Zinadan törəyən nəsil
Nikahdankənar doğulan uşaqların sayı narahatlıq doğururAzərbaycan cəmiyyətində vətəndaşlıq nikahı birmənalı qarşılanmır və bu, narahatlıq doğuran məsələ hesab olunur. Çünki, bu, ölkəmizdəki ənənəvi ailə institutunun sıradan çıxmasına şərait yaradır, doğulan uşaqların gələcəyi üçün bəzi ciddi fəsadlara yol açır. Hazırda vətəndaşlıq nikahı ilə bağlı ölkəmizdə heç bir hüquqi sənəd olmasa da, parlament səviyyəsində müzakirə aparılır.
Bu fikir ANS PRESS-in vətəndaşlıq nikahı və nikahdankənar doğulan uşaqlarla bağlı apardığı araşdırma nəticəsində formalaşıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib ki, insanlar ailə quran zaman sənədləşmə işinə məsuliyyətlə yanaşmalı, rəsmi nikaha girməlidirlər. Elə ailələr var ki, çox normal münasibətləri var, heç bir problem yoxdur, mehriban yaşayırlar. Lakin rəsmi nikahları yoxdur. Onların da uşaqları rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqlar sayılır. Əsasən tək ananın ərizəsinə görə qeydə alınan uşaqları nikahdankənar doğulan uşaqlar hesab etmək olar.
Onun sözlərinə görə, Komitənin bu sahədə apardığı əsas iş maarifləndirici və məlumatlandırıcı xarakter daşıyır. Biz müxtəlif tədbirlər çərçivəsində nikahın vacibliyi, onun ailədə sənədləşmə işlərinin aparılmasındakı müsbət rolunu, ailə üzvlərinin hüquqlarının tənzimlənməsi baxımından zəruriliyi daim vətəndaşların nəzərinə çatdırılır. "Sağlam ailə- sağlam çəmiyyətin təməlidir" layihəsi çərçivəsində yüzlərlə ailələrlə qeydiyyata düşməkdə kömək göstərilib.
Belə ki, Komitə hər rayonda müvafiq qurumlarla nümunəvi görüşlər keçirir. Belə görüşlərdə hüquqşünasların, həkimlərin, seçilmiş ağsaqqal , ağbirçəklər, ədliyyə işçiləri, yerli icmanın fəal nümayəndələri, yerli QHT- lər və s. cəlb olunurlar.
O deyib ki, məhz son illər aparılan maarifləndirici tədbirlər nəticəsində şəhər və kənd yerlərində bu sahədə azalma müşahidə olunur. Diqqət cəlb etmək üçün bəzi statistik məlumatı diqqətə çatdırmaq yerinə düşər. Belə ki, 2003-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 11 882 idisə, 2011-ci ildə 30 983 olub. 2012-ci ildə bu rəqəm nisbətən azalaraq 27 031-ə enib. 2013-cü ildə də azalma müşahidə olunaraq 25 069-a düşüb. Şəhər yerlərində rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2003-cü ildə 5720 idisə, 2011-c i ildə 12 970, 2012-ci ildə isə 11 348 olub. Kənd yerlərində isə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2003-cü ildə 6 162 idisə, 2011-ci ildə 18 013, 2012-ci ildə isə 15 683-ə düşüb.
Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı isə belədir:
Hər iki valideynin ərizələrinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı 1993-cü ildə 5446, 2003-cü ildə 2606, 2011-ci ildə 21 173, 2012-ci ildə 18 388, ötən ildə isə 10 872 olub. Tək ananın ərizəsinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı 1993-cü ildə 3246, 2003-cü ildə 9276, 2011-ci ildə 9810, 2012-ci ildə 8643 olub.
Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin sentyabrın 30-da keçirilən iclasında nikahdankənar uşaq dünyaya gətirənlərin məsuliyyəti ilə bağlı müvafiq qanunvericiliyə dəyişiklik edilməsi təklifini səsləndirib: "Bu, vətəndaş nikahını rəsmiləşdirmək cəhdi kimi qiymətləndirilə bilməz. Adamlar vətəndaş nikahında yaşayırlarsa, buna hər hansı rəsmi don geydirmək olmaz. Lakin orası da var ki, belə nikahdan doğulan uşaqlar böyük problemlərlə üzləşirlər. Özü də getdikcə Azərbaycanda vətəndaş nikahından doğulanların sayı artır. Son 10 ildə belə uşaqların sayı 4 dəfə artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanda doğulan belə uşaqların sayı 25 mindən yuxarıdır."
O, çıxış yolu kimi bu uşaqların hüquqları qanunla tənzimlənməsini təklif edib: "Qanunda sadəcə göstərilir ki, rəsmi və vətəndaş nikahından doğulan uşaqların hüquqları eynidir. Lakin bunun mexanizmi yoxdur. Kişi qadından ayrılır, pencəyini götürüb gedir yeni macəra axtarışına. Qadın da uşaqla tək qalır. Buna görə qanuna dəyişiklik edilməli, vətəndaş nikahından doğulan uşaqların üzərində valideyn məsuliyyəti tənzimlənməlidir. Olmasa, həmin 25 min uşağı potensial cinayətkar kimi qəbul etmək olar."
Deputat onu da deyib ki, valideyn himayəsindən məhrum olan uşaqları dövlət himayə edir, lakin bu qayğı hər kəsi əhatə edə bilməz. Vətəndaş nikahından uşaq olursa, atanın məsuliyyəti olmalıdır, 18 yaşına çatanadək uşağa kömək etməlidir. Bu məsələ ilə əlaqədar Ailə Məcəlləsinə dəyişiklik olunmalıdır: "Mən ikili nikahın tərəfdarı deyiləm."
Fikrini öyrəndiyimiz şəhər sakinləri, eləcə də sosial şəbəkə istifadəçilərinin çoxu, ekspertlər bu məsələyə birmənalı yanaşmadılar: "Əslində, nikahdankənar doğulan 25 min uşağın əksəriyyəti kəbin nikahlardan dünyaya gəlmiş uşaqlardır. Rəsmi nikahda olmayan cütlüklərə kəbin bağlatdırmaq qadağası haqqında iki-üç il əvvəl qəbul olunmuş qanun heç kimin vecinə deyil. Bizim gözəl adət - ənənələrimiz var. İndi onun çoxuna əməl olunmur, yadlaşma gedir. Vətəndaşlıq nikahı ən çox Avropada olduğu üçün, gənclərimiz buna meyl edirlər. Halbu ki, ailə institutu Avropaya nisbətən şərqdə, o cümlədən Azərbaycanda daha yaxşı formalaşıb. Narahatlıq doğuran məqamlardan birinin də müasir qadınların ailə qurmadan ana olmaq istəmələridir. Son illər gənclər daha çox dini kəbinə üstünlük verirlər. Əsasən rayonlarda və kənd yerlərində dini nigahların çoxalması nigahdankənar doğulan uşaqların sayının artmasına şərait yaradır. Bunun digər səbəbi, erkən nikahlarla əlaqəlidir. Ümumiyyətlə, nigahdankənar doğulan uşaqlara sənəd verilərkən onların valideynləri arasında rəsmi şəkildə nikah kəsdirilməlidir."
Xatırladaq ki, yetkinlik yaşına çatmayan gənclərin ailə qurmasından sonra doğulan körpələr rəsmi nikahdankənar sayılırlar. Qanuna görə, erkən yaşında evlənənlərin nikahının rəsmiləşdirilməsi cinayət hesab olunur.
Dünən, 12:11
Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
Dünən, 11:28
Prezident xorvatiyalı həmkarını təbrik etdi
Dünən, 11:13
Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var
Dünən, 11:08
Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı
Dünən, 11:03
Ağdərədə sümük qalıqları aşkarlandı - İtkin düşmüş ailə ola bilər - Fotolar
Dünən, 10:03
1000-dən az qazanan vergi ödəməməlidir — Natiq Cəfərli
Dünən, 09:54
Köçəryandan etiraf: 44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı
Dünən, 09:23
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Dünən, 09:13
Bu gün ÇL-nin qalibi bilinəcək
Dünən, 09:08
Ərdoğan Ayasofyada Quran oxudu - Video
Dünən, 09:03
Azərbaycanda güclü külək ağacı aşırdı, 15 kənd işıqsız qaldı
29-05-2026, 23:06
Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK - VİDEO
28-05-2026, 13:58
İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib
28-05-2026, 13:16
Prezident Şuşadadır
28-05-2026, 10:24
Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib
28-05-2026, 09:13
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub
28-05-2026, 09:00
Bu gün 28 May – Müstəqillik Günüdür
27-05-2026, 10:04
Bir heyvanı bir neçə nəfər şərikli kəsə bilərmi? - AÇIQLAMA
27-05-2026, 09:54
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
27-05-2026, 09:50
Təzəpir məscidində Qurban bayramı namazı qılınıb
27-05-2026, 09:46
Azərbaycanda Qurban bayramı qeyd edilir
27-05-2026, 09:00
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edilib
26-05-2026, 19:01
İlham Əliyev Azərbaycan xalqına təbrik edib
26-05-2026, 16:00
Bu əsgərlər həftəsonları evə buraxılacaq? - MÜHÜM AÇIQLAMA
26-05-2026, 15:30
DİQQƏT: Qurban bayramına görə bu işçilərə əlavə pul veriləcək?
26-05-2026, 14:00
Milli Məclisdən Prezidentə və Birinci Vitse-prezidentə təbrik məktubu
26-05-2026, 13:37
Azərbaycanda yeddi dövlət qurumu ləğv olundu