RABİTƏ MAFİOZU HAQDA YENİ ŞOK MƏLUMATLAR
Sosial
Oxunub: 1 393
15 noy 2015 | 08:08
RABİTƏ MAFİOZU HAQDA YENİ ŞOK MƏLUMATLAR












Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyevin də fəaiyyəti araşdırılacaqmı?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin(RYTN) aparat rəhbəri, “MTN işi” ilə bağlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş Vidadi Zeynalovun korrupsiya əməlləri barədə ilginc məlumatlar əldə etmişik.
RYTN-dəki məlumatlı mənbənin “AZƏRFAKS”a verdiyi bilgilərə görə, adıçəkilən qurum faktiki olaraq V.Zeynalov tərəfindən idarə olunub və nazir Əli Abbasov da xüsusi əhəmiyyətli məsələlərdə onun razılığı olmadan heç bir addım atmırmış. Yeri gəlmişkən, qeyd edək ki, Vidadi Zeynalov məhz Əli Abbasov tərəfindən naziriliyə gətirilib. Bundan əvvəl isə, o, İqtisad Universitetində prorektor vəzifəsində çalışıb. Tarixçə belədir: V.Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəsi vəzifəsində çalışıb. Lakin işdə yol verdiyi ciddi nöqsanlara görə Maliyyə Nazirliyinin Kollegiyasnın qərarı ilə işdən qovulub. Bir müddət sonra isə V.Zeynalov gözlənilmədən Azərbaycan Dövlət İqtisad Universitetində prorektor vəzifəsinə təyin olunub. O zaman Universitetə Əli Abbasov rəhbərlik edib və o, nazir postuna təyin olunandan sonra V.Zeynalovu nazirlikdə yüksək vəzifəyə təyin edib.
Məlumatlı mənbənin sözlərinə görə, V.Zeynalov nazirlikdə fəaliyyət göstərdiyi müddətdə əməlli-başlı oliqarxa çevrilib və çox qısa zamanda özünün varidatını milyardlarla ölçüləcək səviyyəyə çatdırıb: “Əgər Vidadiyə məxsus obyektlər, müxtəlif məqsədlər üçün istifadə olunan tikililər və onun dövlət əmlakı ilə şəxsi mülkiyyəti kimi davranması nəticəsində qurduğu nəhəng biznes şəbəkəsilə bağlı araşdırmalar aparılarsa, o zaman rabitəçi-oliqarxın milyardlıq səltənət sahibi olduğu üzə çıxar. Nazirlikdə çoxları bilir ki, Vidadi Zeynalov hansı imkanlara malik olub. Şübhə etmirik ki, istintaq qeyri-qanuni yollarla əldə olunmuş varidatı üzə çıxara biləcək. Təsəvvür edin ki, Vidadi Zeynalov işə gələndə mühafizə xidməti əvvəlcədən yolları bağlayırdı. Onu elə qarşılayırdılar ki, heç nazirə belə diqqət göstərilmirdi”.
Mənbə V.Zeynalovun nazirlikdəki adamlarından və yalnız onun tapşırıqlarını yerinə yetirən komandadan da danışıb: “Nazirlikdə Vidadi Zeynalovun adamları çoxdur. Onlar yalnız Vidadinin göstərişlərini yerinə yetiriblər. Nazir onlar üçün həmişə ikinci dərəcəli şəxs hesab olunub. Onlar hazırda da nazirlikdədirlər və ümid edirik ki, hüquq-mühafizə orqanları Zeynalovun buradakı adamlarını müəyyənləşdirməkdə çətinlik çəkməyəcək və onların da fəaliyyəti araşdırılacaq”.
Məlumatın diqqətçəkən məqamlarından biri də, V.Zeynalovun Rabitə və Yüksək Texnologiyalar Nzirliyində oturub, Bakı şəhərinin mənzil kommunal təsərrüfat sisteminə də nəzarət etməsilə bağlıdır. Mənbə iddia edir ki, bu sahə 90-cı illərin ortalarından bu vaxtə qədər V.Zeynalovun təsir dairəsindədir və bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə qeyri-rəsmi olaraq məhz o nəzarət edib: “Sual oluna bilər ki, bunu necə edib? Çox sadə bir yolla. Vidadi Bakı şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsində öz yaxın qohumu Rəfail Mehralıyevi təyin etdirib. Məhz qohumunun bilavasitə iştirakı ilə Bakının mənzil kommunal təsərrüfat sahəsi birbaşa Vidadinin müəyyən etdiyi qaydalara uyğunlaşdırılıb. Onun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbələrindən biri də elə Bakı şəhəri mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verilən ciddi pozuntular olub. Lakin Əli Abbasov Vidadinini nazirliyə gətirəndən sonra o, öz qohumu Rəfail Mehralıyevi Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə(İdarə sonradan Departamentə çevrilib – Red) rəis təyin etdirir. Həmin vaxt Əli Abbasov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla quda idi. Sonradan Əli Abbasovun qızı Ülkər Abbasova merin oğlu İsrafil Abutalıbovdan boşanaraq bu qohumluğa son qoydu”.
Mənbə iddia edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev əsasən V.Zeynalovun göstərişlərini yerinə yetirib və işini yalnız onun məsləhətləri əsasında qurub: “Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq baxçaları, eləcə də digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır və Vidadi Zeynalov da Rabitə Nazirliyində otura-otura MKT-na ayrılan pulların idarə olunmasında bilbaşa iştirak edib. Odur ki, hüquq-mühafizə orqanlarının Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyevin də fəaliyyətini araşdırmasına ciddi zərurət var”.
Mənbə sonda onu da bildirib ki, V.Zeynalovun fəaliyyəti araşdırılarkən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt şöbələri diqqətdən kənarda qalmamalıdır. “Belə şübhələr də var ki, poçt şöbələrindən bir neçəsinin binası özəlləşdirilərək sonradan dövlətə icarəyə verilib” – deyə, mənbə bildirib.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü