“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar

“Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın vəkilləri apellyasiya şikayəti verməyə hazırlaşırlar.
Bunu açıqlamasında onun hüquqlarını müdafiə edən vəkil Fərid Həsənov bildirib.
O qeyd edib ki, hələlik Xəzər Rayon Məhkəməsinin hökmünü almayıblar:
“Hökmü əldə edən kimi, apellyasiya şikayəti verəcəyik. Güman ki, bunu gələn həftənin əvvəlində reallaşdıracağıq”.
Vəkilin sözlərinə görə, apellyasiya şikayətində Xəzər Rayon Məhkəmisinin hökmünün ləğvini, cinayət işinə xitam və “Arzum 9999”a bəraət verilməsini tələb edəcəklər: “Cinayət işindən Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri xaric olunmalıdır”.
F.Həsənov bildirib ki, Xəzər Rayon Məhkəmisinin “Arzum 9999”la bağlı ittihamedici hökm çıxarması və həbs olunması onlar üçün gözlənilməz olub.
Müdafdiəçi deyib ki, ötən gün məhkəmə zalında həbs olunan İ.Hacıyeva hazırda Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına saxlanılır:
“Bu gün onunla görüşəcəyəm”.
Qeyd edək ki, İ.Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində “Changan Qiyuan A05 Plug-in Hibrid” markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan-Qala avtomobil yolunda Qala istiqamətində hərəkətdə olarkən qəza törədib.
Nəticədə İ. Hacıyeva Məlikov Amal Musa oğlunun idarə etdiyi “Mercedes-Benz D2” markalı, 77-UK-890 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə sürtməklə vurub, ehtiyatsızlıqdan çarpaz toqquşmaya səbəb olub.
Nəticədə həmin avtomobildə olan sərnişin Muradova Sənubər Firdovsi qızı ağır bədən xəsarəti alıb, sürücü Məlikov Amal isə ölüb.
Xəzər Rayon Məhkəməsi hadisədə İ.Hacıyevanı günahkar bilib. Məhkəmə ona 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası verib. İ.Hacıyeva məhkəmə zalında həbs olunub.
Bu gün, 16:00
Son Dəqiqə: Rusiyadan NATO ölkəsinə hədə - Artıq hədəfimizdəsiniz
Bu gün, 15:30
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
Bu gün, 14:22
Türkiyə ilə İsrail arasında gərginlik nəzarətdən çıxa bilər
Bu gün, 12:55
İlham Əliyev Lukaşenkonu təbrik etdi
Bu gün, 12:50
Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib
Bu gün, 12:46
“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar
Bu gün, 12:25
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
Bu gün, 12:15
“AzərEnerji” Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikir
Bu gün, 11:20
Paşinyan Tehrandadır - Video - Yenilənib
Bu gün, 11:15
General təqaüdə göndərildi
Bu gün, 11:09
Tramp kriptovalyutadan 1,4 milyard dollar qazandı
Bu gün, 11:02
Dövlət torpaqlarını qanunsuz satan dəstə ifşa olundu - DETALLAR
Bu gün, 10:50
İsrail İranı hədələdi: Təkbaşına müharibəyə hazırıq
Bu gün, 10:43
Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-i rəhbər şəxsdir
Bu gün, 10:24
İranda ali rəhbər Seyid Əli Xamenei ilə vida mərasimi başlayıb
Bu gün, 09:42
Masallıda avtomobillər toqquşdu, iki nəfər öldü
Bu gün, 09:37
Bu ölkənin hər 6 sakinindən biri dollar milyonçusudur
Bu gün, 09:33
Fidan: Ərdoğan Putinlə məsləhətləşir
Bu gün, 09:29
Zəlzələ qurbanlarının sayı 3 minə çatır
Bu gün, 09:12
"Arzum" niyə həbs olunub? - MƏHKƏMƏDƏN AÇIQLAMA
Bu gün, 09:00
ABŞ və Türkiyə sanksiyaların aradan qaldırılmasında istəklidir - Fidan
Dünən, 16:00
Bu maşın modeli kəskin ucuzlaşıb - Səbəb
Dünən, 15:30
Rusiyadakı anti-Aıərbaycan qüvvələrə ciddi zərbə
Dünən, 14:22
Rusiya "Zəngəzur dəhlizi"ndən pay istəyir
Dünən, 14:00
Müharibə İranın ən böyük sirrini üzə çıxardı
Dünən, 13:43
Vilayət Eyvazov polislərə tapşırıq verdi
Dünən, 12:58
DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar