N. Əliyeva - Respublika gününüz mübarək!
Gundem
Oxunub: 2 113
28 may 2014 | 10:54
N. Əliyeva - Respublika gününüz mübarək!Bildiyiniz kimi, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı və Çar mütləqiyyətinin devrilməsi nəticəsində xalqların milli hərəkatı başlamışdır. 1918-ci il mayın 28-də tarixində Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920) Şərqdə ilk demokratik dövlət yaradılmışdır.
XX əsr tarixə təkcə elm və texnika əsri kimi deyil, həm də milli dirçəliş, müstəmləkə imperiyalarının dağılması, milli dövlətlərin yaranması əsri kimi düşmüşdür.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) müsəlman Şərqində ilk demokratik dövlət yaradıldı. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyəti Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilib. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmi olaraq tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və bir cümlədə desək, bu gün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bilmədiyi demokratik şəraiti Müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur 4 iyun 1918-ci il.
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.
Azərbaycan Demokratik Respublikası gərgin ve mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilməyib və M.Ə.Rəsulzadənin "BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ" şuarı öz əksini tapıb və nəhayət 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Hər birinizi bu böyük bayram münasibətilə təbrik edirik!

Azərbaycan Dövlət Pedaqoji Kolleci direktoru Nurlana Əliyeva
Dünən, 16:00
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
Dünən, 15:30
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
Dünən, 14:19
Prezident və xanımı vidaya əklil göndərdi
Dünən, 14:16
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
Dünən, 13:02
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
Dünən, 12:21
Prezident həmkarını təbrik etdi
Dünən, 12:17
Bağçalara növbəyə yazılma prosesi başlayır
Dünən, 12:14
Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı - Video
Dünən, 11:44
Strateji valyuta ehtiyatlarımız 91 milyard dollara çatır
Dünən, 11:41
“COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi”
Dünən, 11:26
Qonşumuza qarşı BÖYÜK hazırlıq - 200-dən çox qırıcı...
Dünən, 11:16
İsrail Azərbaycanı yəhudilər üçün risk zonasına saldı
Dünən, 11:06
Rusiyaya DƏHŞƏTLİ hücum: xeyli ÖLÜ və yaralı var – Kremldə böyük QƏZƏB
Dünən, 10:29
Bakıda fəaliyyət göstərən iki həkimə cinayət işi açıldı - Ağır ittihamlar
Dünən, 10:14
UEFA Çempionlar Liqası: İlk turun növbəti oyunları keçiriləcək
Dünən, 10:03
Mehriban Əliyevadan xalq artistinin vəfatı ilə bağlı PAYLAŞIM
Dünən, 09:58
Azərbaycanın məşhur Xalq artisti vəfat etdi
Dünən, 09:54
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Dünən, 09:33
Messi bu klubu alır - RAZILIQ ƏLDƏ OLUNDU
Dünən, 09:30
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - YENİLƏNDİ
Dünən, 09:24
Paytaxtın 7 yolunda sıxlıq var
Dünən, 09:13
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
Dünən, 09:00
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
8-09-2026, 16:00
“Türkiyə qardaşlarına qovuşacaq” – Ərdoğandan tarixi mesaj
8-09-2026, 15:46
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM
8-09-2026, 15:30
Ruslar “köhnə dost”undan üz döndərir – araq istehsalı çöküşdə
8-09-2026, 14:22
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı