Nazirlik: Xəzərin Azərbaycan sahillərində suitilərin ölüm səbəbləri araşdırılır
ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hələlik Xəzər suitilərinin dəqiq ölüm səbəbi bilinmir. Bildirilib ki, heyvanların cəsədlərindən götürülmüş nümunələr ümumi analiz olunması üçün müvafiq laboratoriyaya göndərilib.
Qeyd edək ki, dünyada mövcud olan pərayaqlıların ən xırda növü hesab edilən endemik Xəzər suitilərinin son illərdə sayının azalması barədə bir sıra tədqiqatçılar tərəfindən fikirlər səslənsə də, aparılan mütəmadi araşdırmalar göstərir ki, bu azalma Xəzər suitilərinin nəslinin tam olaraq, kəsilməsi kimi təhlükədən xəbər vermir. Baxmayaraq ki, hələ 2001-2002-ci illərdə Xəzərin şimal sahillərində suitilərin kütləvi ölümü qeydə alınmışdı. Həmin illərdə aparılan tədqiqatların nəticələrinə görə Xəzər suitilərinin ölümünə səbəb onların orqanizmində immuniteti zəiflədən “it taunu” adlanan virus xəstəliyinə yoluxması olub. Bu yoluxma kütləvi epidemiyaya səbəb olub və immun sistemi zəifləmiş heyvanların asanlıqla xəstəliyə tutulub ölməsi ilə nəticələnib. Bununla Xəzərdə dəniz məməlilərinin bir müddət kəskin azalması qeydə alınsa da, artıq bir neçə ildir, sabit populyasiya prosesinin getməsi suitilərin kəskin azalma faktını istisna edir.
Fəsil dəyişmələri ilə müşayiət olunan miqrasiya proseslərinin izlənilməsi və illik elmi-praktiki müşahidələrin nəticələrinə görə, antropogen və təbii təsirlərdən nisbi azalma qeydə alınsa da, suitilərin Xəzərdə, o cümlədən də dənizin Azərbaycan hissəsində fəsillərarası hərəkətinə tez-tez rast gəlinir.
Mütəxəssislər hesab edir ki, Xəzər dənizinin Azərbaycan hissəsinə aid şimal sahillərində suitilərin görünməsi buna sübutdur. Digər tərəfdən, bu günlərdə Abşeron yarımadasının Buzovna və Mərdəkan sahilyanı zonasında bir neçə suiti cəsədinin tapılması, bir tərəfdən populyasiyanın bərpasından xəbər verməklə yanaşı, eyni zamanda yenə də suitilərin təhlükədə qalmasının göstəricisi sayıla bilər.
Qeyd edək ki, suiti cəsədləri üzərində aparılan ilk vizual müşahidələr göstərib ki, leşlər haldan düşmüş vəziyyətdə, mədəsi boş olan yaşlı fərdlərdir. Təxminən 2 həftə davam edəcək araşdırmalardan və təhlillərdən sonra suitilərin ölüm səbəbi məlum olacaq.
Dünən, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
Dünən, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
Dünən, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
Dünən, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Dünən, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
Dünən, 13:19
Azərbaycanda maaş artdı
Dünən, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
Dünən, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
Dünən, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
Dünən, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
Dünən, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
Dünən, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
Dünən, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
Dünən, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Dünən, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
Dünən, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
Dünən, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi
Dünən, 10:00
Uzunmüddətli müharibə üçün bütün ehtiyatlarımız var – Tehran
Dünən, 09:54
İstanbulda çökən binada ölənlərin sayı 5 nəfərə çatdı
Dünən, 09:31
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək
Dünən, 09:25
Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - PREZİDENT
Dünən, 09:12
Avropa qaz çatışmazlığı yaşana bilər
Dünən, 09:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
8-10-2026, 18:23
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 16:00
Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!
8-10-2026, 15:30
Ebola 4 ölkəyə çatdı, Rusiyada taun şübhəsi – Dünyada təhlükəli xəstəliklər YAYILIR
8-10-2026, 14:53
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO