Bu dərmandan istifadə etməyin! - ÖLƏ BİLƏRSİNİZ
“Aborta getmək istədiyimi eşidəndə rəfiqələrim məni qınadılar. Dedilər, 100 manat xərcləməkdənsə, bir neçə dərman al və hamiləliyi özün evdə sonlandır. Mən də onların sözünə qulaq asdım. Düşündüm ki, bu problemi 3-4 manata həll edə biləcəyəm. Başa saldılar ki, dərmanın birini vaginaya daxil et, 2 saat sonra birini iç və 2 saat sonra birini yenidən vaginaya qoy. Bundan sonra hamiləlik öz-özünə sonlanmağa başlayacaq. Aldım və etdim. Axşama yaxın qarnımda və qasıqlarda şiddətli ağrılar qalxdı, qanaxma başlandı”
Nigar Səlimova bildirir ki, 2 saat müddətində qanaxma daha da güclənib. Çarəsiz qalıb vəziyyəti həyat yoldaşına danışan qadın gecə ilə xəstəxanaya çatdırılıb və əməliyyat olunub: “50 manat xərcə düşmək istəmirdim, amma canımdan olacaqdım. Həkim dedi bir az da gec gəlsəydin, qanaxmadan və ya qanın zəhərlənməsindən ölə bilərdin. O gündən gözüm qorxub. Çünki bir həftə ağrılarla yaşadım, düzgün gəzə bilmirdim. Sanki belimin ortasını ovmuşdular. Və xərcim abortun qiymətindən daha çox çıxdı”.
Bakının kəndlərində, regionlarda dərmanla uşaqsalma adət halına çevrilib. Qadınlar bir-birindən öyrənərək, dərmanla uşaq salmağa cəhd edirlər. Döl zəif tutmuş qadınlarda dərmanla “düşük” baş tutsa da, çox zaman bu, qanaxma və ölümlə nəticələnə bilir.
Hamiləliyin evdə dərman üsulu ilə sona yetirilməsi II Dünya müharibəsi illərində gündəmdə idi. Bu dövrlərdə Hindistan, Çin kimi ölkələrdə bu dərmandan çox istifadə edilirdi. O vaxtlar "RU-486" və ya başqa adla desək, "mifepriston" adı verilən bu dərman həb şəklində olub Fransa və Avropa ölkələrində hamiləliyin ən erkən dövrlərində təsir edərək, sonlanmanı təmin edirdi.
Sonradan bu dərmanların istifadəsinə qadağa qoyuldu. Çünki hamiləliyi sonlandıran bu dərmanlar qadınların həyatı bahasına başa gəlirdi.
Mövzu ilə bağlı Aile.lent.az-ın suallarını cavablandıran ginekoloq Xoşqədəm İbrahimlinin sözlərinə görə, hamiləliyin ev şəraitində hər hansı bir üsulla sona çatdırılması tibbi baxımdan qadağandır: “Bəzi qadınlar var ki, həkimə getməmək üçün ev şəraitində müəyyən dərmanlardan istifadə edərək, hamiləliyi sonlandırmağa çalışırlar. Bu, bəzən alınır, bəzən isə elə fəsadlar verir ki, qarşısını çətinliklə alırıq. Ümumiyyətlə, bir hamiləliyin bitirilməsinə qərar verilibsə, bu, həkim nəzarətində həyata keçirilməlidir. Çünki candan can qoparılır. Bunu iki həblə həll etmək olmaz. Hamiləliyin sonlandırılması üçün abort təhlükəsiz üsuldur. Ən yaxşısı isə cinsi əlaqə zamanı qorunmaq və ya spiral qoydurmaqdır. Amma evdə hər hansı bir dərmandan istifadə etmək olmaz”.
Müsahibimiz bildirir ki, hamiləliyi sonlandırmaq üçün xüsusi bir dərman yoxdur. Qadınların istifadə etdiyi “Cytotec” isə mədə üçün olan bir preparatdırr: ““Cytotec” uterus tonusunu artırdığı, uşağın düşməsinə səbəb ola biləcəyi üçün hamilə qadınlara məsləhət görülmür. Buna görə də bəzi qadınlar bundan hamiləliyin sonlandırılması üçün istifadə edirlər. Əslində isə hamiləliyin sonlandırılması “Cytotec”in əks göstəricisidir. Yəni hamilə qadınlara bu dərmandan istifadə etmək olmaz. Ancaq təəssüf ki, bəzi xanımlar bundan öz “faydaları” üçün yararlanmaq istəyirlər. Dərman istifadə olunandan 2-3 saat sonra ağır qanaxma başlayır. Bundan sonra huşun itməsi, baş gicəllənməsi və daha çox qan itkisi müşahidə edilir. Bu da qadının sağlamlığı üçün çox təhlükəlidir”.
Əgər qanaxma 2-3 saat sonra azalmayıbsa, bu o deməkdir ki, döl tamamilə düşməyib. Yəni uşaqlıqda “parça” qalıb. Bu da tibbi müdaxilə tələb edir. Bu hal dərman istifadəsindən 4-5 saat və ya bir həftə sonra da müşahidə edilə bilər.
Dərman istifadəsindən sonra hərarətin artması, üşümə, titrətmə müşahidə edilə bilər. Ancaq hərarətin artması davam edirsə və hərarət 39 C-ə çatıbsa, dərhal həkimə müraciət etmək lazımdır. Çünki tamamlanmamış abort infeksiya riski yarada bilər. Dərmanla aborta cəhd edilibsə, lakin abort tamamlanmayıbsa, həkim vakuum aspirasiya ilə qalan parçanı çıxarır və bundan sonra qadına müalicə yazılır.
Qeyd edək ki, tamamlanmamış abort infeksiya verdiyi təqdirdə qadının həyatı təhlükə qarşısına düşmüş olur.
Ginekoloq deyir ki, bəzi qadınlar sadə hamiləlik testi pozitiv çıxandan sonra həkim müayinəsindən keçmədən ev şəraitində dərmanla hamiləliyi sonlandırmağa can atırlar. Bu da qadınların həyatı üçün təhlükəlidir: “Hamiləliyin pozitivliyinə qərar vermək üçün qan XQ testi pozitiv olmalı, USM dölü göstərməlidir. Əgər qan testi pozitivdirsə, döl yoxdursa, bu, uşaqlıqdan kənar hamiləlik ola bilər ki, o zaman istifadə edilən hamiləlik həbləri qadını öldürə bilər. Düzdür həkimlər müdaxilə etməyə borcludur. Amma bir insan dünyasını dəyişəndə həkim də vicdanı qarşısında özünü bağışlaya bilmir. Odur ki, arzuolunmaz hamiləlikdən qurtulmaq istəyirsinizsə, həkimə müraciət edin. Hamiləliyin qarşısını almaq üçün dostlarınızın, yaxınlarınızın, hardasa işləyən tibb bacısı olan rəfiqələrinizin deyil, həkimlərin məsləhətinə qulaq asın. Əgər uşaq istəmirsinizsə, hamiləlikdən qorunmaq üçün nəzərdə tutulan həblərdən, spiraldan və ya cinsi əlaqə zamanı prezervativdən istifadə edin. Ev şəraitində uşaqsalma əməliyyatına özünüz qərar verməyin. Nə edirsinizsə, xəstəxanada edin ki, həyatınızı qurtarmaq mümkün olsun”.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü