Oğlunun gecə həyatı icra başçısına problem yaratdı

Rafil Hüseynovla bağlı araşdırlmalara başlanılacaq, gələn həftə onunla bağlı qəti qərarın veriləcəyi gözlənilir
Məlum olduğu kimi, iki gün öncə facebook-da Masallı rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun oğlu Şəhriyar Hüseynovun fotosu yayılıb. "İnfo Masallı" adlı səhifənin yaydığı fotoda icra başçısının oğlunun keyf məclisi əksini tapıb.
Redaksiyamızın sözügdən səhifəyə istinadən yaydığı məlumatda bildirilir ki, Şəhriyar Hüseynovun fotosu çəkilən məkan gecə klubudur və orada vaxtaşırı yarıçılpaq qadınlar rəqs edir. Bununla yanaşı, Şəhriyar Hüseynov Bakı şəhərinin ən bahılı gecə klublarının hörmətli qonaqlarından hesab olunur. Onun bir gecədə 3-4 min manat hesab verdiyi, gecə klubuna ən azı yanında 5-6 qızla getdiyi iddia olunub.
Az öncə Arqument.Az-a bununla bağlı daha bir maraqlı məlumat yayıb. Sayta daxil olan məlumata görə, oğlunun əyləncəli həyatı ilə bağlı yayılmış görüntülər və məlumatlar icra başçısı Rafiq Hüseynova ciddi problem yaradıb. Artıq bu qalmaqallı xəbərlərlə bağlı məlumat dövlət rəhbəriliyinə də çatdırılıb. Məsələ araşdırılır və yaxın günlərdə Rafiq Hüseynovla bağlı qəti qərar verilə bilər.
Bəzi bilgilərə görə, onun yaxın günlərdə Prezident Adminstrasiyasına çağırılağı da istisna edilmir. Mənbə bildirir ki, yaxın günlərdə Rafiq Hüseynovun nəzarətində sərvəti ilə bağlı yoxlamalar da başlayacaq. Çünki məmur oğlunun əyləncəli həyatı və gecə klublarında külli-miqdarda pul xərclədiyi ciddi sual doğurub. Onun bu pulları haradan əldə etdiyi də müzakirə mövzusudur. Eyni zamanda, Rafil Hüseynovun MTN-ə işə düzəltdiyi bacısı oğlu da artıq istintaq altındadır. Və bu məsələ də icra başçısı üçün ciddi problemə çevrilib.
Xatırdadaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müşavirələrdə bəyan edib ki, məmurlar özlərinə və övladlarına çəki-düzən verməlidirlər. Dövlət başçısı bəyan edib ki, övladları harınlıq edən, camaatı incidən və özbaşınalıqlarla məşğul olan məmurları ağır şəkildə cəzalandıracaq.
Qeyd edək ki, indiyə qədər prezident bir neçə məmuru övladlarının hərəkətinə görə işdən azad edərək, cəzalandırıb.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü