Bakını gözləyən fəlakət (ARAŞDIRMA)
İndi Bakıda on illərlə yaşadığı evinin sökülə biləcəyindən qorxan adamların sayı artır. Bəzi məhəllələrə hərdən bir edilən təzyiqlər bu qorxunu bir qədər də artırır. Məsələn, bu yaxınlarda şəhərin Cavid prospekti 148 ünvanında yerləşən məhəlləsinə gəlmiş emisarlar əhaliyə hədə-qorxu gəliblər: Ya bizim dediyimiz qiymətə evinizi bizə satın, ya da evlərinizi buldozerə verib dağıdacağıq, sonra evin sənədini gətirərsiniz, pulunu alarsız.
Məhəllə sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, bu ehtimal ən çox sənədləşməsi tam başa çatmamış evlərdə yaşayanları qorxudur. 1930-cu illərdən bu məhəllədə yaşayan bəzi ailələrinin evlərə yalnız qeydiyyatı var və tikdikləri evlərə müxtəlif səbəblər üzündən kupça ala bilməyiblər. Yəni indi 80 ildən sonra onların atalarına, babalarına məxsus evlərdən çıxarılaraq küçəyə atılması təhlükəsi var.
Müxtəlif ekspert araşdırmaları Bakıda və ətraf qəsəbələrdə 400 minə yaxın bu cür kupçasız evlərdə yaşayış olduğunu ortaya çıxarır. Bu isə 2 milyon adam deməkdir. Həmin evlərin tikilmə tarixləri də müxtəlifdir - bəziləri 1950-ci illərdə, xeyli hissə isə 1970-80-ci illərdə tikilib. O vaxt bu evlərə sənəd verilməməsinin səbəbləri aydın idi - proletariat diktaturası rejimi hər şeyin, o cümlədən evlərin də maksimum dərəcədə dövlətə məxsus olmasına çalışırdı. Buna görə də, fərdi yaşayış zonalarında evlər sökülərək əhali dövlətə məxsus binalara köçürülürdü.
Azərbaycan müstəqillik qazandıqdan və bazar iqtisadiyyatına keçdikdən sonra isə vəziyyət dəyişdi - 1990-cı illərdə Bakının rayon icra hakimiyyətləri (İH) çox həvəslə əhaliyə ev tikmək üçün torpaq sahələri ayırmağa başladılar. İH təmsilçiləri müəyyən hörmət qarşılığında verilən icazə arayışını təqdim edərkən deyirdilər ki, gedin tez ev tikin, 2 il ərzində ev tikilməzsə, icazə arayışı qüvvədən düşəcək. Daha sonra bu yarışa bələdiyyələr qoşuldu və bəzi bələdiyyələr hətta tikinti icazəsi ilə yanaşı, evlərə özlərinin təsdiqlədiyi texniki pasportları da təqdim etməyə başladılar.
Bu tələskənliyin, həmçinin Bakıda uzun illər yığılaraq artmış ev ehtiyacının hesabına qısa müddət ərzində şəhər ətrafında onlarla yeni qəsəbə peyda oldu və yüz minlərlə yeni ev inşa edildi. Bakı mərkəzində 1 milyon adamın qeydiyyatda olduğu şəhərdən 3-4 milyon adamın yaşadığı meqapolisə çevrildi. Və bütün bunlar hüquq-mühafizə orqanlarının, dövlət qurumlarının, icra hakimiyyətlərinin gözlərinin qarşısında, rəsmi və qeyri-rəsmi dəstəyi nəticəsində baş verdi. Biznes qurumları bu inkişafdan çox razı idi - meqapolislər belə qurumların gəlir imkanlarını artırır, bazar və təmərküzləşmiş iş qüvvəsi yaradır. Təsadüfi deyil ki, Rusiya öz iqtisadiyyatını inkişaf etdirmək üçün 7 yeni meqapolis yaratmağı qarşısına məqsəd qoyub. Bu, müasir dövrün trendinə uyğun yeni urbanizasiya cərəyanlarından biridir.
Əvvəllər həmin evləri tam sənədləşdirərək, kupça almaq belə də çətin deyildi, yəni iş düzəldənlərə 500-600, bəzən də 1000-2000 dollar hədiyyə verməklə həmin evlərə kupça almaq mümkün olurdu. Kupçanı pulsuz alanlar da vardı, amma onlar bu işə aylarını və illərini sərf edirdilər. Bakının Badamdar qəsəbəsində 65 yaşlı bir qadın adına tikilmiş evi sənədləşdirmək üçün vasitəçilərə pul verməyəcyini qərara almışdı və prokurorluqda işləyən yüksək çinli bir məmurun dəstəyi ilə sənədləri özü düzəltmək qərarına gəlmişdi. 22 qapıdan sənəd alan qadın buna həyatının 2 ilini sərf elədi və bu, onun sağlamlığına ciddi zərbə vurdu. Kupçanı aldıqdan az sonra qadın dünyasını dəyişdi.
Belə problemləri görən qəsəbə sakinləri yavaş-yavaş vasitəçilərin yardımından istifadə etməklə evləri sənədləşdirirdilər və ümumi xərc 2000-2500 dollar qədər çıxırdı. Məsələn, rayon icra hakimiyyətində evin layihəsini 500-600 dollara təsdiqlətmək mümkün idi, evə qəbul aktı almaq da elə baha başa gəlmirdi, bir neçə yüz dollar idi. Amma 2000-ci illərin ortaların başlayaraq vəziyyət dəyişdi. Fərdi ev tikmək üçün verilən icazələr istisna olaraq Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətinə verildi. Vətəndaşlar isə həmin icazələri hansı qapıdan alacaqlarını belə bilmədilər. Nəticədə, vasitəçilər hücuma keçdi və layihənin üzərində bir dərkənar 20 min manata başa gəldi. Təbii ki, 5-6 min dollar xərcləyərək ev tikmiş insanların buna imkanı çatmadı. Bu, Bakıda evlərə kupça verilməsi prosesində əsas əngələ çevrildi və sənədsiz evlərin sayı yüz minlərlə artdı.
Bu, çox sayda problemlər yaratdı. Bu evlərdə yaşayanların əsas problemi stressddir. Şəhərdə bu tipli onlarla evin heç bir kompensasiya ödənilmədən sökülməsi də bu stressi xeyli artırdı. Evlərin sökülməsi tam məntiqsiz əsasda aparılırdı, 50-60 il qabaq neft çıxarılmış, indi yataqları tam tükənmiş ərazilər dövlət əhəmiyyətli elan edilərək, evlər sökülür. Yaxud dövlət əhəmiyətli layihələr gerçəkləşdiriəcəyi bəhanə edilərək ərazilər boşaldılır.
Sökülməyən evlərin sakinləri isə sənəd olmadığına görə, evlərini sata bilmirlər, doğulmuş körpələrini öz evlərinə qeydiyyata sala bilmirlər. Qeydiyyatda olmadıqlarına görə dövlət hesabına pulsuz tibbi xidmətdən yararlana bilmirlər, yolları, küçələri öz hesablarına təmir etdirməlidirlər, kommunikasiya xətlərini özləri çəkdirməlidir və s. Ən əsası isə vətəndaşlar depressiyaya uğrayırlar. Bir çox valideynlər öldükdən sonra övladlarını gözləyən faciələri düşünərək çox böyük depressiyaya düşürlər.
Bütün bu problemləri nəzərə alan dövlət başçısı İlham Əliyev 2011-ci il martın 9-da Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova xüsusi tapşırıq verdi. Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvləri, millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli də ölkə başçısının 4 il qabaq verdiyi bu göstərişin çox önəmli olduğunu vurğulayırlar. İcra Hakimiyyəti bu işi başa çatdırmalıdır. Bu insanları stressdən xilas etmək lazımdır,- deyə millət vəkili Vahid Əhmədov ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib. Millət vəkili Əli Məsimli isə ANS PRESS-ə bildirib ki, hazırda bu istiqamətdə müəyyən iş gedir, amma bir millət vəkili kimi görülən işlər barədə ona məlumat verilməyib.
Lakin Əli Məsimli bu məsələdə tək deyil. Prezidentin göstərişindən 4 ilə qədər vaxt keçməsinə baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinin (İH) rəhbərliyi bu sahədə hansı işləri görməsi barədə heç öz işçilərinə də məlumat verməyib. Şəhər İH-nin mətbuat xidmətinə ANS PRESS tərəfindən bu barədə bu barədə verilən suala cavab olaraq Şəhər rəhbərliyi bizə bu barədə heç bir məlumat vermir,- deyə cavab verilib.
Verilən bu cavabdan aydın olur ki, Bakı şəhər İH məsələ ilə bağlı heç bir iş görmür və vəziyyət getdikcə dərinləşir. Yəni Bakının 2 milyona yaxın sakinin stressi daha da artır və əhali sənədli mənzil ala biləcəyi başqa yerlərə meyl etməyə başlayır. Bu, bir neçə ildən sonra Azərbaycan paytaxtını Amerikanın Deytrot şəhərinin hazırda yaşadığı problemlə üz-üzə qoya bilər. Bir vaxt meqapolis olmuş Detroytun bəzi məhəllərini sakinlər tərk ediblər və bu məhəllər xarabazarlığa çevrilib. ANS PRESS-in araşdırmasına görə, Bakı paytaxtında da artıq bu meyl başlayıb. Bizneslə məşğul olan adamlar İstanbulda, Batumda və Tiflisdə ucuz qiymətə kupçalı evlər alaraq Bakıda tikdikləri evləri sənədləşdirməyə pul xərcləmək istəmirlər.
Bakıda evi sənədləşdirməyə xərclədiyim pula Batumda yeni tikilmiş binadan kupçalı mənzil ala bilərəm. O ev heç mənə lazım da deyil, ayda-ildə bir dəfə Azərbaycana gəlirik, onda kəndə gedərəm,- deyə Batuma yerləşmiş azərbaycanlılardan biri ANS PRESS-ə bildirib. Bəziləri isə kəndə qayıtmağa üstünlük verir. İçində adam olmayan evlər isə getdikcə aşınaraq yavaş-yavaş xarabaya çevrilir.
Azərbaycan paytaxtında başlamış bu meyl güclənərsə, bu, bütövlükdə Bakının mənzil bazarına təsir göstərəcək və şəhərdə tikinti sektorunu fəlakətə sürükləyəcək. Bu yaxınlarda Detroytda iki mərtəbəli evi bir smartfona dəyişdilər, indi təsəvvür edin, Bakıda qiymətlər bu səviyyəyə enərsə, şəhərdə ev tikintisinə sərmayə yatırmaq istəyən tapılarmı?
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü