Tovuz.Əlibəyli.Ölüm risqi altıda həyat
Gundem
Oxunub: 2 042
23 in 2014 | 22:22
Tovuzun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndinə bizi yenə dinc sakinlərin yaralanması xəbəri apardı.
Tovuz.Əlibəyli.Ölüm risqi altıda həyat

İyunun 19-da atəşkəsin pozulması ilə 3 kənd sakini yaralanıb. Tovuz rayon Xəstəxanasına yerləşdirilən 72 yaşlı sakin Qaraqız Nağıyevanın güllə 2 ayaq barmağını dəlib sındırıb. Üstəlik, ayağına xeyli sayda qəlpələr dolub. Evindən şəhər mərkəzinə doğru getmək istəyərkən 72 yaşlı nənənin yanında 5 yaşlı nəvəsi Nurcan Nağıyeva da olub. Balaca qız ayağından qəlpə yarası alıb. Qaraqız Nağıyeva hadisəni danışır:
Səhər nəvələrimi də götürüb Tovuza, bəzi əşyalar almağa gedirdim. Həyətimizdən bir az uzaqlaşmışdım ki, ayağıma güllə dəydi. Qışqırdım, nəvələrim də qorxudan ağladı. Birtəhər qonşunun qapısından girdim içəri. Oğlum maşınla xəstəxanaya apardı, sarıdılar. Məlum oldu ki, güllə barmaqlarımı sındırıb. İndi də gipsə qoyublar. Özümdən çox, nəvəmin birinin ayağına qəlpə girib, ona görə qorxdum.
Həmin gün davamlı atılan güllələrdən biri də həmin kəndin başqa bir sakini İnayət Əliyevanı yaralayıb. Evinin dam örtüyünə dəyən güllənin qəlpələri onun bədəninin 3 yerinə dolub:
Mən həyətdə iş görürdüm. Evimizin dam örtüyünə nəsə möhkəm dəydi, səs evlə bir oldu. Ordan da qəlpələr qoluma qarnıma və sağ buduma doldu.
İnayət Əliyeva da Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yarası sarınıb, amma qəlpələr yaxın günlərdə cərrahiyyə əməliyyatı ilə çıxarılacaq. Xəstəxananın Travmatologiya şöbəsinin həkimi Kamal Abbasov yaralıların vəziyyətinin kafi olduğunu deyir.

İyunun 19-da Ermənistan ordusu Tovuzun Ermənistanla həmsərhəd Əlibəyli, Hacallı və Koxa Nəbi kəndlərini atəşə tutub. Kəndin sakinləri son günlər atışmanın intensivləşdiyini danışırlar. Sakin Vüqar Məhərrrəmov danışır ki, ötən gecə də atışma 5 saat davam edib.

Son günlərdə daha tez-tez atırlar. Əvvəllər posta atırdılar, indi əsasən dinc sakinləri hədəfə alırlar. Biz körpələrdən narahatıq. Uşaqdırlar qorxurlar.

Qeyd edək ki, son hadisələrdən başqa, erməni təxribatları nəticəsində 2014 cü il ərzində Tovuzun Əlibəyli kəndində daha 2 nəfər kəndli yaralanmışdı. Müdafiə Nazirliyinin məlumatına görə, təkcə iyunun 19-da atəşkəs rejimi bir neçə istiqamətdə 41 dəfə pozulub.

http://www.ganca.az
Bu gün, 12:11
Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
Bu gün, 11:28
Prezident xorvatiyalı həmkarını təbrik etdi
Bu gün, 11:13
Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var
Bu gün, 11:08
Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı
Bu gün, 11:03
Ağdərədə sümük qalıqları aşkarlandı - İtkin düşmüş ailə ola bilər - Fotolar
Bu gün, 10:03
1000-dən az qazanan vergi ödəməməlidir — Natiq Cəfərli
Bu gün, 09:54
Köçəryandan etiraf: 44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı
Bu gün, 09:23
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Bu gün, 09:13
Bu gün ÇL-nin qalibi bilinəcək
Bu gün, 09:08
Ərdoğan Ayasofyada Quran oxudu - Video
Bu gün, 09:03
Azərbaycanda güclü külək ağacı aşırdı, 15 kənd işıqsız qaldı
Dünən, 23:06
Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK - VİDEO
28-05-2026, 13:58
İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib
28-05-2026, 13:16
Prezident Şuşadadır
28-05-2026, 10:24
Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib
28-05-2026, 09:13
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub
28-05-2026, 09:00
Bu gün 28 May – Müstəqillik Günüdür
27-05-2026, 10:04
Bir heyvanı bir neçə nəfər şərikli kəsə bilərmi? - AÇIQLAMA
27-05-2026, 09:54
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
27-05-2026, 09:50
Təzəpir məscidində Qurban bayramı namazı qılınıb
27-05-2026, 09:46
Azərbaycanda Qurban bayramı qeyd edilir
27-05-2026, 09:00
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edilib
26-05-2026, 19:01
İlham Əliyev Azərbaycan xalqına təbrik edib
26-05-2026, 16:00
Bu əsgərlər həftəsonları evə buraxılacaq? - MÜHÜM AÇIQLAMA
26-05-2026, 15:30
DİQQƏT: Qurban bayramına görə bu işçilərə əlavə pul veriləcək?
26-05-2026, 14:00
Milli Məclisdən Prezidentə və Birinci Vitse-prezidentə təbrik məktubu
26-05-2026, 13:37
Azərbaycanda yeddi dövlət qurumu ləğv olundu