S. Mehbalıyev - 28 may Respublika günüdür
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
AXC dövründə Azərbaycanda ilk muzey İstiqlal muzeyi təşkil olunmuşdur. Eyni zamanda Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdur.
İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın ümumiyyətlə incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdır. Azərbaycan hökuməti türk teatr truppasını öz himayəsinə almışdır. Ümumiyyətlə istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımı teatrın cəmiyyətin həyatında rolunu artması ilə əlamətdardır.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik.
Səttar Mehbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili
Dünən, 16:00
Tramp istəsə belə, İranla müharibəni bitirə bilməyəcək
Dünən, 15:30
Sabah bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Dünən, 14:00
Trampdan Avropaya xəbərdarlıq: Dəstək verməsəniz çox pis olacaq
Dünən, 13:33
İsrail Hərbi Hava Qüvvələri Əli Xameneinin təyyarəsini məhv edib
Dünən, 13:24
Bayram namazının vaxtı və fitrə zəkatının məbləği açıqlandı
Dünən, 13:11
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Dünən, 12:24
Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir
Dünən, 12:19
İsrail 450.000 əsgər səfərbərliyə çağırır
Dünən, 12:11
“Şamaxinka”dakı yerüstü keçid sökülür? - RƏSMİ
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bütün sosial ödənişlər ödənildi
Dünən, 11:33
Tramp İranın neft anbarı olan Xarq adasını ələ keçirmək istəyir - “Axios”
Dünən, 11:22
Ağ Ev: İrana hücum ABŞ-a 12 milyard dollara başa gəlib
Dünən, 11:08
İlham Əliyev onları təltif etdi
Dünən, 11:03
Azərbaycanda tanınmış həkimin oğlu faciəli şəkildə öldü: Türkiyədən yenicə qayıdıbmış - FOTO
Dünən, 10:59
SEPAH: Müharibənin bitməsi Tehrandan asılıdır
Dünən, 10:54
Dünən keçirilən buraxılış imtahanının düzgün cavabları açıqlandı
Dünən, 09:40
Kreml Makronun nümayəndlərinə rusca söyüşlə cavab verib
Dünən, 09:36
Bakıda moped divara çırpıldı, sürücü öldü
Dünən, 09:30
İranda 500 nəfər həbs edildi - Casusluqda ittiham olunurlar
Dünən, 09:27
Avtobusdakı görüntüləri gündəm oldu
Dünən, 09:23
Bakıda ucuz qiymətə satılan həyət evlərini almaq olar?
Dünən, 09:00
Böyük enerji savaşı hələ indi başlayır: Ağ Evin planları alt-üst oldu, ABŞ-ın milyardları "əriyir"
14-03-2026, 10:50
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
14-03-2026, 10:41
Azərbaycan nefti bahalaşdı
14-03-2026, 10:34
Tramp: ABŞ və İsrailin İrandakı məqsədləri "bir az fərqli ola bilər"
14-03-2026, 10:29
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
14-03-2026, 10:10
Nüvə partlayışından sonra insanların başına nə gələcək: dəhşətli PROQNOZLAR