəsində Azərbaycanın müstəqilliyi itirilsə də, milli dövlətçilik ideyası xalqın yaddaşında yaşamaqda davam etdi. Ümummilli Lider Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təsadüfi hadisə deyildi. Bu prosesə XIX əsrin sonu – XX əsrin əvvəllərində xalqımız arasında güclənən milli oyanış, azadlıq və istiqlal ideyaları zəmin yaratmışdı”,- deyən Sevinc Fətəliyeva əlavə edib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü rəsmi şəkildə Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisi elan etdi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il İstiqlal Bəyannaməsinə birbaşa istinad olunması müasir Azərbaycan dövlətinin tarixi varislik prinsipinə əsaslandığını təsdiqlədi. Lakin tarix göstərdi ki, müstəqilliyi əldə etmək qədər onu qorumaq da mürəkkəb və məsuliyyətli vəzifədir. Məhz buna görə də müasir Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi prosesində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət daşıyır. 1990-cı illərin ağır siyasi və iqtisadi böhran şəraitində xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər dövlətçiliyin xilaskarı kimi çıxış edərək ölkədə sabitliyi təmin etdi və müstəqil inkişafın əsaslarını formalaşdırdı.

Azərbaycan dövlətçilik tarixində mühüm simvolik hadisələrdən biri də üçrəngli dövlət bayrağının yenidən siyasi həyata qaytarılması idi. 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi qəbul olundu. Bu addım Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm siyasi mesaj idi. Bu gün isə Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Respublikası uğurlu inkişaf mərhələsini yaşayır. Ölkəmiz siyasi, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə edib, beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. Ən mühüm tarixi nailiyyət isə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır. Bu gün Azərbaycan bayrağının Qarabağ və Şərqi Zəngəzurda dalğalanması Azərbaycan Xalq Cümhuriyyətinin ideayalarının tam həyata keçməsinin rəmzi kimi qiymətləndirilir. 2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Qanun da dövlətçilik tariximizin ideoloji və hüquqi baxımdan düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin qanuna əsasən 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü elan olunub. Bu qərar müasir Azərbaycanın dövlətçilik tarixinin məhz 1918-ci ildən başlandığını bir daha təsdiqləyir.

“Bu gün 28 May yalnız tarixi xatirə günü deyil. Bu tarix Azərbaycan xalqının azadlıq uğrunda iradəsinin, milli birliyinin və müstəqil dövlətçilik ənənələrinin təntənəsidir. Azərbaycan xalqı bir əsrdən artıq müddətdə sübut edib ki, müstəqillik onun milli kimliyinin və siyasi iradəsinin əsas sütunudur. Məhz buna görə də Müstəqillik Günü müasir Azərbaycanın milli dövlətçilik fəlsəfəsində xüsusi yer tutur və gələcək nəsillər üçün böyük tarixi-mənəvi əhəmiyyət kəsb edir”
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi