Yuxudan əvvəl telefon və planşetdən uzaq durun
Sosial
Oxunub: 1 272
19 noy 2015 | 07:25
Yuxudan əvvəl telefon və planşetdən uzaq durun














Tədqiqatçılar bir gecə yuxusuzluğu yarımillik pis qidalanmaya bərabər tutublar

Parlaq göy ekranlı smartfon, planşet kompüter və elektron oxu qurğuları insanın bioloji saatını dayandırmaqla yanaşı, yuxunu təmin edən hormonların əmələ gəlməsinə mane olur. Bu qənaətə Kinqs kollecin və Surrey Universitetinin mütəxəssisləri gəliblər.

Azerinfo.az ictnews.az-a istinadən xəbər verir ki, yuxu sahəsində mütəxəssislər müasir planşet, smartfon və elektron kitab modellərinin insan orqanizminə təsirini tədqiq edərək bu qurğuların ekranlarından buraxılan mavi şüaların melatoninin - yuxu hormonunun yaranmasına mane olmasını müəyyən ediblər.

Tədqiqat müəllifi Pol Qrinqrasın sözlərinə görə, mavi və yaşıl spektr dalğaları melatonini digər spektr dalğalarından daha çox boğur ki, bu da insanı yuxuya getməli olduğu halda gümrah və diqqətcil edir. Həkimlərin fikrincə, qurğu istehsalçıları öz üzərilərinə öhdəlik götürərək bu ciddi problemi həll etməlidirlər. Belə ki, yatmazdan əvvəl planşet və ya elektron kitabdan istifadə gələcəkdə yuxu pozulmasına səbəb ola bilər.

Tədqiqatçılar əmindirlər ki, qurğular axşam düşən zaman sarı və ya qırmızı rəngi şüalandırmalıdır. Onların məlumatına görə, hazırda axşamlar elektron qurğunun işığını azaldan yalnız ayrı-ayrı proqramlar mövcuddur.

Alimlər insan sağlamlığı üçün tam yuxunun əhəmiyyətini təsdiq edən yeni dəlillər aşkarlayırlar. Belə ki, Almaniya alimlərinin fikrincə, yaxşı yuxu immunitetə infeksiyaları yadda saxlamağa kömək edir. ABŞ tədqiqatçıları isə bir gecə yuxusuzluğu yarımillik pis qidalanmaya bərabər tutublar.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü