Atom Enerjisi Agentliyinin keçmiş əməkdaşı edam edildi

İranda Atom Enerjisi Agentliyinin keçmiş əməkdaşı Mehdi Fərid İsrailə casusluq ittihamı ilə edam edilib.
“Bu barədə “Mizan” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Fərid İranın həssas qurumlarından birinin daxili şəbəkəsinə sızmağa cəhd etməkdə və İsrailin kəşfiyyat xidməti “Mossad”la əməkdaşlıq edərək məxfi məlumatları ötürməkdə ittiham olunurdu.
Əlavə edilib ki, o, Atom Enerjisi Agentliyinin strukturu, obyektlərinin yerləşməsi, təhlükəsizlik vəziyyəti və əməkdaşları barədə məlumatları qarşı tərəfə verib.
Məhkəmə orqanları təqsirləndirilən şəxsin ittihamları etiraf etdiyini iddia etsə də, insan haqları təşkilatları prosesin şəffaf aparılmadığını bildirir. Hüquq müdafiəçiləri Fəridin müstəqil vəkilə çıxışının məhdudlaşdırıldığını və etirafların təzyiq altında əldə olunmuş ola biləcəyini qeyd edirlər.
“Hengaw” İnsan Hüquqları Təşkilatı isə fərqli iddialar irəli sürür. Təşkilatın məlumatına görə, Fərid, əslində, İsrail adına fəaliyyət göstərən şəxslərin təkliflərini rədd edib və bu barədə İranın təhlükəsizlik orqanlarına məlumat verib. Hətta onun aldığı vəsait və məlumatları rəsmi qurumlara təqdim etdiyi bildirilir.
Buna baxmayaraq, Fərid əvvəlcə “məlumat sızdırmaq” ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib, daha sonra isə prokurorluğun apellyasiya şikayətindən sonra hökm dəyişdirilərək, ölüm cəzası ilə əvəz olunub.
Məlumata görə, istintaq zamanı Fərid təhlükəsizlik orqanları ilə əməkdaşlıq etdiyini dəfələrlə vurğulasa da, bu məqam məhkəmə tərəfindən nəzərə alınmayıb.
Qeyd edək ki, hüquq müdafiəçilərinin hesabatlarına əsasən, 2025-ci ildə İranda ən azı 1639 nəfər edam edilib ki, bu da son onilliklərdə ən yüksək göstəricilərdən biridir. Bu rəqəm əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir.
Məlumata görə, son aylarda xüsusilə “Mossad”la əməkdaşlıq ittihamı ilə bir sıra şəxslər edam olunub. İran mediası həmçinin Tehranda etiraz aksiyaları və digər ittihamlarla əlaqədar daha bir neçə şəxsin edam edildiyini bildirib.
İran məhkəmə sisteminin rəhbərliyi isə ölkədə təhlükəsizlik vəziyyətini “tam müharibə şəraiti” kimi qiymətləndirərək, bu kateqoriyadan olan işlər üzrə cəzaların sərtləşdirilməsinə çağırış edib.
Dünən, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
Dünən, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Dünən, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dünən, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Dünən, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
Dünən, 10:18
Polis əməliyyat keçirdi
Dünən, 10:10
Şuşada TDT Forumu keçirilir
Dünən, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?
12-06-2026, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
12-06-2026, 13:08
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
12-06-2026, 13:04
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
12-06-2026, 12:46
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
12-06-2026, 12:40
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
12-06-2026, 12:17
İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
12-06-2026, 11:59
Orta aylıq maaş 1200 manata çatır
12-06-2026, 11:24
Prezident həmkarını təbrik etdi
12-06-2026, 10:50
Həmin şagird hoteldə ölübmüş
12-06-2026, 10:46
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
12-06-2026, 10:28
Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
12-06-2026, 10:00
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
12-06-2026, 09:44
Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
12-06-2026, 09:38
Aqrar sahədə regional müşavirələrə start verilir
12-06-2026, 09:34
Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
12-06-2026, 09:30
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq