Müctəba Xameneini hakimiyyətə gətirən "Dörd xunta" – 88 üzvə zəng edilərək deyilib ki...GİZLİ PLAN İFŞA OLDU
Dunya
Oxunub: 73
17 mar 2026 | 16:00
Müctəba Xameneini hakimiyyətə gətirən "Dörd xunta" – 88 üzvə zəng edilərək deyilib ki...GİZLİ PLAN İFŞA OLDU


"The New York Times" qəzetinin dərc etdiyi geniş təhqiqat materialı İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin seçilməsinin pərdəarxası məqamlarına işıq salıb.

Atası ayətullah Əli Xameneinin öldürülməsindən sonra Müctəbanın hakimiyyətə gəlişini təmin edən əsas qüvvə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "köhnə qvardiya"sı hesab olunan yüksək rütbəli komandirlər qrupu olub. ABŞ nəşrinin hesabatına görə, Müctəba Xameneinin seçilməsi üçün əsas lobbiçilik fəaliyyətini dörd kilit fiqur həyata keçirib:

Əhməd Vahidi: SEPAH-ın de-fakto baş komandanı;

Məhəmməd Əli Cəfəri: SEPAH-ın keçmiş baş komandanı;

Hüseyn Tayib: SEPAH kəşfiyyatının keçmiş rəhbəri;

Məhəmməd Baqer Qalibaf: Parlamentin spikeri və keçmiş SEPAH komandiri.

Bu qrup ABŞ və İsraillə sərt qarşıdurmanı davam etdirmək tərəfdarı olan "şahinlər" qanadını təmsil edir. Onların əsas məqsədi hakimiyyəti rejimin ən radikal hissəsinin əlində saxlamaq olub. Onlara qarşı isə prezident Məsud Pezeşkian və Əli Laricaninin rəhbərlik etdiyi mülayimlər düşərgəsi çıxış edib. Mülayimlər gərginliyi azaltmaq üçün Həsən Xomeyni və ya Həsən Ruhani kimi namizədləri irəli sürsələr də, hərbi elitanın təzyiqi qarşısında aciz qalıblar.

Xüsusilə Hüseyn Tayibin Ekspertlər Şurasının 88 üzvünün hər birinə şəxsən zəng edərək, Müctəbaya səs verməyi "dini və ideoloji borc" kimi təqdim etməsi seçkinin taleyini həll edib. Hətta Əli Xameneinin hakimiyyətin irsi ötürülməsinə qarşı çıxdığı iddia edilən vəsiyyətnaməsi də SEPAH-ın təzyiqini dayandıra bilməyib. Nəticədə, martın 8-də keçirilən təkrar səsvermədə Müctəba Xamenei 59 səs toplayaraq İranın yeni lideri elan edilib. Bu fakt göstərir ki, son illərdə endirilən nöqtə zərbələrinə baxmayaraq, SEPAH hələ də ölkənin idarəetmə rıçaqlarını möhkəm saxlayır.
Bu gün, 09:14
Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqlandı: TAM MƏTN
Bu gün, 09:00
Sən çağırsan gələrəm mən: Paşinyan Bakıya gəlmək istəyir
Dünən, 18:26
Azərbaycanın səhiyyə işçiləri təltif edilib
Dünən, 16:00
Sabah 36 dərəcə isti olacaq
Dünən, 15:30
ABŞ-İran anlaşmasının 4-cu bəndi və... Tramp marşrutu
Dünən, 13:20
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Dünən, 13:10
Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
Dünən, 12:26
Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
Dünən, 12:21
Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
Dünən, 12:16
Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Dünən, 11:52
Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi
Dünən, 11:48
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
Dünən, 11:44
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
Dünən, 11:39
Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
Dünən, 10:43
“Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
Dünən, 10:39
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
Dünən, 10:35
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar
Dünən, 10:12
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Dünən, 09:53
17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
Dünən, 09:47
Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto
Dünən, 09:41
Ronaldo DÇ öncəsi azarkeşlərə səsləndi
Dünən, 09:34
Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
Dünən, 09:27
Rusiya ilə sülh danışıqlarına hazırıq - Merts
Dünən, 09:00
Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi
16-06-2026, 16:00
Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq
16-06-2026, 15:30
Lukaşenko Zelenskidən üzr istədi: Onun döyüşdüyünü nəzərə almalıydım...
16-06-2026, 13:17
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi