172 saylı uşaq bağçası rüşvətxorluq yuvasına çevrilib
Sosial
Oxunub: 7 374
1 dek 2014 | 13:26
172 saylı uşaq bağçası rüşvətxorluq yuvasına çevrilib



















Bakı şəhərində yerləşən uşaq bağçalarının necə fəaliyyət göstərmələri, rəhbərliyin idarəetməni hansı prinsiplər əsasında həyata keçirmələri və.s haqda az-çox məlumatlara malikik

Eşidib bildiyimiz bir həqiqət var ki, o da uşaq bağçalarından tam əksəriyyətinin, bu gün rüşvətxorluq girdabında boğulmalarıdır.
Əldə etdiyimiz məlumatlara görə fəaliyyətinin əsas istiqaməti soyğunçuluğa, rüşvətxorluğa, daha çox qanunsuzluğa söykənən uşaq bağçalarından biri də, Nizami rayonu ərazisində fəaliyyət göstərən 172 saylı uşaq bağçasıdır. Rayonun mərkəzi ərazisində yerləşən və müasir üslubda inşası bir neçə il bundan əvvəl başa çatdırılan bu uşaq bağçasında, artıq neçə illərdir ki, idarəetməni Mahirə xanım həyata keçirməkdədir. Düzdür o, idarəetməni dolğun şəkildə həyata keçirir, amma maraqları çərçivəsində.
Məsələn, onun həyata keçirdiyi idarəçiliyin mahiyyəti haqda məlumatları informasiya mərkəzimizə çatdıran mənbə bildirir ki, adicə bir uşağın həmin bağçaya qəbulu, valideyinlərinə orta hesabla 500 manata başa gəlir. Mahirə xanıma belə bir addımı atmaqda cənab Eldar müəllimin “xeyr-duası” olmazsa, sözsüz ki, o, belə bir riskə getməz. Yəni, əl əli yuyar, əl də dönüb üzü yuyar prinsipi, bu gün Mahirə xanımın rəhbərlik etdiyi bağçada, sanki əsası çoxdan yazılmış “konstitusuya” oxşayır.
Diqqəti cəlb edən hal həm də ondan ibarətdir ki, bağçaya normadan artıq uşaq qəbul olunur və bu yolla əldə olunan gəlirin miqdarı hər ay çoxalır. Məsələn, bağçada çalışan və hələlik adının çəkilməsini istəməyən şəxs bildirir ki, Mahir xanım 172 saylı bağçanı, bu gün sanki dədə mülkü hesab edir və nəyi necə düşünürsə həmin addımını da, oxşar qaydada atmağa müyəssər olur. Buna səbəb, onun “yuxarı” da oturan Eldar müəllimdən “dobro” alması və başqa bir kimsəni saya salmamamasıdır.
Mənbə onu da bildirir ki, Mahirə xanım əldə etdiyi gəliri təkcə uşaq qəbulundan deyil, həm də uşaqlara verilən ərzaq məhsullarının “həzmi-rabedən” keçirilməsi yolu ilə də əldə edə bilir. Uşaqlara verilən digər təminolunmaların da, bu və ya digər yollarla “qeybə” çəkilməsi də, hörmətli Mahirə xanımın iş fəaliyyətinin əsas strategiyasını təşkil edir. Elə bu kimi səbəblər üzündəndir ki, əldə etdiyimiz məlumatlara görə məcburi köçkün olan müdirə xanıma məxsus var-dövlətin nə həddi, nə də ki, hüdudu bilinir.
Sözsüz ki, bütün bunlar informasiya mərkəzimizə çatdırılan məlumatlar idi ki, bunlar haqda da açıqlama verməyi sanki özümüzə borc bildik. Daxil olan məlumatların nə dərəcədə həqiqət olub-olmaması isə, yəqin ki, bundan sonra aparacağımız araşdırmalardan sonra bizə bəlli olacaq.
Araşdırmamız davam edəcək. Odur ki, diqqətiniz bizdə, həm də yazacaqlarımız da olsun.

Xeybərqulu Xəbərçiyev
Bu gün, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Bu gün, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Bu gün, 11:47
"Yeni Klinika"ya direktor təyin olundu
Bu gün, 11:40
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk
Bu gün, 11:36
Ağ Evdən ilginc Ankara açıqlaması: Brilikdə həll edə bilərik...
Bu gün, 10:38
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Bu gün, 10:24
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
Bu gün, 10:19
Azərbaycanda məktəblərdə qəfil yoxlamalar BAŞLANDI
Bu gün, 09:46
“Hörmüzün açılması mümkün deyil” - İran
Bu gün, 09:40
“DÇ-yə İran əvəzinə İtaliya qatılsın”
Bu gün, 09:36
Atom Enerjisi Agentliyinin keçmiş əməkdaşı edam edildi
Bu gün, 09:31
Toy karvanında avtoxuliqanlıq edənlər həbs olundu - Video
Bu gün, 09:23
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Bu gün, 09:18
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 3 il ötür
Bu gün, 09:11
Trampın “atəşkəs” şifrəsi ilə gizlətdiyi qorxunc plan: ABŞ Yaxın Şərqi dünyanın “barıt çəlləyi”nə çevirir
Bu gün, 09:00
Ətin qiymətində UCUZLAŞMA gözləntisi
Dünən, 16:00
Sərhədimiz yenə “barıt qoxuyur”
Dünən, 15:30
Trampın İsfahan imtahanı - Vyetnamı 5 aya “götürə bilərdi”, amma 2 aydır İrana girə bilmir
Dünən, 14:22
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Dünən, 14:00
ABŞ-nin blokadası İŞƏ YARAMADI: Tehran neftdən bu qədər QAZANIB - ŞOK MƏBLƏĞ
Dünən, 13:48
Polis Bakıda narkopriton aşkarladı: həbs edilənlər var - VİDEO
Dünən, 13:01
Bu dəfə Melonini təhqir edib - Diplomatik qalmaqal yaratdı
Dünən, 12:30
Barat Yusubov vəzifəsindən azad edildi
Dünən, 12:08
Prezidentlər təkbətək görüşdü - Fotolar
Dünən, 12:02
Prezident həmkarını qarşıladı - Fotolar
Dünən, 11:49
Şahbaz Şərif Trampa təşəkkür etdi: İkinci görüşdə "Sülh Sazişi" imzalana bilər
Dünən, 11:43
Paşinyan: Bu, Azərbaycanla yeni müharibə demək olacaq