Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
Sosial
Oxunub: 1 517
18 okt 2015 | 15:26
Və ya gələn gedənin atasına rəhmət oxutdurur

Bu gün Səbail rayonu İcra Hakimiyyəti maraqlı bir məlumat yayıb. Məlumatda bildirilir ki, İcra Hakimiyyəti qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilərlə bağlı reydlərə başlayıb.
Rayonlarda dövlət büdcəsi necə "əridilir"?
Məlumatda qeyd olunub ki, dəfələrlə rayonun Badamdar qəsəbəsi və Şıx ərazisindəki "Dostluq parkı" yaxınlığında torpaq sahələrinin zəbt olunması, qeyri-qanuni tikintilərə yol verilməsi halları ilə bağlı narazılıqlar olub. Rayon sakinlərinin çoxsaylı müraciətləri əsasında bu ərazilərdə torpaq sahələrinin inventarizasiyası, burada bir qrup işbaz tərəfindən qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin müəyyənləşdirilməsi və qanunsuz tikililərin aparılmasının qarşısının alınması ilə bağlı reydlərə başlanıb.
İcra Hakimiyyətinin məlumatına görə, reydin nəticələri ilə bağlı sənədlərin toplanmasına başlanılıb və qanunsuzluqlara yol verən şəxslər barədə materiallar yaxın vaxtlarda rayonun hüquq-mühafizə orqanlarına göndəriləcək.

Bu, xəbərin rəsmi hissəsidir. İndi gəlin görək qeyri-rəsmi hissəsi barədə nələri müşahidə edirik.

İl başlayandan, rayonlara büdcədən pul ayrılandan sonra görürük ki, İcra hakimiyyətləri tikinti-quruculuq işlərinə başlayırlar. Amma necə? Məsələn, bu il rayonun mərkəzi küçəsini asfaltlayıb, səkilərini düzəldirlər, yol kənarındakı o örtüklərini yeniləyirlər. Yol kənarındakı evlərin divarlarını ağardırlar. İşıqlandırma işini yenidən qururlar.

Gələn il yenə eyni yolun asfaltını qaşıyıb, yeni asfalt vururlar, səkilərin kənarındakı bordürləri söküb, yeniləyirlər, qazonu da dağıdıb, ağac əkirlər. Əvvəlki il ağardılan divarlara indi də üzlük daş vururlar. Ötən il basdırılan işıq dirəklərini bu il yeniləri ilə əvəzləyirlər.

Növbəti il yenə asfalt vururlar. İşıq dirəklərini yolun kənarından söküb, iki yolun arasında yerləşdirirlər. Səkimi söküb, bir qədər daraldırlar. Evlərin divarına vurulan daşların bəzəyini artırıb, üstünə işıq effektləri verirlər. Evlərin damını da rəngləyirlər.

O biri il asfalt əvvəlki illərdə olduğu kimi yenidən qaşınır. İki yol ortasındakı işıq dirəklərinin arasındakı beton dağıdılır, yerinə qazon əkilir (növbəti il dağıdılıb, yerinə asfalt vurulmaq üçün). Səkilərin kənarındakı bordürlər sökülüb, yerinə mərmərdən bordür vurulur. Evlərin keçən il rənglənən damları sökülüb, yerinə yeni örtük vurulur.

Rayon büdcəsində ilin sonuna bir qədər də pul saxlayırlar. Hər ehtimala qarşı. Elə ki, ilin sonuna 15-20 gün qalır, o qalanlarını da tez-bazar əridirlər. Buna sübut üçün rayonlarda ilin son günlərində başlayan təmir-bərpa işlərini misal göstərmək olar.

Beləcə illər davam edir.

Hə, bir də var icra başçılarının dəyişdirilməsindən sonrakı proses. Yeni icra başçısı gələn kimi köhnənin icazə verdiyi tikintiləri qanunsuz hesab edərək, sökülməsinə sərəncam verir. Bu, demək olar ki, bütün icra hakimiyyətlərinə aiddir. Misal da göstərmək olar. Eldar Əzizov Gəncədən Sumqayıta gələn kimi bir çox söküntülər oldu. Onun yerinə gələn Elmar Vəliyev də onun Gəncədəki “əl işləri”ni södürdü. Eldar Əzizov Sumqayıtdan Səbayelə gələn kimi sələfi Asif Əsgərovun icazə verdiyi tikililəri sökməyə başladı. Eldar Əzizovun yerinə gələn Zakir Fərəcov isə Sumqayıtda “təmizliyə” başlayıb.

Bax budur dövlət büdcəsinin lazımsız şəkildə israf edilməsi. Heç kim maraqlanmır ki, əgər bu icra başçısı hər hansı bir tikiliyə icazə verirsə, ondan sonra gələn hansı qanuna əsasən həmin tikilini qanunsuz sayır. Əgər qanunsuzdursa, niyə əvvəlki icra başçısının qanunsuz əməli barədə müvafiq ölçü götürülmür, cinayət işi açılmır? Və ya niyə heç bir hesabat tələb edilmir ki, bir il əvvəl vurulan asfalt örtüyü niyə bu il yenidən vurulur? Niyə binaların üzlüyü, səkilər, işıq dirəkləri və sair və ilaxır hər il yenilənir? Məgər Prezidentin Ehtiyat Fondundan ayrılan milyonlar təkcə icra başçılarının ürəyinin istədiyi yerə xərclənməsi üçündür, yoxsa rayonlar sadəcə rayon mərkəzlərindən ibarətdir? Rayon camaatı ilan kimi mələyirlər, yollarımız bərbad gündədir deyə.

Bu gün millət vəkili Fəzail Ağamalı bir açıqlama verib. Maraqlı və yerinə düşən bir açıqlamadır. Deyir, “Prezident nə qədər xəbərdarlıq etməlidir. Əgər qulaq asmırlarsa, onların psixoloji problemləri var və belələrinin yeri Qobustanın daş karxanalarıdır.” Bir də deyir ki, “məmurun birini çıxardırsan, onun yerinə gələn ondan betər olur. Gedənin atasına az qala rəhmət oxuyurlar”.

Məncə, düşünməyə dəyəcək qədər ciddi iradlardır.

http://faktxeber.com/
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü