Hesablarımızın oğurlanmasının qarşısını necə ala bilərik?
Elxan Elmanoğlu: "Nəhəng haker qruplaşmalarının hədəfi iri şirkətlər və tanınmış şəxslər olur"Bu yaxınlarda hakerlər tərəfindən Hollivud ulduzlarının çılpaq fotoları yayılıb. Fotoşəkilləri yayılan Hollivud ulduzlarının vəkilləri Google şirkətindən 100 milyon məbləğində təzminat tələb edir. Milli.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onlar iddia edirlər ki, internet şirkəti həmin məşhurların fotolarını vaxtında silə bilməyib. Bu səbəbdən də milyonlarla pul qazanıb.
Qeyd edək ki, hakerlər aktrisa Cennifer Lourens, model Keyt Apton, müğənni Rihanna və digər məşhurların intim görüntülərini yaymışdı. Ümumiyyətlə, məşhurlarla yanaşı bir sıra informasiya saytları da tez-tez haker hücumuna məruz qalır.
Həmçinin mobil telefonlarımız da hakerlərin hücumuna məruz qala bilir. Artıq telefonlardan şəxsi informasiyanı oğurlaya bilən xüsusi proqramlar fəaliyyət göstərir. Applikasiyalar, zərərsiz görünən oyunların da arxasında məqsəd dura bilər. Əgər telefonunuzun batareyası tez qurtarırsa, o zaman narahat olmalısınız. Bu göstərir ki, sizin telefonunuzdan informasiya oğurlana bilər. Bundan başqa, aylıq hesabınızda qəribə nömrələr görsəniz, bu, telefonunuzda arzuedilməz softverin olduğundan xəbər verə bilər.
Maraqlıdır, bunun qarşısını necə almaq olar? Necə olur ki, bizim sosial şəbəkələrimizin parolları sındırılır?
İT mütəxəssisi Elxan Elmanoğlu bu kimi halların insanların diqqətsizliyi ucbatından baş verdiyini dedi: "İnsanların Google+ da şəkillərinin yayılması öz diqqətsizliklərindən qaynaqlanır. Məsələn, diqqət etsək görərik ki, whatsapp ilə yanaşı, whatsapp+ yaradılıb. Diqqətsizlik edib bu proqramı yükləmək telefonunuza rahat müdaxilə edilməsinə şərait yaratmaqdır. Bu, adətən professional hakerlər tərəfindən atılan, ağıllı, aldadıcı addımlar və manevrlərdir. Hədəf isə əsasən iri şirkətlər, holdinqlər və ya proqramlar olur. Öncə onu qeyd edim ki, hadisələrin hazırkı gedişatı sadə vətəndaşları elə də böyük təhlükə ilə üz-üzə qoymur. Bu prosesi başlayan nəhəng haker qruplaşmalarının hədəfi iri şirkətlər və tanınmış şəxslər olur. Onlar bu addımı adətən qara PR üçün atırlar. Onlar ən məşhur şəxsləri seçir, məlumatları oğurlayır və yayırlar. Bu yaxınlarda Hollivud ulduzlarının iCloud hesabları oğurlandı və bir neçə məşhur şəxsin məlumatları oğurlanaraq, yayıldı. Burada hədəf İcloud və İOS əməliyyat sistemi idi. Hakerlər öz hədəflərinə çatmaq üçün bir neçə məşhur şəxsi seçdilər. Bundan başqa, yaxınlarda Ukrayna inqilabının başlanğıcını qoyan Udar Partiyasının sədri Vitali Kliçkonun həyat yoldaşı ilə olan şəkilləri oğurlanaraq yayıldı. Bu addım da Kliçko və Ukrayna inqilabına qarşı atılmış addım idi.
Mənə elə gəlir ki, hazırda bizim üçün belə təhlükə yoxdur. Qaldı ki, bizim bunlardan necə sığortalanacağımıza, bu proqram, aplication, əməliyyat sistemi, sosial şəbəkədən asılı olaraq dəyişir. Bizim, yəni proqramistlərin görəcəyi xırda tədbirlər iri hücumların qarşısını ala bilmir. Bu kimi iri hücumların qarşısı ancaq hədəf seçilmiş şirkətlər, əməliyyat sistemləri və sairə tərəfindən alına bilər. Məsələn, əgər iCloud hesabına hücumlar olursa, onun qarşısını almaq üçün Apple şirkəti tədbirlər görməlidir. Apple müəyyən etməlidir ki, hücumlar hansı boşluqlardan istifadə olunaraq həyata keçirilib. Bu boşluqlar Apple şirkəti tərəfindən bağlanmalı və istifadəçilərinin tam güvənliliyini təmin etməlidir. Eyni zamanda gmail, facebook hesabımızda da bizim görəcəyimiz tədbirlər, hakerler üçün ciddi əhəmiyyət kəsb etmir. Əgər hücum edən həvəskar haker olarsa, məsləhət vermək olar ki, hesabınızı nömrənizlə əlaqələndirin. Belə edəcəyiniz təqdirdə hesabınıza hər daxil olmaq istəyəndə telefon nömrənizə kod gələcək. Yalnız o kodu daxil etdikdən sonra hesabınıza daxil olmaq mümkün olacaq. Bu daha güvənlidir. Həmçinin bu, facebook və gmail hesabınıza da aiddir. Yəni bu hesablarınızı da nömrənizlə əlaqələndirin. Əgər söhbət iCloud hesablarınızdan gedirsə, iCloud hesabı gmaillə əlaqəli olur. Buna görə də gmail hesabınızda bütün təhlükəsizlik tədbirlərini görmək lazımdır. Mümkündürsə, iCloud hesabınızda da geri qaytarılası fayl saxlamayın və silin".
http://musavat.com/
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü