Gəncədə Qarabağ müharibəsi veteranı evsiz qalıb
Bir il öncə 2013-cü ilin oktyabrında Gəncə şəhəri Nizami küçəsində yerləşən Azər Məsimova məxsus fərdi həyət evi yanıb. Hadisə zamanı həlak olan və xəsarət olmasa da A. Məsimovun ailəsi evsiz qalıb. Hadisə baş verəndə bu haqda saytımızda məlumat vermişdik.
Bu gün həmin bəxtsiz ailənin taleyiylə bir daha maraqlanmaq üçün həmin evə baş çəkdik. Gördüyümüz mənzərə çox ürəkağrıdıcı idi. Həmin yanan ev olduğu kimi yerində idi. Azər bəyin özünü və ailəsini tapa bilməsəm də qonşuluqda yaşayan qardaşı Adil Məsimovla görüşdük. Adil bəydən ailənin vəziyyətiylə maraqlananda o, bu sözləri söylədi:
"Ötən il qardaşımın evi yandı. Bütün ailə qaldı küçədə. Ailə üzvləri hərəsi bir qohumugildə qalırdı. İndi də vəziyyətləri çox pisdir. Qardaşımın uşaqları Bakıda qohumugildə qalır, özü isə yoldaşıyla kirayədə qalır. Vəziyyətlə bağlı Gəncə şəhər İcra Hakimiyyətinə və Fövqaladə Hallar Nazirliyinə məlumat versək də heç bir nəticəsi yoxdur. Xatırladım ki, qardaşım Azər Məsimov Qarabağ müharibəsi veteranıdır. Qarabağ müharibəsində əlinə silah alıb torpağını düşməndən qoruyub, oddan alovdan keçən bir veterana qarşı niyə belə laqeydlik edilir?"
Zərərçəkən Azər bəyin özü şəhərdə olmadığı üçün onun özüylə əlaqə saxlaya bilmədik.
Ümid edirik ki, Qarabağ veteranımızın düşdüyü bu vəziyyətlə bağlı aidiyyatı orqanlar ölçü götürüb, bir tədbir görəcəklər.
Mövzuya qayıdacağıq.
Günel Məmmədova
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü