R. Eyyubov - 28 may Respublika Günüdür
28 May. Bu gün tariximizə Respublika günü kimi daxil olub. Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün 1918-ci il mayın 28-də Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci il mayın 28-də İstiqlal bəyannaməsində Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk xalq-demokratik respublikası idi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin , onun böyük oğlu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Müstəqilliyimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görüldü. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini elan etdi. İyun ayının 4-də qardaş Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağlanaraq, Osmanlı dövlətindən hərbi yardım alındı. Beləliklə də 1918-ci il iyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildi. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, türk olmayan xalqlar üçün türk dilli kurslar açıldı. 1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı dövlət universiteti açıldı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz İstiqlal muzeyi yaradıldı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi.Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Ölkəmizə əsən şimal küləyi müstəqilliyimizi təhlükə altında qoydu. Azərbaycanın müstəqillik qazanması ilə barışa bilməyən Sovet Rusiyası 1920-ci il aprelin 27-də 11-ci ordunu ölkəmizə yeridərək müstəqilliyimizə son qoydu. Təəssüflər olsun ki, uzun mübarizdən sonra bərpa edilmiş müstəqillik tezliklə itirildi. Onun süqutundan sonra Sovet imperiyasının 70 illik əsarəti dövrü başladı. Lakin xalqımız müstəqillik uğrunda mübarizəni davam etdirdi. Bu mübarizədə çoxlu şəhidlər verdik. 1991-ci ildə müstəqilliyimizi yenidən əldə etdik. Xalqımızın başına gəlmiş hadisələr, tarix bir daha göstərir ki, xalqın azadlıq əldə etməsilə iş qurtarmır. Xalq öz azadlığını və müstəqilliyini qoruyub saxlamağı bacarmalıdır. Bunun üçün də hər bir insan üzərinə düşən vətəndaş borcunu yerinə yetirməlidir.
Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Eyyubov
Bu gün, 12:11
Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
Bu gün, 11:28
Prezident xorvatiyalı həmkarını təbrik etdi
Bu gün, 11:13
Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var
Bu gün, 11:08
Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı
Bu gün, 11:03
Ağdərədə sümük qalıqları aşkarlandı - İtkin düşmüş ailə ola bilər - Fotolar
Bu gün, 10:03
1000-dən az qazanan vergi ödəməməlidir — Natiq Cəfərli
Bu gün, 09:54
Köçəryandan etiraf: 44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı
Bu gün, 09:23
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Bu gün, 09:13
Bu gün ÇL-nin qalibi bilinəcək
Bu gün, 09:08
Ərdoğan Ayasofyada Quran oxudu - Video
Bu gün, 09:03
Azərbaycanda güclü külək ağacı aşırdı, 15 kənd işıqsız qaldı
Dünən, 23:06
Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK - VİDEO
28-05-2026, 13:58
İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib
28-05-2026, 13:16
Prezident Şuşadadır
28-05-2026, 10:24
Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib
28-05-2026, 09:13
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub
28-05-2026, 09:00
Bu gün 28 May – Müstəqillik Günüdür
27-05-2026, 10:04
Bir heyvanı bir neçə nəfər şərikli kəsə bilərmi? - AÇIQLAMA
27-05-2026, 09:54
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
27-05-2026, 09:50
Təzəpir məscidində Qurban bayramı namazı qılınıb
27-05-2026, 09:46
Azərbaycanda Qurban bayramı qeyd edilir
27-05-2026, 09:00
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edilib
26-05-2026, 19:01
İlham Əliyev Azərbaycan xalqına təbrik edib
26-05-2026, 16:00
Bu əsgərlər həftəsonları evə buraxılacaq? - MÜHÜM AÇIQLAMA
26-05-2026, 15:30
DİQQƏT: Qurban bayramına görə bu işçilərə əlavə pul veriləcək?
26-05-2026, 14:00
Milli Məclisdən Prezidentə və Birinci Vitse-prezidentə təbrik məktubu
26-05-2026, 13:37
Azərbaycanda yeddi dövlət qurumu ləğv olundu