Sərhədimiz yenə “barıt qoxuyur”
İrandakı qeyri-müəyyənlik və gərginliyin ölkəmizə təsirləri; diplomatiya, yoxsa yeni savaş?
Aprelin 21-də İranla atəşkəs müddətinin başa çatması siyasi və hərbi dairələrdə yeni suallar doğurur: bundan sonra vəziyyət necə dəyişəcək, gərginlik artacaqmı, yoxsa yeni diplomatik mərhələ başlayacaq? Mediada yayılan məlumatlara görə, hər iki tərəf müqaviləni uzatmağa hazırdır. Atəşkəs rejiminin başa çatması, ilk növbədə, tərəflərin üzərindəki formal məhdudiyyətlərin zəifləməsi kimi qiymətləndirilir. Bu, avtomatik olaraq genişmiqyaslı hərbi əməliyyatların başlayacağı anlamına gəlməsə də, risklərin artması ehtimalını gündəmə gətirir. Xüsusilə sərhəd xəttində hər hansı insidentlərin qarşısının alınması daha çətin ola bilər.
Ekspertlərin fikrincə, belə məqamlarda iki əsas ssenari ortaya çıxır. Birincisi, tərəflərin yenidən danışıqlar masasına qayıtması və atəşkəsin ya uzadılması, ya da yeni formatda rəsmiləşdirilməsidir. İkincisi isə lokal toqquşmaların artması və vəziyyətin nəzarətdən çıxma riskidir. Regionda mövcud geosiyasi maraqlar da prosesi daha mürəkkəb edir. Böyük güclərin mövqeyi, vasitəçilik təşəbbüsləri və regional təhlükəsizlik mexanizmləri bu mərhələdə həlledici rol oynaya bilər. Atəşkəsin bitməsi ilə ən çox diqqət çəkən məqam cəbhə xəttində mümkün dəyişikliklərdir. Kiçikmiqyaslı insidentlər, qarşılıqlı ittihamlar və gərginlik artımı ehtimalı istisna edilmir. Bununla belə, tərəflərin böyükmiqyaslı hərbi eskalasiyadan çəkinməsi də real ssenarilərdən biri kimi qiymətləndirilir.
Əgər diplomatik kanallar açıq qalarsa, yeni danışıqlar mərhələsi mümkün ola bilər. Əks halda isə regionda gərginliyin artması riski qalır. ABŞ prezidenti “Bloomberg”ə verdiyi son açıqlamada İranla atəşkəsin uzadılması ehtimalının az olduğunu deyib. Tramp bildirib ki, Hörmüz boğazı yekun razılaşma əldə olunana qədər bağlı qalacaq. O, vitse-prezident Vensin danışıqları davam etdirmək üçün İslamabada gedəcəyini və Vaşinqton vaxtı ilə çərşənbə axşamına (bu gün - red.) kimi hər şeyin məlum olacağını deyib...
Azərbaycanın yaxın qonşuluğunda formalaşan yeni qeyri-müəyyənlik mühiti həm diplomatik proseslərin davamlılığı, həm də mümkün gərginlik riskləri baxımından diqqətlə izlənilməlidir. Azərbaycanın geosiyasi mövqeyi nəzərə alındıqda, regiondakı hər bir dəyişiklik birbaşa və ya dolayı şəkildə ölkənin təhlükəsizlik və iqtisadi maraqlarına təsir göstərə bilər.
Professor Elxan Mirzəyevin sözlərinə görə, Azərbaycan üçün vacib olan sərhədlərində hərbi eskalasiyalara son qoyulmasıdır. Bunun regionda sonradan hansı siyasi konfiqurasiya yaradacağını ikinci dərəcə əhəmiyyətli hesab edən mütəxəssisin fikrincə, əsas atəşkəsin dayanıqlı olmasıdır: “İrana hücum Azərbaycana təsirlərini göstərməyə bilməzdi. Biz siyasi-iqtisadi və digər komponentləri qeyd edə bilərik. Əvvəlcə ilk təsir Naxçıvana dronla hücum oldu. Bundan əlavə, hibrid təhdidlər və Azərbaycan əleyhinə təbliğat başladı, bizi İsrailə zərbələr üçün şərait yaratmaqda ittiham edənlər oldu. İqtisadi təsir isə enerji qiymətlərində öz əksini tapdı. Nəhayət, sərhəddən təxliyə həyata keçirildi. Yəni İrana qarşı müharibənin davam etməsi heç bir halda maraqlarımıza uyğun deyil, çünki qonşuda yanğın varsa, onun bizə düşməsi riski həmişə qalır. Ona görə də Azərbaycan bu gəginliyin tezliklə başa çatmasını istəyir”.
Professor əlavə edib ki, atəşkəsin uzadılması ehtimalı da yüksəkdir və rəsmi Bakının gözləntiləri bu yöndədir: “ABŞ-dən bəyanatlar isə qorxu yaratmaq məqsədi güdür. Hərbi əməliyyatların bərpası tərəflərə sərf etmir. Bu, güc və maliyyə itkisi deməkdir. İran da bəzi şərtləri qəbul etməyə məcburdur. Çünki hakimiyyət çoxlu qan itirib və zəifləyib. Yəni Tehran hakimiyyəti hücumların bərpasının tərəfdarı deyil. İran indi yaralarını sağaldır. Belə vəziyyətdə yenidən bombardman edilməsi ölkəni daha da çökdürər. Yəni bu çöküş həm iqtisadi cəhətdən təsirini göstərəcək, həm də rejimin olan-qalan dayaqlarını da laxladacaq. Digər bir tərəfdən, bu müharibənin pərdəarxasında ABŞ-Çin qarşıdurması dayanır. Biz hələ də qəbul etmək istəmirik ki, əslində ABŞ İranla savaşmır. Hazırda Çinin proksi gücü İrandır. İranın proksi gücləri isə "Hizbullah" və Yaxın Şərqdə olan digər silahlı birləşmələrdir. Hazırda ABŞ Çinlə proksi müharibə aparmaqdadır. Əfsuslar olsun ki, qonşuluğumuzda gərginlik tezliklə yekunlaşana oxşamır. Bu da bizi təhlükəsizlik sahəsində addımlarımızı daha da gücləndirməyə vadar edir".
Siyasi təhlilçi Asif Nərimanlıya görə, Tramp yenidən “bombalamaq”la təhdid edir, lakin bu, Tehranın danışıqlara gəlməsi və razılaşması üçün edilən xəbərdarlıqdır, reallıqda isə yeni hücumların hədəflərə çatmaqda effektiv olacağı ehtimalı zəif görünür: “Hətta infrastrukturun dağıdılması belə rejimi təslim olmağa sövq etməyəcək. Hörmüzün blokadasının davam etdirilməsinə gəlincə, bu, nəzəri baxımdan, effektiv addımdır, lakin praktikida çətinliklər də var. İran blokadaya cavab olaraq, Hörmüzdən keçidə maneələri davam etdirəcək və proses uzun müddət davam edərsə, enerji bazarında vəziyyət nəzarətdən çıxa bilər. Odur ki, İran bu situasiyanı xeyrinə çevirmək, ABŞ-ni dəniz blokadasına son qoymağa məcbur etmək niyyətindədir”.
Siyasi şərhçinin ehtimalı budur ki, ABŞ-nin mümkün gedişi genişmiqyaslı hücumları bərpa etmək yox, İran gəmilərini “ovlamaq” ola bilər: “İran gəmisinə edilən hücum da buna hesablanmışdı və danışıqlardan imtina edən Tehrana təzyiq xarakteri daşıyırdı. İranın İslamabad görüşündən imtina etməsi öncə rəsmi formada elan edilməsə də, rejimin informasiya resurslarında yayıldı, ABŞ də gəmiyə hücumla cavab verdi. İstisna deyil ki, analoji addımlar genişləndirilmiş formada davam edə bilər, çünki hər iki tərəf diplomatik masada əlini gücləndirmək və qarşı tərəfi geri çəkilməyə məcbur etmək üçün mümkün rıçaqlardan istifadə edir. Məqsəd genişmiqyaslı müharibədən qaçmaqdır, lakin kifayət qədər kövrək olan situasiya toqquşma riskini artırır”.
Bu gün, 13:20
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi - Video
Bu gün, 13:15
Yeni təyinatlarla bağlı məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:55
Prezidentdən qurultay iştirakçılarına - Müraciət
Bu gün, 11:52
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Bu gün, 11:47
"Yeni Klinika"ya direktor təyin olundu
Bu gün, 11:40
Brüssel açıqladı: İran müharibəsinə görə gündə təkcə enerjidə 500 mln avro itiririk
Bu gün, 11:36
Ağ Evdən ilginc Ankara açıqlaması: Brilikdə həll edə bilərik...
Bu gün, 10:38
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Bu gün, 10:24
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
Bu gün, 10:19
Azərbaycanda məktəblərdə qəfil yoxlamalar BAŞLANDI
Bu gün, 09:46
“Hörmüzün açılması mümkün deyil” - İran
Bu gün, 09:40
“DÇ-yə İran əvəzinə İtaliya qatılsın”
Bu gün, 09:36
Atom Enerjisi Agentliyinin keçmiş əməkdaşı edam edildi
Bu gün, 09:31
Toy karvanında avtoxuliqanlıq edənlər həbs olundu - Video
Bu gün, 09:23
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Bu gün, 09:18
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 3 il ötür
Bu gün, 09:11
Trampın “atəşkəs” şifrəsi ilə gizlətdiyi qorxunc plan: ABŞ Yaxın Şərqi dünyanın “barıt çəlləyi”nə çevirir
Bu gün, 09:00
Ətin qiymətində UCUZLAŞMA gözləntisi
Dünən, 16:00
Sərhədimiz yenə “barıt qoxuyur”
Dünən, 15:30
Trampın İsfahan imtahanı - Vyetnamı 5 aya “götürə bilərdi”, amma 2 aydır İrana girə bilmir
Dünən, 14:22
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Dünən, 14:00
ABŞ-nin blokadası İŞƏ YARAMADI: Tehran neftdən bu qədər QAZANIB - ŞOK MƏBLƏĞ
Dünən, 13:48
Polis Bakıda narkopriton aşkarladı: həbs edilənlər var - VİDEO
Dünən, 13:01
Bu dəfə Melonini təhqir edib - Diplomatik qalmaqal yaratdı
Dünən, 12:30
Barat Yusubov vəzifəsindən azad edildi
Dünən, 12:08
Prezidentlər təkbətək görüşdü - Fotolar
Dünən, 12:02
Prezident həmkarını qarşıladı - Fotolar