Dilçilik İnstitutu orfoqrafiya lüğəti ilə bağlı fikirlərə münasibət bildirib
"Lüğət haqda danışan adamların heç birinin lüğətçilikdə səriştəsi yoxdur”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin sədri Afaq Məsudun “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik Şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşrinin redaktoru İsmayıl Məmmədov APA-ya deyib ki, A. Məsudun səsləndirdiyi əksər fikirlərlə razı deyil: “Kitabdakı 50 mindən çox sözün ədəbi dil qaydalarına uyğun tərtib edilmədiyini deyir. Göstərsin o 50 min sözü görüm, haradadır o 50 min söz? Bu qədər də olmaz axı. Mən 1967-ci ildən lüğətlə məşğulam, elmlər doktoruyam, professoram. Mənim işçilərim də peşəkarlardır. Bu lüğəti peşəkarlar hazırlayıb. Səhvlər də var. Biz demirik ki, səhv yoxdur. Mərhum akademik Ağamusa Axundov layihənin rəhbəri olub. Elmi Şuranın 23 üzvü oxuyub, rəy verib. Lüğət haqda danışan adamların heç birinin lüğətçilikdə səriştəsi yoxdur”.
O bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 6-cı nəşrindəki səhvlərin düzəldilməsi ilə bağlı Komissiya yaradılıb: “Deyilər ki, niyə lüğət fars sözü “ab”la başlayır? Ona qalsa dilimizdə nə qədər ərəb-fars sözləri var, indi nə edək? Yıxıb sürüyək o sözləri? Adamın Allahı olar. 6-cı nəşr orfoqrafiya qaydaları ilə hazırlanıb. Bu özfəaliyyət deyil. Ən böyük ədalət ədaləti gözləməkdir. Mən də xahiş edirəm onlardan səhvləri tərtib edib bizə göndərsinlər. Səhv hər yerdə var. Bundan əvvəl lüğətdə 80 min söz var idi. Biz o sözlərin sayını 110 563-ə çatdırdıq. Bu zarafat deyil. Bunu mənbələrdən götürmüşük. Müəyyən səhvlər ola bilər. Burada səhv tək redaktorun deyil. Korrektor var, nəşriyyat var. Ola bilsin kiminsə diqqətindən yayına bilər. O vaxt Ağamusa müəllim redaktor olanda müdrik sözü ilə bağlı 8-9 söz getməmişdi. Yaddan çıxa bilər. Bu kollektiv əsərdir, bu İsmayıl Məmmədovun əsəri deyil.
Hazırda 7-ci nəşrlə bağlı 5-6 professor iş aparır. Nələr düzəldilməlidirsə, hamısını düzəldirik. Təbii ki, biz də millətə yaxşı bir iş təqdim etmək istəyirik. Səhvlər qruplaşdırılıb. Rus təhsili alanlar etiraz edirlər ki, biz niyə “otel” əvəzinə “hotel” yazmışıq. “Hotel” fransız sözüdür. Biz o vaxt ruslardan almışıq. İndi isə səhvlərimizi düzəldirik. Deyirlər ki, Anarın filan əsərində “otel” gedib. Anar Azərbaycanın orfoqrafiyasını yaradıb? Sadəcə, o vaxt elə işlənib. Komissiya səhvləri düzəldəcək. Kömək etmək istəyən adam da qeydlərini göndərər. Mənə çox mədəni və xeyirxah şəkildə təkliflə dolu məktublar gəlir”.
İ. Məmmədov qeyd edib ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşri İnstitutun keçmiş direktoru Fəxrəddin Veysəllinin vaxtında çap olunub.
Qeyd edək ki, Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının iclasında A. Məsud bildirib ki, Mərkəz dil və tərcümə sahəsinə nəzarətedici dövlət qurumu olaraq, indiki halda bu nəşrdən istifadəni məqsədəuyğun saymır. Əlavə edib ki, kitabda yer alan 50 000-dən çox sözün ədəbi dil qaydalarına uyğun tərtib edilmədiyi, sözlərin yazılış qaydasının pozulduğu, yüzlərlə terminoloji, qəliz ərəb, fars və ara sözlərinin, şivə və dialektlərin əlavə olunduğu aşkar edilib.

Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü