"Arzum" niyə həbs olunub? - MƏHKƏMƏDƏN AÇIQLAMA
Hadise
Oxunub: 25
3 iy 2026 | 09:12
"Arzum" niyə həbs olunub? - MƏHKƏMƏDƏN AÇIQLAMA


Paytaxtın Xəzər rayonunda bir nəfərin ölümü, bir nəfərin isə ağır bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmü sosial şəbəkələrdə və müxtəlif media resurslarında geniş müzakirə olunur.

Məsələ ilə bağlı Bakı şəhər Xəzər Rayon Məhkəməsinin media ilə əlaqələrə məsul şəxs, hakim Ramilə Xəzri açıqlama verib.

O bildirib ki, İ. Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində “Changan Qiyuan A05 Plug-in Hibrid” markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan–Qala avtomobil yolunda Qala istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin (sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) və 37-ci maddəsinin 4-cü hissəsinin (hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir) tələblərini pozmuşdur.

Nəticədə İ. Hacıyeva Məlikov Amal Musa oğlunun idarə etdiyi “Mercedes-Benz D2” markalı, 77-UK-890 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə sürtməklə vurub, ehtiyatsızlıqdan çarpaz toqquşmaya səbəb olmuşdur.

Belə ki, İ. Hacıyeva “Mercedes-Benz D2” markalı avtomobilin sağa istiqamətlənərək yolun sağ kənarında olan beton maneəyə çırpılması nəticəsində həmin avtomobildə olan sərnişin Muradova Sənubər Firdovsi qızının ağır bədən xəsarəti almasına, sürücü Məlikov Amalın isə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İ. Hacıyeva yol-nəqliyyat hadisəsini törətdikdən sonra öz şəxsiyyəti barədə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına xəbər vermədən, həmin orqanların əməkdaşlarının gəlməsini gözləmədən və zərərçəkmiş şəxslərə yardım göstərmədən idarə etdiyi avtomobillə hadisə yerindən qaçmışdır. Bundan sonra istintaqdan yayınmaq məqsədi ilə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək Almaniya Federativ Respublikasına getmişdir.

İ. Hacıyevaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir

Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə təyin edilmiş ekspert rəyinə əsasən, İ. Hacıyevanın hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etdiyi təqdirdə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur

Eyni zamanda məhkəmə prosesində dövlət ittihamçısı İ. Hacıyevaya qəti olaraq 5 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini təklif etmişdir.

Məhkəmə tərəfindən İ. Hacıyevanın yol-nəqliyyat hadisəsi yerindən qaçması, ölmüş zərərçəkmişin hüquqi varisi ilə və ağır bədən xəsarəti almış zərərçəkmiş şəxsin özü ilə barışığın olmaması, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması nəzərə alınaraq İ. Hacıyevaya qəti olaraq 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

Qeyd olunub ki, iş üzrə məhkəmə hökmündən narazı olan tərəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti vermək hüququna malikdir.
Bu gün, 16:00
Son Dəqiqə: Rusiyadan NATO ölkəsinə hədə - Artıq hədəfimizdəsiniz
Bu gün, 15:30
Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
Bu gün, 14:22
Türkiyə ilə İsrail arasında gərginlik nəzarətdən çıxa bilər
Bu gün, 12:55
İlham Əliyev Lukaşenkonu təbrik etdi
Bu gün, 12:50
Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib
Bu gün, 12:46
“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar
Bu gün, 12:25
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
Bu gün, 12:15
“AzərEnerji” Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikir
Bu gün, 11:20
Paşinyan Tehrandadır - Video - Yenilənib
Bu gün, 11:15
General təqaüdə göndərildi
Bu gün, 11:09
Tramp kriptovalyutadan 1,4 milyard dollar qazandı
Bu gün, 11:02
Dövlət torpaqlarını qanunsuz satan dəstə ifşa olundu - DETALLAR
Bu gün, 10:50
İsrail İranı hədələdi: Təkbaşına müharibəyə hazırıq
Bu gün, 10:43
Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-i rəhbər şəxsdir
Bu gün, 10:24
İranda ali rəhbər Seyid Əli Xamenei ilə vida mərasimi başlayıb
Bu gün, 09:42
Masallıda avtomobillər toqquşdu, iki nəfər öldü
Bu gün, 09:37
Bu ölkənin hər 6 sakinindən biri dollar milyonçusudur
Bu gün, 09:33
Fidan: Ərdoğan Putinlə məsləhətləşir
Bu gün, 09:29
Zəlzələ qurbanlarının sayı 3 minə çatır
Bu gün, 09:12
"Arzum" niyə həbs olunub? - MƏHKƏMƏDƏN AÇIQLAMA
Bu gün, 09:00
ABŞ və Türkiyə sanksiyaların aradan qaldırılmasında istəklidir - Fidan
Dünən, 16:00
Bu maşın modeli kəskin ucuzlaşıb - Səbəb
Dünən, 15:30
Rusiyadakı anti-Aıərbaycan qüvvələrə ciddi zərbə
Dünən, 14:22
Rusiya "Zəngəzur dəhlizi"ndən pay istəyir
Dünən, 14:00
Müharibə İranın ən böyük sirrini üzə çıxardı
Dünən, 13:43
Vilayət Eyvazov polislərə tapşırıq verdi
Dünən, 12:58
DİN kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - Fotolar