Türkan Bağırlı, Yasin Ərəbov və Koroğlu Məmmədovun cinayət işi
Kriminal
Oxunub: 2 309
13 okt 2014 | 18:15
Türkan Bağırlı, Yasin Ərəbov və Koroğlu Məmmədovun cinayət işi Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Türkan Bağırlı, Yasin Ərəbov və Koroğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərdən K.Məmmədovun ömürlük, Y.Ərəbov və T.Bağırılının hər birinin isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 16-da davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin mayın 25-də tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyevin paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında meyiti aşkarlanıb. Dərhal rayonun hüquq-mühafizə orqanları hadisə yerinə gələrək, hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirib, meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik 19 xəsarət aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.5-ci ( tamah məqsədilə qəsdən adam öldürmə) maddələri ilə Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Aparılan ilkin istintaq-əməliyyat tədbirləri nəticəsində C.Həmişəyevə məxsus 90 NU 363 dövlət nömrə nişanlı Mercedes MLK markalı avtomobilin və şəxsi əşyalarının olmadığı müəyyən edilib. Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində həmin avtomobil gecə saat 2.00 radələrində Bakının 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb. Avtomaşında olan Bağırlı Türkan Sudef qızı, Ərəbov Yasin Mərkəz oğlu və Məmmədov Koroğlu Yusif oğlu tutularaq istintaqa cəlb ediliblər. Onlar ilkin ifadələrində C.Həmişəyevi tamah məqsədilə qətlə yetirdiklərini etiraf ediblər.

Avtomobilə baxış keçirilərkən oradan C.Həmişəyevin şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədərkən geyindiyi paltarları, maşında olan 600 manat, şalvarının cibində olan 70 manat pul K.Məmmədov və Y.Ərəbovdan aşkar edilərək götürülüb.

C.Həmişəyevin qətlə yetirilməsində istifadə olunan iki ədəd bıçaq Buzovna qəsəbəsindəki Çingiz Mustafayev küçəsi, dalan 10 ünvanında yerləşən zibillik ərazidən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dünən, 12:11
Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
Dünən, 11:28
Prezident xorvatiyalı həmkarını təbrik etdi
Dünən, 11:13
Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var
Dünən, 11:08
Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı
Dünən, 11:03
Ağdərədə sümük qalıqları aşkarlandı - İtkin düşmüş ailə ola bilər - Fotolar
Dünən, 10:03
1000-dən az qazanan vergi ödəməməlidir — Natiq Cəfərli
Dünən, 09:54
Köçəryandan etiraf: 44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı
Dünən, 09:23
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Dünən, 09:13
Bu gün ÇL-nin qalibi bilinəcək
Dünən, 09:08
Ərdoğan Ayasofyada Quran oxudu - Video
Dünən, 09:03
Azərbaycanda güclü külək ağacı aşırdı, 15 kənd işıqsız qaldı
29-05-2026, 23:06
Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK - VİDEO
28-05-2026, 13:58
İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib
28-05-2026, 13:16
Prezident Şuşadadır
28-05-2026, 10:24
Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib
28-05-2026, 09:13
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub
28-05-2026, 09:00
Bu gün 28 May – Müstəqillik Günüdür
27-05-2026, 10:04
Bir heyvanı bir neçə nəfər şərikli kəsə bilərmi? - AÇIQLAMA
27-05-2026, 09:54
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
27-05-2026, 09:50
Təzəpir məscidində Qurban bayramı namazı qılınıb
27-05-2026, 09:46
Azərbaycanda Qurban bayramı qeyd edilir
27-05-2026, 09:00
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edilib
26-05-2026, 19:01
İlham Əliyev Azərbaycan xalqına təbrik edib
26-05-2026, 16:00
Bu əsgərlər həftəsonları evə buraxılacaq? - MÜHÜM AÇIQLAMA
26-05-2026, 15:30
DİQQƏT: Qurban bayramına görə bu işçilərə əlavə pul veriləcək?
26-05-2026, 14:00
Milli Məclisdən Prezidentə və Birinci Vitse-prezidentə təbrik məktubu
26-05-2026, 13:37
Azərbaycanda yeddi dövlət qurumu ləğv olundu