Çat verən yollarımız (ARAŞDIRMA)
ANS PRESS ölkədə asfalt örtüyünə niyə zəmanət verilməməsini araşdırıb
Bakı-Sumqayıt yolunun bəzi hissələrində asfalt-beton örtüyü sıradan çıxıb. Bir neçə il əvvəl tikilən yol istismar müddətini yavaş-yavaş başa vurur. Magistral yolun beton hissələrinə asfalt yamaqların vurulması isə buna əyani sübutdur. Dövlət büdcəsindən bu yolların tikintisi üçün milyonlarla pul xərclənsədə nədənsə salınan yolların keyfiyyəti aşağıdır. Təkcə son on ildə Azərbaycanda yollara 10 milyard manatdan çox vəsaitin xərclənməsinə baxmayaraq, Azərbaycanda yol problemi həllə də öz həllini tapmayıb. Bəs görəsən bu qədər pulların xərcləndiyi yollar niyə keyfiyyətsiz olur?
ANS PRESS yolların keyfiyyəti ilə bağlı yaranan suallara cavab tapmağa çalışıb. Apardığımız kiçik araşdırmadan məlum olub ki, ölkədə tikilən yollar lazımi standartlara cavab vermir. Mütəxəssislərin fikrincə, xüsusilə Bakıda şəhər daxili yollar çəkilərkən şirkətlər ucuz asfalta qaçırlar və belə asfaltda parafinin səviyyəsi yüksək olur. Şirkətlər asfaltın tərkibindəki parafini təmizləmirlər çünki, bu ayrıca prosesdir və asfaltın qiymətini artırır. Məhz bu səbəbdən şirkətlər ucuz asfaltdan istifadə etməyə üstünlük verirlər. Nəticədə, az xərc çəkməklə daha çox qazanc edirlər.
Əslində isə yol çəkilişi nəzəriyyəsinə görə, yola tökülən asfaltın keyfiyyəti onda işlədilən bitumun tərkibindəki parafindən asılıdır. Adətən, bitumun tərkibində parafin çox olduqda asfaltın keyfiyyəti aşağı düşür. Aşağı temperaturlarda parafini yüksək olan bitum əsasında çəkilmiş asfaltda kristallaşma prosesi baş vermiş yollarda çatlar yaranır, bu isə daha sonra dərinləşərək bəzi yerlərdən asfalt laylarının qopmasına və çalalar yaranmasına səbəb olur.
Mütəxəssislər qeyd edir ki, sadalananlarla yanaşı yol tikintisi ilə məşğul olan podratçı şirkətlər yolun keyfiyyətinə də zəmanət verməlidir. Avropa ölkələrində bu təcrübə geniş yayılıb. Məsələn, Almaniyada Hitlerin vaxtından salınan yollar hələ də istifadə olunur və heç bir təmirə ehtiyac yoxdur. Bəzi ölkələrdə isə yol tikinti şirkətləri asfalt-beton örtüyünə 50 illik zəmanət verirlər. Şirkət yolun örtüyündə baş verən hər hansı qüsura bir-başa məsuliyyət daşıyır və ehtiyac olduğu təqdirdə bütün təmir işlərini öz öhdəsinə götürür. Amma təəssüf ki, bizdə bu təcrübədən elə də geniş istifadə edilmir.
Nəqliyyatçıların hüquqi problemlərinə yardım ictami birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun fikrincə, yolların keyfiyyəti şirkətlərin yol çəkilişi texnologiyasına düzgün riayət etməməsi ilə bağlıdır:
"Bizdə yolların çoxunu büdcə vəsaitlərini tələm-tələsik işlətmək naminə qış vaxtı - noyabr, dekabr aylarında çəkirlər. Yəni yol nəm və soyuq olur, asfalt yaxşı bərkimir. Həmçinin qruntu yaxşı presləmirlər, məsələn, hər hansı kommunikasiya xəttini çəkmək üçün xəndək çəkilir və ya çala qazılır, sonra onun üstü torpaqlanır, malalanır və yaş-yaş üstü asfaltlanır. Belə asfalt nə şaxtaya, nə də istiyə duruş gətirə bilməz.
Ekspert bildirir ki, yağışlı-qarlı başqa ölkələrdə yollar əsasən şaxtalı havalarda yola səpilən duzlar və ya başqa kimyəvi qatışıqlar üzündən dağılır. Amma bizdə qışda duz, qum səpilməyən yollar buz bağlayır və buz açılandan sonra darmadağın olur. Mütəxəsisin fikrincə, bu onu deməyə əsas verir ki, Azərbaycanda yol çəkilişi zamanı istifadə edilən komponentlər keyfiyyətsizdir. Komponentlər dedikdə isə əsasən asfalt üçün işlədilən bitum nəzərdə tutulur.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev isə ANS PRESS-ə açıqlamasında məsələyə aydınlıq gətirib. Qurum rəsmisi Bakı-Sumqayıt yolunun beton hissəsində yaranan problemi özünə xas üslubda izah edib: "Bakı-Sumqayıt yolunun beton olan hissəsində fikir versəz görərsiz ki, Sumqayıta gedən istiqamətdə yol yaxşıdı. Amma Sumqayıtdan Bakıya gələn istiqamətdə yol örtüyü dağılıb. Buna səbəb ağır tonnajlı yük maşınlarının bu yoldan istifadə etməsi olub. Bu yolun bərpası ilə bağlı işlər görülür. Mərhələ-mərhələ işlər aparılır".
Burada maraqlı bir sual ortaya çıxır. Görəsən bu yol tikilərkən yük maşınlarının yoldan istifadə edəcəyi nəzərə alınmayıbmı? Əgər nəzərə alınıbsa o zaman niyə yol örtüyü sıradan çıxır? Bu cür sualların cavabını ekspertlər konkret təkliflərlə izah edirlər. Mütəxəssislərin fikrincə yola tikinti şirkət tərəfindən zəmanət verilməsi bu kimi problemlərin qarşısını bir dəfəlik alacaq.
"Azəryolservis" ASC-nin rəsmisi isə bu zəmanət məsələsi ilə bağlı şirkətlərin öhdəliyi olduğunu deyib. O bildirib ki, podratçı şirkətlər yola bir-iki il müddətinə təminat verir. Pünhan Mürsəliyevin sözlərinə görə, bağlanılan müqaviləyə əsasən yolda baş verən hər bir qüsur yolu tikən şirkət tərəfindən aradan qaldırılır.
Mütəxəssislər isə dünya və Avropa təcrübəsindən istifadə etməyin vacib olduğunu deyirlər. Söhbət bir-iki illik zəmanətdən deyil uzunmüddətli zəmanətdən gedir. Minimum 5 il yola zəmanət verilməsi dövlət büdcəsindən yollara daha az pul xərclənməsinə səbəb olar. Ekspertlər belə addımların həmçinin, Azərbaycanda fəaliyyət göstərən yol tikinti şirkətlərinin məsuliyyət hissini artıracağına ümid edirlər. Bununlada həm dövlət büdcəsinə qənaət etmək, həm də ölkədə yeni keyfiyyətli yollara qovuşmaq mümkün olar.

Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü