Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası avqustun 1-dən etibarən ölkədə bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilməsi ilə məsələyə aydınlıq gətirib.
ABA xəbər verir ki, son illərdə Azərbaycanda ödəniş ekosisteminin inkişafı və nağdsız hesablaşmaların genişlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur.
“Ölkədə həyata keçirilən ardıcıl islahatlar, rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi və innovativ ödəniş həllərinin tətbiqi nəticəsində nağdsız ödənişlərin həcmi və əhatə dairəsi davamlı olaraq artır. Ödəniş infrastrukturunun modernləşdirilməsi və rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi həmçinin, bu sahə üzrə risklərin daha effektiv idarə edilməsini və qanunvericiliyin tələblərinin təmin olunmasına diqqətin artırılmasını zəruri edir.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilib.
Sözügedən yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur. Bu çərçivədə, həmçinin, banklar və elektron pul təşkilatları tərəfindən ödəniş xidməti istifadəçilərinə onların hər bir hesabına bağlı istənilən maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi nəzərdə tutulur. Xüsusilə vurğulamaq istərdik ki, indiki mərhələdə, ödəniş alətləri üzrə məxaric əməliyyatları ilə bağlı hər hansı limitin tətbiqi nəzərdə tutulmayıb”.
Açıqlamada bildirilib ki, bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılmasını nəzərdə tutmur:
“Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir: “Eyni zamanda, müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaq.
ABA və AzFina bir daha qeyd edir ki, sözügedən yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq və onların gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturundan və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək öz ödəniş əməliyyatlarını icra etməyə davam edəcəklər”.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən ölkədə kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib. Məlumat üçün bildirək ki, bu qərarla bağlı təkcə Azər Türk Bank rəsmi açıqlama yayıb. Digər banklar isə müştərilərə bu barədə heç bir xəbərdarlıq etməyib.
Dünən, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
Dünən, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
Dünən, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
Dünən, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
Dünən, 13:49
İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi
Dünən, 13:08
Rəsmi Bakı Pakistana başsağlığı verdi
Dünən, 12:57
Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
Dünən, 12:50
Prezident açılışda - Fotolar
Dünən, 12:13
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” - Rəsmi
Dünən, 12:01
İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı
Dünən, 11:54
Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
Dünən, 11:49
Ukrayna Krıma hücum etdi - ölənlər və yaralılar var
Dünən, 11:15
"Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...
Dünən, 11:08
Əhalinin DİQQƏTİNƏ! Bu tarixdən havalar SƏRİNLƏŞİR
Dünən, 10:57
Sentyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ
Dünən, 10:37
Dünənki təyinatından sonra ilk Fərmanı imzaladı
Dünən, 10:32
Tərtərdə əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)
Dünən, 10:24
Bələdiyyə sədri olan tanınmış aktyor həbs edildi
Dünən, 10:19
Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı keçiriləcək
Dünən, 09:46
İrandan Azərbaycana 112 kq heroin keçirmək istədilər
Dünən, 09:40
ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
Dünən, 09:36
Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər
Dünən, 09:00
"Ermənistan-Türkiyə məsələsinin taleyi Bakıda həll olunur"
1-08-2026, 12:47
Sabah 39° isti olacaq
1-08-2026, 10:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
1-08-2026, 10:49
Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
1-08-2026, 10:23
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb