Samux rayonu tərəqqi yolunda
Rayon rəhbərliyi yaşayış evlərinin sovet dövründən qalmış dam örtüklərinin yenilənməsinə, Samuxun mərkəzi küçə və meydanlarının, parkların, əyləncə, istirahət yerlərinin asfalt örtüyünün yenilənməsi, habelə küçələrin abadlaşdırılması, səliqə-səhman işlərinin görülməsinə xüsusi diqqət yetirir. Rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının, Heydər Əliyev mərkəzinin binaları və digər binalar Avropa üslübunda təmir edilib.
Rayonun 35 yaşayış məntəqəsindən 27 fasiləsiz olaraq təbii qazla təmin olunmuşdur ki, bu da rayon əhalisinin 90 faizinin təbii qazla təmin olunması deməkdir.
Rayonun bütün yaşayış məntəqələri stasionar telefonla təmin olunmuşdur. Rayonda bütün ATS-lər elektronlaşmışdır. Hazırda rayonda ümumi tutumu 8096 olan 14 EATS fəaliyyət göstərir ki, onların istifadə tutumu 7945 mömrə təşkiı edir. Şəhər əhalisi ADSL sürətli internet şəbəkəsi ilə təmin olunmuşdur.
Rayon ərazisində 216 km yol şəbəkəsi vardır ki, ondan 8 km-i Respublika əhəmiyyətli, 208 km-i yerli əhəmiyyətli yollardır. Rayon ərazisindən 11,1 km uzunluğunda dəmir yolu keçir, Zazalı və Alabaşlı stansiyaları vardır.
Rayonda Mədəniyyət şöbəsi, Mərkəzi Kitabxana Sistemi və Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mədəniyyət şöbəsinin rayonun qəsəbə və kəndlərində 12 mədəniyyət evi, 14 klub, 34 kitabxana və 3 Uşaq Musiqi Məktəbi fəaliyyət göstərir.
Mərkəzi Kitabxana Sisteminin kitab fondu kitab təşkil edir, sistemdə elektron kartateka fəaliyyət göstərir.
Heydər Əliyev Mərkəzi 2007- ci ildə yaradılmışdır. Ümumi sahəsi 300 m2 muzey bir eksponat zalından, bir konfrans zalından və üç otaqdan ibarətdir. Muzeyin böyük zalında Heydər Əliyevin büstü qoyulmuş və Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto şəkillərlə, kino filmlərlə, lazımı avadanlıqlarla, kompüter texnikası ilə təchiz olunmuşdur. Muzeyin arxa hissəsində 700 m2 sahədə istirahət guşəsi salınmışdır.
Rayonda salınan Heydər Əliyev parkı, Bayraq meydanı Samux rəhbərliyinin Azərbaycan dövlətçiliyinə, ulu öndərə olan ehtiramlarının, onun quruculuq, abadlıq, inkişaf, tərəqqi kursuna olan sadiqliyinin əyani nümunəsi və sədaqətlərinin göstəricisidir.
Mən bütün samuxlular adından xalqımıza əmin-amanlıq, rifah, xoşbəxt gələcək bəxş etmiş ulu öndər Heydər Əliyevin xatirəsini daim əziz tutur, onu ehtiramla yad edirəm və dahi liderin layiqli davamçısı cənab prezident İlham Əliyevin kursunu, daxili və xarici siyasətini dəstəkləyir, ona uğurlar, can sağlığı və uzun ömür arzulayıram.
Samux rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tahir Qarayev
Bu gün, 12:11
Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
Bu gün, 11:28
Prezident xorvatiyalı həmkarını təbrik etdi
Bu gün, 11:13
Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var
Bu gün, 11:08
Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı
Bu gün, 11:03
Ağdərədə sümük qalıqları aşkarlandı - İtkin düşmüş ailə ola bilər - Fotolar
Bu gün, 10:03
1000-dən az qazanan vergi ödəməməlidir — Natiq Cəfərli
Bu gün, 09:54
Köçəryandan etiraf: 44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı
Bu gün, 09:23
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Bu gün, 09:13
Bu gün ÇL-nin qalibi bilinəcək
Bu gün, 09:08
Ərdoğan Ayasofyada Quran oxudu - Video
Bu gün, 09:03
Azərbaycanda güclü külək ağacı aşırdı, 15 kənd işıqsız qaldı
Dünən, 23:06
Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK - VİDEO
28-05-2026, 13:58
İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib
28-05-2026, 13:16
Prezident Şuşadadır
28-05-2026, 10:24
Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib
28-05-2026, 09:13
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub
28-05-2026, 09:00
Bu gün 28 May – Müstəqillik Günüdür
27-05-2026, 10:04
Bir heyvanı bir neçə nəfər şərikli kəsə bilərmi? - AÇIQLAMA
27-05-2026, 09:54
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
27-05-2026, 09:50
Təzəpir məscidində Qurban bayramı namazı qılınıb
27-05-2026, 09:46
Azərbaycanda Qurban bayramı qeyd edilir
27-05-2026, 09:00
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edilib
26-05-2026, 19:01
İlham Əliyev Azərbaycan xalqına təbrik edib
26-05-2026, 16:00
Bu əsgərlər həftəsonları evə buraxılacaq? - MÜHÜM AÇIQLAMA
26-05-2026, 15:30
DİQQƏT: Qurban bayramına görə bu işçilərə əlavə pul veriləcək?
26-05-2026, 14:00
Milli Məclisdən Prezidentə və Birinci Vitse-prezidentə təbrik məktubu
26-05-2026, 13:37
Azərbaycanda yeddi dövlət qurumu ləğv olundu