Suraxanını zibillik basıb
Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsinin sakinləri deyirlər ki, yaşadıqları ərazi tanımadıqları qurumlar və ya şəxslər tərəfindən zibilliyə çevrilib:"Hər gün axşam saatlarında ağır tonnajlı avtomobillər yaşadığımız əraziyə gətirib zibil boşaldırlar. Yollarımız da buna görə bərbad gündədir. Ərazidə vəziyyət çox acınacaqlıdır. Bilmirik, dərdimizi kimə deyək.
Vətəndaşların sözlərinə görə, yolun bərbad vəziyyətdə olması və zibilliyin yığışdırlması ilə bağlı Suraxanı İcra Hakimiyyətində olublar: "Yollarımız pis vəziyyətdədir. Uşaqlarımız bağçaya və məktəbə çətinliklə gedib-gəlirlər. Qışda isə vəziyyət dözülməz olur. Yağış yağanda, hava soyuq olanda, ümumiyyətlə, uşaqlar nə məktəbə nə də bağçaya gedə bilirlər.
Sakinlər bildirirlər ki, zibilləri yandırırlar və hərdən bu yanğın böyük ərazini əhatə edir: "Məcburiyyət qarşısında insanlar zibili yandırır. Zibillərin içərisində olan tikinti materialları yanmadığından, ərazidə yaranmış zibil dağlarına görə, yolun digər tərəfi görünmür. Əraziyə, hətta, yanğınsöndürənlər cəlb olunur. Elə olur ki, çətinliklə söndürürlər.
Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsində lentə aldığımız video və fotolardan da görünür ki, ərazidə antisanitariyadır. Necə deyərlər,yoluxucu xəstəliklərin yayılması üçün münbit şərait var. Nəzərə alsaq ki, buralar azyaşlı uşaqların, gündəlik olaraq, oynadığı, bağçaya, məktəbə getdiyi yoldur, sakinlərin haqlı narazılığını qəbul etmək olar.
Ərazidə olan əməkdaşımız MKİS-in rəhbərliyindən məsələyə münasibət öyrənə bilməyib. Məsələyə aydınlıq gətirmək üçün Suraxanı İH-i ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
mia.az
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü