Bunları bilməyiniz çox vacibdir - Nəyi necə yemək lazımdır
Maraqli
Oxunub: 2 096
14 okt 2015 | 11:12
Həzmolma yalnız qida “çələngi” düzgün tərtib edildikdə yaxşı gedir. Ona görə də bunları bilməyimiz çox vacibdir. Nəyi nə ilə birlikdə yemək faydalıdır?
Bunları bilməyiniz çox vacibdir - Nəyi necə yemək lazımdır
Bu sahədə uzun illər tədqiqat aparan və qidaların düzgün uzlaşdırılması təlimini yaradan professor Herbert Şelton bunları məsləhət görür:

- Heç vaxt bir qidada çox cəmlənmiş zülalı bir qidada çox cəmlənmiş karbohidratla eyni vaxtda yeməyin. Yəni, qozu, əti, yumurtanı və digər zülalla zəngin olan qidaları çörəklə, dənlərlə, kartofla, pirojnalarla, şirin meyvələrlə eyni vaxtda yeməyin. Bir öynə yumurtanı, yaxud balığı, südü, pendiri yemək olar, başqa vaxtda - çörəyi, yaxud sıyığı, lapşanı yemək olar.

- Heç vaxt karbohidratlı qidanı turş qida ilə eyni vaxtda yeməyin.Yəni: çörəyi, kartovu, noxudu, paxlalı bitkiləri, bananı və xurmanı pamidoru, limonu, portaqalı, kivini, naringini, feyxoanı, ananası və digər turş meyvələrlə eyni vaxtda yemək düzgün deyil.

- Heç vaxt tərkibində çoxlu zülal cəmləşən iki qidanı eyni vaxtda yeməyin. Çünki onlar müxtəlif həzmetmə şirəsi tələb edirlər. Mədə isə həmin şirələrin hamısını eyni vaxtda ifraz edə bilmir. Nəticədə, qida növlərindən yalnız biri həzmə gedir, qalanları həzm olunmamış kütlə şəkilində bağırsağa ötürülür. Orada yanıb faydalı maddəyə çevrilmək və qana sorulmaq əvəzinə, çürüyür, qanı zəhərləyir, bağırsağın divarlarına yapışıb qalır. Funksiyasını pozur, müxtəlif bakteriyalar və mikroblar üçün gözəl yem bazası yaradır. Yaxşı qidalanan bu mikrocanlılar sürətlə artıb törəyir və qanımızı zəhərləyir. Xəstələnirik, tez qocalırıq və tez ölürük. .Odur ki,bir dəfə bir zülallı, başqa bir vaxt o biri zülallı qidanı qəbul etmək lazımdır.

- Heç vaxt yağları zülalla eyni vaxtda yeməyin.Yəni: qaymağı, kərə yağını, smetanı, bitki yağını ətlə, yumurta ilə, pendirlə, qoz-fındıqla və digər zülallarla bir vaxtda yemək olmaz. Onlarla bir vaxtda yeyilən yağlar mədə vəzilərinin fəaliyyətini məhdudlaşdırır və mədə şirəsi ifraz olunmasına mane olur.

- Heç vaxt turş meyvələri zülalla eyni vaxtda yeməyin. Yəni portağalı, limonu, narıngini, feyxoanı, kivini, turş almanı, turş gavalını, pomidoru, ananası, albalını ətlə, pendirlə, qozla, yumurta və s. ilə eyni vaxtda yemək zərərlidir.

Yadda saxlayın: qida qarışığı nə qədər azdırsa, həzmolma prosesi bir o qədər yaxşı gedir. Qan bir o qədər təmiz və orqanizm bir o qədər sağlam olur. Qidaları ayrı-ayrı vaxtlarda yemək iqtisadi cəhətdən çox sərfəlidir. Orqanizm az qidadan daha çox enerji və həyat gücü ala bilir,ərzağa az pul xərclənir və az xəstələnirik.

- Heç vaxt nişastalı qidaları şəkərlə eyni vaxtda qəbul etməyin.Yəni: cemlər, meyvə, kərə yağı, şəkər, sirop və s. sıyıqla, kartofla yola getməz. Yaxud da şəkəri dənli bitkilərlə eyni vaxtda qəbul etmək olmaz, çürümə baş verər. Tort, konfet, pirojna ilə müşayət edilən şənliklər,əksər hallarda, qusma, zəhərlənmə və müxtəlif fəsadlarla bitir. Belə qidalar uşağa daha pis təsir edir.

- Nişasta ilə zəngin olan qidaları ayrıca yeyin. İki nişastalı qida növündən eyni vaxtda istifadə olunanda (məsələn, kartofla, yaxud sıyıqla çörək yeyiləndə) biri həzm olunur,o biri ağır yük kimi yığılıb mədədə qalır,yoğun bağırsağa keçmir, qidaların həzminə maneçilik törədir,onları da çürüdür. Mədədə turşuluq artır,gəyirmə başlayır və digər fəsadlar baş verir.
Bəs əti çörəklə yeyəndə nə baş verir? Bilmək lazımdır ki, mədəyə zülal daxil olarkən mədə-bağırsaq traktı turş şirə buraxır və nişastanın həzmi dərhal dayanır. Şelton yazırdı: “Nişastaların və zülalların ilk həzmolma prosesi müxtəlif kimyəvi maddələr mühitində gedir: nişasta-qələvi mühiti tələb edir, zülal isə-turşu mühiti”.

- Qovunu həmişə ayrıca yemək lazımdır.

- Südü qatığa, süzməyə, ayrana, şora, pendirə çevirdikdən sonra ayrıca qəbul etmək nisbətən az fəsad verir. Çünki süddəki yağ müəyyən müddət ərzində mədə şirəsi ifrazına mane olur. Odur ki,süd mədədə deyil,12 barmaq bağırsağında həzm olunur. Mədə südə qarşı heç bir reaksiya vermir və şirə buraxmır, onununla bir vaxtda qəbul olunan qidalar da həzm olunmur.

Düzgün qidalanma qaydasının ən ümdə vəzifəsi on iki barmaq bağırsaqda qidaların çürüyərək zəhərli maddələrə parçalanmasının qarşısını almaqdır. Buna nail olan hər kəs ən ulu məqsədə çatır. Sağlam və gümrah yaşayır, mənən və ruhən güclü, təmkinli, gülərüz, nikbin, xoşrəftar, xeyirxah olur.
Gündəlik qidanın canını çiy meyvə və tərəvəz təşkil etməlidir.Əgər köhnə vərdişlərdən əl çəkə bilmirsinizsə, onda yediyiniz qidanın dörddə üçünü çiy meyvə və tərəvəz təşkil etməlidir. Əks halda, xəstəlik yaxanızdan əl götürən deyil, gününüz ahu-zarla keçəcək, qazandığınızı dərmana xərcləməli olacaqsınız. Həkimlərin daimi “kliyentinə” çevriləcəksiniz.
Tərəvəzə duz vurmaq, meyvə və tərəvəzi bişirmək vitaminləri və mikroelementləri məhv etmək deməkdir. Salata bitki yağı,smetan, mayanez qatmaq zərərli vərdişdir. Salatın üstünə bir qədər tərəvəz şirəsi tökmək çox faydalıdır.

Yadda saxlayın, qidadan həzz almaq bir şeydir, fayda almaq-tamam başqa şey. Dadlı qida faydasız,hətta, zərərli də ola bilər. Çox vaxt məhz belə də olur. Qidanı həzz almaq, “kef çəkmək” naminə,özü də bol-bol yeyən adam sağlam ola bilməz.

atv.az
30-05-2026, 12:11
Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
30-05-2026, 11:28
Prezident xorvatiyalı həmkarını təbrik etdi
30-05-2026, 11:13
Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var
30-05-2026, 11:08
Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı
30-05-2026, 11:03
Ağdərədə sümük qalıqları aşkarlandı - İtkin düşmüş ailə ola bilər - Fotolar
30-05-2026, 10:03
1000-dən az qazanan vergi ödəməməlidir — Natiq Cəfərli
30-05-2026, 09:54
Köçəryandan etiraf: 44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı
30-05-2026, 09:23
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
30-05-2026, 09:13
Bu gün ÇL-nin qalibi bilinəcək
30-05-2026, 09:08
Ərdoğan Ayasofyada Quran oxudu - Video
30-05-2026, 09:03
Azərbaycanda güclü külək ağacı aşırdı, 15 kənd işıqsız qaldı
29-05-2026, 23:06
Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK - VİDEO
28-05-2026, 13:58
İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib
28-05-2026, 13:16
Prezident Şuşadadır
28-05-2026, 10:24
Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib
28-05-2026, 09:13
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub
28-05-2026, 09:00
Bu gün 28 May – Müstəqillik Günüdür
27-05-2026, 10:04
Bir heyvanı bir neçə nəfər şərikli kəsə bilərmi? - AÇIQLAMA
27-05-2026, 09:54
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
27-05-2026, 09:50
Təzəpir məscidində Qurban bayramı namazı qılınıb
27-05-2026, 09:46
Azərbaycanda Qurban bayramı qeyd edilir
27-05-2026, 09:00
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edilib
26-05-2026, 19:01
İlham Əliyev Azərbaycan xalqına təbrik edib
26-05-2026, 16:00
Bu əsgərlər həftəsonları evə buraxılacaq? - MÜHÜM AÇIQLAMA
26-05-2026, 15:30
DİQQƏT: Qurban bayramına görə bu işçilərə əlavə pul veriləcək?
26-05-2026, 14:00
Milli Məclisdən Prezidentə və Birinci Vitse-prezidentə təbrik məktubu
26-05-2026, 13:37
Azərbaycanda yeddi dövlət qurumu ləğv olundu