Yenidən dirçələn “Hafka” Ziya Məmmədova meydan oxudu
Sosial
Oxunub: 1 322
24 avq 2015 | 05:07
Yenidən dirçələn “Hafka” Ziya Məmmədova meydan oxudu















“Mənə arxadan zərbə vuranlar…”; Beynəlxalq Bankdan götürüb qaytarmadığı kreditə görə həbs təhlükəsi ilə üzləşmiş Hafiz Məmmədov Azərbaycana qayıdıb; onun birdən-birə dirçəlməsi suallar doğurur; qalmaqallı biznesmen yaxın ətrafı ilə keçirdiyi toplantıda pis günlərin arxada qaldığını deyib

Ötən həftəsonu Beynəlxalq Banka kredit borcunu qaytarmadığı üçün həbs edilən 17 iş adamının həbs müddəti uzadıldı. Qeyd edək ki, həbs edilən bütün biznesmenlər DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Ədliyyə Nazirliyinin 1 saylı istintaq təcridxanalarında saxlanılırlar. İddialara görə, bu günə qədər borclu oliqarxlardan cəmi 160 milyon dollar geri alına bilib. Bu səbəbdən də həbslərin davam edəcəyi gözləniləndir.
Həbs təhlükəsi ilə üzləşən və buna görə ölkəni tərk edən, daha sonra isə yenidən Azərbaycana dönən Hafiz Məmmədovun (“Hafka”) adı isə sanki yaddan çıxıb. Çünki Beynəlxalq Bankdan çox böyük həcmdə kredit götürüb qaytarmayanlardan biri də məhz H.Məmmədovdur. Banka bir neçə 100 milyon manat borcu olan “Hafka” aldığı krediti qaytarmadığına görə Beynəlxalq Bank tərəfindən hətta məhkəməyə də verilib.
H.Məmmədov Beynəlxalq Bankdan 100 milyonlarla manat krediti 2008-ci ildə yaratdığı “Baghlan Group” holdinqin adına götürüb. Xatırladaq ki, H.Məmmədov barəsində Nəsimi Rayon Məhkəməsinin hələ mayın 18-də həbs qətimkan tədbiri seçdiyi barədə xəbərlər yayılmışdı. Həbs ediləcəyindən əvvəlcədən xəbərdar olan iş adamı Azərbaycandan çıxa bilmişdi. Məlum olmuşdu ki, qalmaqallı biznesmen Londondadır və müalicə olunur.
İqtidarın Beynəlxalq Bankdan götürülən kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işində heç kimə güzəştə getməməsi xəbərləri fonunda “Hafka”nın adının borclular siyahısında hallanmaması təəccüb doğurur.

Əldə etdiyimiz məlumata görə, borc bataqlığında olan “Hafka” son bir ayda möcüzəvi şəkildə dirçəlib. Bunu onun prezidenti olduğu “Bakı” klubunun maliyyə vəziyyətinin düzəlməsi də təsdiq edir. Belə ki, bir neçə gün əvvəl “Hafka” futbolçuların hətta başa çatmamış avqust ayına olan məvaciblərini verib. Klubun sahibi futbolçulara çatdırıb ki, bundan sonra maaşlarını vaxtında alacaqlar.
Daha maraqlı və sensasion hadisə isə biznesmenin “Bakı” klubunun rəsmiləri ilə görüşündə baş verib. “Hafka” onun əleyhinə kampaniya aparanların tezliklə əməllərindən peşman olacaqlarını bildirib. H.Məmmədov “çox şükür, indi çox rahatam, bütün problemlər, demək olar, həll olundu, qalıb 1-2 məsələ…Onlar da vaxt almayacaq” – deyib. O, kimlərəsə mesaj da verib: “Görəcəksiz, ayağıma gələcəklər. Mənə arxadan zərbə vuranlar öz cəzalarını alacaqlar. Mən Allahıma və dövlətimə çox inanıram. Haqq iş yerdə qalmaz. Son 2 ildə olanları heç kimə arzu eləmirəm. Yaxşı günlərimiz bundan sonra başlayır. Ümumiyyətlə, çox adamı tanıdım”.

Məlumdur ki, “Hafka”nın sahibi olduğu “Bakı” futbol klubunda maliyyə böhranı səbəbindən klubun səhmlərini nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla Beynəlxalq Bankın o vaxtkı sədri Cahangir Hacıyev nəzarətə keçirmək üçün çox çalışırdılar. “Hafka”nın tikanlı sözlərinin də C.Hacıyevə və bir vaxtlar verdiyi müsahibədə “atam” dediyi Ziya Məmmədova ünvanladığı aydındır.
H.Məmmədov uzun müddət Ziya Məmmədovla biznes ortağı olub və onun himayədarlığı altında iqtisadi imperiya qurub. Lakin iş adamının iflasa uğraması, nəqliyyat nazirinin ona yardım etməməsini göründüyü kimi, “Hafka” “arxadan zərbə” hesab edir.
İddialara görə, “Hafka”nın Məmmədovlarla artıq heç bir ortaqlığı qalmayıb. İş adamı isə daha qüdrətli bir məmur-oliqarxın “krışalığı”altına keçdiyindən maliyyə vəziyyətini düzəldib və həbs təhlükəsindən qurtulub. Amma bu “krışalıq” müqabilində H.Məmmədov biznesinin ən gəlirli sahəsindən – neft daşımaları biznesindəki kvotasından məhrum olub. Çünki H.Məmmədovun sürətlə milyarderə çevrilməsi məhz neft daşımalarındakı payı sayəsində mümkün olmuşdu və o, həmin biznesdən əldə etdiyi gəlirləri biznesin digər sahələrinə yönəldərək sərvətini artırırdı. İndi isə özünün dediyi kimi, problemlərini həll edib və rahatdır. Amma onun əvvəlki qüdrətini qaytaracağı və kimlərinsə onun ayağıma gələcəyi real deyil.

“Yeni Müsavat”

Yenidən dirçələn “Hafka” Ziya Məmmədova meydan oxudu
Yenidən dirçələn “Hafka” Ziya Məmmədova meydan oxudu
Bu gün, 16:00
ABŞ-dən SENSASİON çağırış: Azərbaycana QIRICILAR verilsin!
Bu gün, 15:30
Trampın yeni İran planı – dünya bazarlarını və regionu silkələyən ssenari
Bu gün, 15:07
Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM
Bu gün, 14:22
Paşinyanın “siftəsi kor oldu”
Bu gün, 13:00
Kolbasanın içində nə var? - İstehsalçılar istehlakçının diqqətsizliyindən necə yararlanır
Bu gün, 12:32
Binəqədidə zorakılıq - Polis hərəkətə keçdi, mühafizə orderi isə yolda itib
Bu gün, 12:17
Çin lideri ABŞ-a gedir
Bu gün, 12:07
Rusiya Türkiyə gəmisini vurdu – 10 nəfər öldü, yaralananlar var
Bu gün, 11:46
Şuşada bir ton çətənə kolu məhv edildi
Bu gün, 11:43
Lənkəranda evlərdən oğurluq edən şəxs həbs edildi
Bu gün, 11:08
Argentinanın məğlubiyyətinə ortalığı bir-birinə qatdılar
Bu gün, 11:04
Pensiya alanlara şad xəbər – Nazirlik 245 min şəxslə bağlı qərarı açıqladı
Bu gün, 10:59
Dünya çempionatında ən çox qol vuran futbolçular - SİYAHI
Bu gün, 10:29
Döyüş Meydanının Həqiqi Qəhrəmanları Unudulmamalıdır
Bu gün, 10:25
Rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Bu gün, 10:21
Bu gün Beynəlxalq Ay Günüdür
Bu gün, 10:17
SEPAH: Hörmüzdə iki tankeri vurduq
Bu gün, 10:14
Fermerlərin nəzərinə: Məsuliyyətə cəlb oluna bilərsiz
Bu gün, 09:44
Mənzil bazarında bahalaşma gözlənilir?
Bu gün, 09:41
Süni intellektin sivilizasiya üçün ən böyük təhlükəsi - Ölkələr çətin vəziyyətdə qalacaqlar
Bu gün, 09:34
Ağ Evdən İran açıqlaması: Çox ağır zərbə vurulub
Bu gün, 09:00
Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi
18-07-2026, 12:11
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
18-07-2026, 11:48
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
18-07-2026, 10:32
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
18-07-2026, 10:26
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
18-07-2026, 10:22
Xırdalandakı güclü yanğın olub