Gömrükdə qiymətlər 2 dəfə qaldırıldı

«Sınıq Körpü»də sənədləri yerində olan mallara görə 500 dollar alırlar, Astara Gömrüyündə keçən il 2000 manata rəsmləşdirilən material 3500 manat qaldırılıb, SDK-da isə gömrük işçiləri istənilən qiyməti deyə bilərlər
Məlum olduğu kimi, ötən günlərdə dövlət başçısı özünün çıxışında ölkədə sahibkarlara və sahibkarlığa yardım edilməsini, yoxlamaların dayandırılmasını və onlara edilən təzyiqlərə son verilməsini tələb etmişdi. Redaksiyamız xəbər verir ki, prezidentin bu açıqlamasından sonra əksər sahibkarlar vəziyyətlərinin yaxşılaşacağını, onlara edilən təzyiqlərə son veriləcəyini, habelə xaricdən əvvəlki kimi çətinlik çəkmədən mal gətirə biləcəklərini düşünsələr də, bunun tərsi baş verməkdədir.
Sahibkarların redaksiyamıza veridiyi məlumata görə, faktiki olaraq gömrükdə durum acınacaqlı vəziyyətdədir. Onların bildirdiyinə görə, Dövlət Gömrük Komitəsinə şikayət etmələrinə rəğmən, heç bir tədbir görülmür. Əksinə, gömrük işçiləri onlara istehza ilə gülərək, bundan sonra yeni qiymətlərlə işləyəcəklərini vurğulayırlar.
«Sınıq Körpü» (çoxları buranı «Qırmızı Körpü» kimi tanıyır-red.) Gömrük Keçid Məntəqəsində işlər o həddə çatıb ki, ayrı-ayrı firmaların adına gələn malları bütün sənədlər qaydasında olsa belə, günlərlə gömrükdə saxlayırlar. Bunu reallaşdırmaq üçün əllərindəki əsas bəhanə müxtəlif sənədlərin istənilməsindən ibarət olur. Redaksiyamıza verilən məlumata görə, halbuki həmin sənədləri mal gətirən şirkətdən yalnız Bakı Baş Gömrük İdarəsi istəyə bilər.
Qeyd edilir ki, «Sınıq Körpü»də indiyə qədər xaricdən gətirilən şirkət mallarına görə pul alınmadığı halda, artıq bunun üçün də konkret rəqəm müəyyən ediblər. Deyilənlərə görə, bu rəqəm 500 dollardan ibarətdir.
Amma Astara gömrüyündə də durum fərqli deyil. Burada isə qiymətlər demək olar ki, iki dəfə artırılıb. Sahibkarların saytımıza verdiyi məlumatda deyilir ki, əgər keçən il 1 maşın kartof toxumu üçün onlardan 2000 manat pul alırdılarsa, hazırda bu rəqəm 3500 manata çatdırılıb. Bu artım digər mal və məhsullar üzrə də dəyişib və iki dəfəyə yaxın həddə çatıb.
SDK-da isə əsl talançılıq baş verir. Redaksiyamız xəbər verir ki, bu Gömrük Keçid Məntəqəsində çalışan gömrük işçiləri sözün həqiqi mənasında yolkəsənlik edirlər. Qarşılarına çıxan yük maşınlarını, əllə mal gətirənlərə, avtobus sahiblərinə istənilən rəqəmi deyə bilərlər. Məsələn, bir neçə gün bundan əvvəl Moskvadan gələn avtobusda bir neçə iri həcmdə mal aşkarlayan gömrük işçiləri az qala bunun üçün 10 min manata yaxın pul tələb edirmişlər.
Maraqlıdır ki, bu proses prezidentin son çıxışından sonra start götürüb. Baş verənlərdən belə anlaşılır ki, DGK ümumiyyətlə, dövlət başçısının sözlərinə əhəmiyyət vermir. Əks təqdirdə, bu qədər özbaşınalığa, dərəbəyliyə yol açmazdı.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü